Şiəlik və tarixşünaslıq-8
Son dövrdə tarixşünaslıqda yaranan dönüş Demək olar, qacarlardan bu tərəfə ilkin İslam tarixinə dair yazılan əsərlərdə heç bir dəyişiklik görünmür. Tarixə olan maraq daha çox avam və ümum camaatın tələblərilə ölçülür və məzhəbi mərasim və adət-ənənələrin təmini əhəmiyyət kəsb edirmiş. Cəmiyyətdə mövcud məzhəbi adət-ənənələrin dərinliyi və tarixçilər tərəfindən də xalqın diqqətini cəlb etmələri kimi səbəblər tarixə münasibətdə tənqid və təhlillərin qarşısını almışdır. İmamların tarixinə, hətta tarixin özünə belə digər fənlərin kənarında elmi münasibət aşağı səviyyədə idi və tarix sırf moizə, nəsihət və minbər vəsaitinə çevrilmişdi. Doğrusu, elmi hövzələrdə də ona bir ixtisas kimi yanaşılmırmış və bu sahədə yalnız minbər əhli mövcud mənbələrlə kifayətlənirmiş. Artıq son yarım əsrdə tarixə münasibət tamamilə dəyişilib. Onun mühüm səbəbləri, ola bilsin, bunlardır: Birincisi, İranda baş verən siyasi hadisələr və burada din alimlərinin başlıca rolu onların tarixlə yaxından tanışlığını, o cümlədən, İslam tarixilə ciddi maraqlanmalarını tələb edirdi. İkincisi, ərəb ölkələrindən, xüsusən, İraq, Misir, Suriyadan ölkəyə tarixi əsərlərin daxil olması idi. həqiqətdə, İslam tarixi ilə əlaqədar bir çox nəqli elmlərin əhli-sünnə arasında meydana gəlməsi və onların digər fənlərə nisbət daha çox dəyərləndirilməsi İranda da öz müsbət təsirini qoymaya bilməzdi. Üçüncüsü, müasir ziyalı təbəqə tərəfindən atılan şübhə və iradların bir qismi də tarixin üzərinə düşürdü. Məsələn, Kəsrəvinin əsərlərində İslam və şiəliyə qarşı ittihamlar din alimlərinin çoxunu yenidən tarixə cəlb etdi. Həmçinin “İyirmi üç il” əsəri də Peyğəmbərin həyatı və tarixi ilə bağlı tədqiq və araşdırmaları bir daha ciddiləşdirdi. Dördüncüsü, qərb və marksizmin tarixə və şərqə birtərəfli mövqeyi olmuşdur. Bu məsələ, xüsusən, şiəlikdə inqilabi-tarixi təfəkkürün təhlilində daha çox diqqət mərkəzində durur və bunun çevrəsini biz tarixin ən həssas yeri sayılan və hər il böyük təlatümlə qeyd olunan Aşura hadisəsində müşahidə edə bilərik. Şiəlikdə bu hadisənin rolu və onun siyasi əhəmiyyəti bais olmuşdur ki, hər dövrdə daha çox diqqəti cəlb etsin və bu zəmində əsərlər meydana çıxsın. ON DÖRD MƏSUMA HƏSR EDİLƏN BİR SIRA YENİ ƏSƏRLƏR On dörd məsumun həyatı ilə bağlı yazılan yeni əsərlərin də arasında diqqəti özünə cəlb edənləri az deyildir. Amma onların yazılma və ümumiyyətlə, tarixi mənbələrin araşdırılmasına dair üsullara hələlik toxunmaq fikrində deyilik. Lakin həmişə verilən – “On dörd məsumun həyatı ilə bağlı münasib tarixi əsərlər hansıdır?” sualı ilə əlaqədar fars və ya ərəbcə yazılan bir neçə əsərin adını qeyd edirik: İran İslam inqilabından sonra yazılan Cəlaləddin Farsinin üç cilddə “Peyğəmbərlik və inqilab”, “Peyğəmbərlik və cihad” və “Peyğəmbərlik və hakimiyyət”, mərhum Məhəmməd İbrahim Ayətinin “İslam Peyğəmbərinin tarixi”, Cəfər Sübhaninin “Füruğe əbədiyyət”, doktor Mahmud Ramyarın “Peyğəmbərin doğulma ili”, Şəhid Behiştinin “İslam yaradan mühit”, “İyirmi üç il” kitabına qarşı yazılan Mustafa Təbatəbai Hüseyninin üç cilddə “Tarixə xəyanət”, Fəzlullah Kompaninin “Aləmlərə rəhmət”, Seyid Haşim Rəsuli Məhəllatinin “Həzrət Məhəmməd (s) xatəmən-nəbiyyinin həyatı”, toplanmış məqalələrdən ibarət “Məhəmməd (s) – peyğəmbərlərin sonuncusu”, Ustad Mütəhhərinin “Peyğəmbərin (s) davranışı” (eyni adda Mustafa Delşadın da belə bir əsəri var), Haşim Məruf Həsəninin “Siyrətül-Mustafa (s)”, Məhəmməd Hüseyn Müzəffərin “Məhəmmədin (s) siyasi, ictimai və əxlaqi stenoqramı”, seyid Cəfər Murtəzanın “Əs-səhih min siyrətin-nəbiyyil-əzəm”, şeyx Məhəmməd Hadi Yusifinin “İslam tarixi kulliyatı”, “İslamın siyasi tarixi” (bu müəllifin öz əsəridir), Baqir Şərif Qürəşinin “Həyatul-imam”, Ayətullah Milaninin “Qadətəna”, Seyid Hüseyn Əmininin “Siyreyi məsumin”, Haşim Məruf Həsəninin “Siyrətul-əimmətil-isna əşər”, Əli Duxəyyilin “Əimmətuna”, Ustad Mütəhhərinin “Əimeyi-ətharın davranışına bir nəzər”, Mehdi Pişvayinin “Siyreye pişvayan”, Əllamə Murtəza Əsgərinin “Nəqşe əimmə dər ehyaye din” (“Dini dirçəlişdə imamların rolu”), Hüseyn Şakirinin “Mövsuətül-Mustafa (s) vəl-itrə”, Ustad Əzizullah Utarudinin “Müsnədül-imam”, “Əhli-beyt” müəssisəsi tərəfindən nəşr olunan “Peyğəmbər və əhli-beytin davranışı”, seyid Haşim Rəsuli Məhəllatinin “Zendeqaniye Əmirəl-möminin (ə)”, mərhum Əhməd Mütəhhərinin “Tərhhaye risalət”, seyid İbrahim Hüseyni Səidinin “Əli (ə) haqqın aynası”, Əhməd Rəhmani Həmədaninin “Əl-imam Əli (ə)”, Cəfər Sübhaninin “İmam Əlinin (ə) həyatına bir baxış”, Məhəmməd Kazim Qəzvininin “Əli əz viladət ta şəhadət”, Mehdi Sadiq Sədrin “Həyatul-Əmirəl-möminin”, Şəhid Mütəhhərinin “Əlinin cazibə və dafiəsi”, Əsgər Qaidanın “Əlinin hərbi siyasəti”, Hüseyn Şakirinin “Əli fil-kitab vəs-sünnə”, Xanım Zəhranın (ə) həyatına həsr edilən İbrahim Əmininin “İslamda nümunə qadın”, Seyid Əbdürrəsul Şəriətmədar Cəhruminin “Nüxbətül-bəyan”, Məsud Purseyid Ağayinin “Zəhra (s) və zamanı tanıma”, Əhməd Rəhmani Həmədaninin “Fatimətüz-Zəhra behcətu qəlbil-Mustafa”, Məhəmməd Kazim Qəzvininin “Fatimətüz-Zəhra minəl-məhd iləl-ləhd”, Tofiq Əbu-elmin “Fatimətuz-Zəhra”, Əzizullah Utarudinin “Müsnədi Fatimətüz-Zəhra”, Mehdi Cəfərinin “Müsnədi-Fatimə”, Əli Əkbər Babazadənin “Təhlile siyreye Fatimətüz-Zəhra”, Həsən Mustafanın “Kitabul-imamil-Müctəba”, Şeyx Razi Ali-yasinin “Sülhul-Həsən (ə)”, Məhəmməd Cavad Fəzlullahın “Sülhul-imamil-Həsən (ə)”, mərhum Əhməd Mütəhhərinin “İmam Müctəbanın hakimiyyəti”, Fəzlullah Kompaninin “Həsən kimdir?”, Əhməd Zamaninin “Gizli həqiqətlər”, Əli Əkbər Qürəşinin “İmam Müctəbanın şəxsiyyəti”, Cəfər Murtəzanın “Əl-həyatus-siyasiyyə li-imamil-Həsən”, Ağa Utarudidin “Müsnədül-imamil-Müctəba”, Əbdürrəzzaq Müqrimin “Məqtəlül-Hüseyn”, Şeyx Abbas Qumminin “Nəfəsul-məhmum”, Şeyx Məhəmməd Baqir Mahmudinin “Əbəratul-Mustəfəyn”, Məhəmməd İbrahim Ayətinin “Aşura barədə tarixi araşdırma”, Əli Qafirinin “Quşeyi əz sərqozəşt və şəhadəte imam Hüseyn”, Hüseyn Şeyxül İslaminin “Salare şəhidan”, Əbülqasim Şəhabın “Zendeqaniye xamese Ali-əba Əbu Əbdillahil-Hüseyn (ə) seyyidiş-şühəda”, Seyid Əli Fərəhinin “Hüseyn hərəkatı”, Məhəmməd Cavad Sahibinin “Məqtəlüş-şəms”, Əhməd Sabiri Həmədaninin “Ədəbül-Hüseyn və həmasətuhu”, Əsəd Heydərin “Məəl-Hüseyn fi nehzətihi”, Əli Nəzəri Münfəridin “Qisseye Kərbəla”, Salehi Nəcəfabadinin “Şəhide cavid” adlı kitabına tənqid olaraq yazılan Şeyx Əli Pənah İştihardinin “Həft sale”, Ayətullah Safi Gülpayeqaninin “Şəhide aqah”, Şəhid Əbdülkərim Haşimi Nejadın “Dərsi gərək Hüseyndən (ə) öyrənəsən”, Ayətullah Məhəmməd Yəzdinin “Hüseyn ibn Əlini tanıyaq”, Seyid Cəfər Şəhidinin “Əlli ildən sonra”, Məhəmməd Rza Salehinin “İmam Hüseynlə bağlı ilkin düşüncələr”, Məhəmməd Mehdi Şəmsəddinin “İmam Hüseynin Həyatı barədə tədqiqat”, Məhəmməd Sadiq Nəcminin “Süxənane Hüseyn ibn Əli”, Məhəmməd Şərifinin “Mövsuətü kəlimatil-imamil-Hüseyn”, Cəvad Mühəddisin “Fərhənge Aşura”, Şeyx Məhəmməd Səmavinin “Əbsarul-eyn”, İslam araşdırmalar mərkəzi tarix qrupunun “İmam Səccad – camale niyayeşgəran”, Seyid Cəfər Şəhidinin “Əli ibn Hüseynin həyatı”, Əbdürrəzzaq Müqrimin “İmam Zeynəlabidin”, Məhəmməd Bağdadinin “Ən-nəzəriyyə siyasiyyə lədəl-imam Zeynəlabidin”, seyid Məhəmməd Rza Hüseyni Cəlalinin “Cihadul-imamis-Səccad (ə)”, Baqir Şərif Qürəşinin “Hətatul-imamis-Səccad” və “İmam Baqirin həyatı”, İslam araşdırmalar mərkəzi tarix qrupunun “İmam Baqir (ə) celveye imamət dər ufuqe daneş”, Əsəd Heydərin “Əl-imamus-Sadiq (ə) vəl-məzahibul-ərbəə”, Məhəmməd Hüseyn Müzəffərin “İmam Sadiq (ə)”, Fəzlullah Kompaninin “Həzrət Sadiq”, Məhəmməd Cavad Fəzlullahın “İmam Sadiq (ə)”, Məhəmməd Kazım Qəzvininin “Mövsuətül-imamis-Sadiq (ə)”, Əbu Zöhrə və Əbdülhəlim Cündinin “İmam Sadiq (ə)”, Baqir Şərif Qürəşinin “İmam Kazimin (ə) həyatı”, Ağa Utarudinin “Müsnəde İmam Kazim (ə)”, Seyid Cəfər Murtəza Amulinin “İmam Rzanın (ə) siyasi həyatı”, Məhəmməd Cavad Fəzlullahın “İmam Rza (ə)”, Cəfər Murtəzanın “İmam Cavadın (ə) siyasi həyatı”, Məhəmməd Kazim Qəzvininin “Əl-imamul-Cavad (ə)”, Əbdüz-Zəhra Osman Məhəmmədin “Əl-imam Məhəmməd ibn Əliyyil-Cavad (ə)”, Ağa Utarudinin “Müsnədül-imamil-Cavad (ə)”, Əbdürrəzzaq Müqrimin “Vəfatul-imamil-Cavad (ə)”, Baqir Şərif Qürəşinin “Həyatul-imamil-Hadi (ə)”, Məhəmməd Rza Dəryayinin “İmam Hadi (ə) və ələvilərin inqilabı”, Məhəmməd Rza Sibəveyhin “İmam Hadi (ə)”, Əli Rəfiinin “Minhacut-təhərruk indəl-imamil-Hadi (ə)” və “İmamətin onuncu günəşi”, Məhəmməd Cavad Təbəsinin “İmam Əsgərinin (ə) həyatı”, Baqir Şərif Qürəşinin “İmam Əsgərinin həyatı”, Ağa Utarudinin “Müsnəde imam Əsgəri (ə)”, Seyid Məhəmməd Əminin “İmam Zamanla (ə) tanışlıq”, Əbu Talib Təclil Təbrizinin “İmam Mehdi (ə) kimdir”, Nasir Məkarim Şirazinin “Böyük inqilab –Mehdi (ə)”, Ayətullah Safi Gülpayeqaninin “Müntəxəbül-əsər”, Seyid Hadi Xosrovşahinin “Müslihe cahani və mövude Mehdi əz didqahe əhli-sünnə”, “Məhəmməd Mehdi Xalxalinin “Sonuncu dəyişiklik”, yazıçılar qrupu tərəfindən “Mehdinin nuru”, Davud İlhaminin “Sonuncu ümid”, Casim Hüseyninin “On ikinci imamın qeybinə dair siyasi tarix”, “Qeybəti-suğranın tarixi” və s.