Baş səhifə
Səhabələrin müshəfləri | Baxış: 1370 | Tarix: 2013.06.05

 

Peyğəmbərin (s) vəfatından və İmam Əlinin (ə) müshəfinin qəbul olunmamasından sonra Zeyddən başqa Abdullah ibn Məsud, Übəyy ibn Kəb, Miqdad ibn Əsvəd, Salim Mövla Əbu Hüzeyfə, Məaz ibn Cəbəl, Əbu Musa Əşəri kimi bir çox digər səhabələr də Quranı toplamağa başladılar.Quran surələrini ilk tərtib edən Salim Mövla Əbu Hüzeyfə olmuşdur. Quran toplanıb vərəqələr üzərinə yazıldıqdan sonra bir yerə yığılıb ona nə ad veriləcəkləri haqqında məsləhətləşdilər. Bəziləri "sefr" ("سفر" – “kitab”) adını təklif etdilər. Salim və başqaları onu bəyənmədilər. Çünki yəhudi kitabları belə adlanırdı. Sonra Salim "müshəf" (“مصحف”) adını təklif etdi və dedi: "Həbəşədə bu kitab kimisini (toplanmış səhifələri) gördüm. Ona "müshəf" deyirdilər". İştirakçılar hamısı toplanmış səhifələrə "müshəf" adının verilməsi fikrini qəbul etdilər.3 Aşağıda bəzi səhabələrin müshəfləri və onların xüsusiyyətlərini diqqətinizə çatdırırıq.İBN MƏSUDUN MÜSHƏFİ İbn Məsudun Müshəfi aşağıdakı xüsusiyyətlərə malik idi:1. Surələrin düzülüş ardıcıllığı belə idi: "Səbə tival", "Miəyn", "Məsani", "Həvalim", "Mümtəhinat", "Müfəssəlat".2. Bu müshəf 111 surədən ibarət idi. Çünki orada "Həmd", "Nas" və "Fələq" surələri yox idi. O düşünürdü ki, surələrin yazıya alınması dağınıqlıqdan, itməkdən qorumaq üçündür. "Həmd" surəsi namazda çox təkrar olunduğundan heç vaxt itməz.1 Yaxud da düşünürdü ki, "Həmd" surəsi Qurana bərabərdir, Onu Quranın bir hissəsi kimi qələmə vermək olmaz. Amma "Nas" və "Fələq" surələrini Quranın bir hissəsi yox, Allah tərəfindən Peyğəmbərə (s) İmam Həsən (ə) və İmam Hüseyni (ə) qorumaq üçün vəhy edilən gözdəymə duası (yaxud sehri batil edən dua) hesab etdiyindən müshəfə daxil etməmişdi. O, bu və ya digər müshəfdə sözügedən iki surənin yazıldığını gördükdə silir, "Qurandan olmayanı ona qatmayın", - deyir və onları heç zaman namazda oxumurdu.23. "Əl-İqna" kitabının müəllifinin nəql etdiyi bir rəvayətdə deyilir: "İbn Məsudun müshəfində "Bəraət" surəsinin əvvəlində də "Bismillahir-Rəhmanir-Rəhim" yazılmışdı". Sonra yazır: "Onu mötəbər hesab etmək olmaz”.34. Bu müshəf əksər ayə və surələrdə məşhur (müshəflə) ziddiyyət təşkil edirdi. Çünki İbn Məsudun qənaətinə görə Quranın sözlərini sinonimləri ilə dəyişmək mümkün idi. O, deyirdi: "Nə vaxt bir söz sizin üçün çətin olsa, yaxud oxucu üçün anlaşılmaz olsa, onu mənası daha aydın olan sinonimi ilə dəyişmək olar". O, "زخرف" sözünü "ذهب" sözü ilə, "عهن" sözünü "صوف" sözü ilə dəyişmişdi. Çünki hər iki sözün mənası eynidir. O, "أثیم" sözünü tələffüz etməkdə çətinlik çəkən bir əcəmə həmin sözü "فاجر" sözü ilə dəyişməyə icazə verdi.45. İbn Məsud öz müshəfində ayənin mənasını izah etmək üçün bəzi sözləri dəyişirdi. Misal üçün, “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin”5 ayəsini “sağ əllərini kəsin” şəklində dəyişmişdi. Çünki ayədə məqsədin hansı əl olduğu açıqlanmamışdı. Yaxud “Tərəzini düz tutun, çəkini əskiltməyin!” 6 ayəsini “Tərəzinin gözünü düz tutun” kimi qeyd etmişdi. Çünki o, ədalətin tərəzinin gözü ilə bərpa olunacağı qənaətində idi. “Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”[1] ayəsinin qarşısında “Həqiqətən, mən Rəhman üçün sükut nəzir etmişəm” sözlərini yazmışdı. Çünki həzrət Məryəm (ə) sükut orucu nəzir etmişdi.1 6. O, bəzən cümlələrin, ifadələrin arasına izah üçün bəzi sözlər artırırdı. Keçmiş alimlərin də kəlamlarında rast gəldiyimiz bu növ əlavə izahlar Quranın mətni ilə qarışdırılmayacaq şəkildə verilmişdir. Misal üçün, "Bəqərə" surəsinin 213-cü ayəsində (“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları həll etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi”) “فاختلفوا” (ixtilaf etdilər) sözü peyğəmbərlərin (ə) göndərilməsinin ixtilafdan sonra baş verməsini aydınlaşdırmaq üçün əlavə edilmişdir.2 Süyutinin İbn Mərdəveyhdən nəql etdiyinə görə İbn Məsud deyirmiş: "Peyğəmbər (s) zamanında "Maidə" surəsinin 17-ci ayəsini belə tilavət edirdik: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni - həqiqətən, Əlinin möminlərin mövlası olmasını - təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir insanları düz yola yönəltməz!” 3. İbn Məsudun müshəfində ayələrin anlaşılması üçün artırılan bu kimi əlavə izahlar çoxdur. Bu əlavələr təhriflə bağlı suallar meydana çıxarmışdır. Lakin (ona) isnad olunan bu nümunələrin bir çoxu qəti deyil. Siyasi məqsədlərin İbn Məsuda bu kimi nisbətlərin verilməsində təsirli olmasına böyük ehtimal var. Xüsusilə onun hakim dövlətə qarşı çıxması bu ehtimalları daha da gücləndirir. Digər tərəfdən isə bir çox hallarda bu əlavələr izah xarakteri daşımışdır. O dövrdə bu, çox geniş yayılmış üsul olmuşdur. Belə ki, səhabələr özlərinə aid müshəflərin haşiyələrinə əlavə izahlar yazır, başqalarına da izah edirdilər ki, ayənin anlamı xalq arasında qorunub-saxlansın.4 ÜBƏYY İBN KƏBİN MÜSHƏFİ Übəyy ibn Kəbə aid müshəfin xüsusiyyətləri aşağıdakılardır:1. Übəyy ibn Kəbin müshəfində ayələrin düzülüşü təqribən İbn Məsudun müshəfində olduğu kimi idi. Lakin, o, "Ənfal" surəsini "Yunus" surəsindən sonra, "Bəraət" surəsindən qabaq yerləşdirmişdi. Həmçinin digər bəzi surələrin ardıcıllığında fərq var idi. İbn Kəbin müshəfinin İbn Məsudun müshəfindən fərqli cəhətlərindən biri də onda "Həmd", "Nas" və "Fələq" surələrinin olması idi.2. Bu müshəfdə digər müshəflərdə olmayan "Xəl" və "Həfd" adlı iki surə var idi. Bunlar hər ikisi qunut duaları idi. Übəyy ibn Kəb onları Quran ayəsi saymış və müshəfə yerləşdirmişdir."Xəl" duası:"بسم الله الرحمن الرحیم. اللهمّ انّا نستعین بک و نستغفرک و نثنی علیک الخیر و لا نکفرک و نخلع و نترک من بفجرک"."Həfd" duası:"بسم الله الرحمن الرحیم. ایاک نعبد و لک نصلی و نسجد و الیک نسعی و نحفد، نخشی عذابک و نرجو رحمتک ان عذابک باالکفار ملحق".13. Bu müshəfdə "Fil" və "Qureyş" surələri arasında "Bismillahir-Rəhmanir-Rəhim" ifadəsi yox idi və bu iki surə bir surə hesab olunurdu.2Əhli-beytdən (ə) gələn rəvayətlərdə də deyilir ki, namazda "Fil" surəsini oxuyan şəxs ardınca "Qureyş" surəsini də oxusun. Lakin iki surə arasında "Bismillahir-Rəhmanir-Rəhim" demək zəruridir.3 Yəni bu iki surə qiraət baxımından bir surə, Quranda yazılmaq baxımından isə iki surə sayılır. Bu rəvayət Übəyy ibn Kəbin müshəfinin əksini sübuta yetirir. Demək, Übəyyin müshəfi ümumilikdə 116 surədən ibarət idi. 4. Bu müshəfdə "Zumər" surəsi “Ha-mim” )"حم"( "müqəttəə" hərfləri ilə başlayırdı. Nəticədə müshəfdə yer alan "Həvamim" surələri yeddi yox, səkkiz idi.45. Bu müshəf məşhur qiraətlə fərqli idi. Bəzi sözlər sinonimləri ilə dəyişdirilmişdi. "Yasin" surəsinin 52-ci ayəsi “قَالُوا يَا وَيْلَنَا مَن بَعَثَنَا مِن مَّرْقَدِنَا” “مَن هَبّنَا مِن مَّرْقَدِنَا” şəklində verilmişdi.5 "Bəqərə" surəsinin 20-ci ayəsi “كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِ” “مَروا فیه”, yaxud “سعوا فیه فیه” şəklində verilmişdi.6 "Bəqərə" surəsinin 196-cı ayəsinə (“Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində - ardıcıl olaraq - üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir”) üç gün fasiləsiz oruc tutmağı bildirmək üçün “ardıcıl olaraq” (“متتابعات”) sözü artırılmışdır.7 "Nisa" surəsinin 24-cü ayəsinə (“İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin”) “Müəyyən vaxtadək” (“إلی أجل مسمی”) ifadəsi artırılmışdı.8 Bu nikahda məqsədin daimi yox, müvəqqəti nikah olmasını aydınlaşdırmaq xarakteri daşıyırdı. İbn Məsudun müshəfi ilə bağlı qeyd etdiyimiz kimi, səhabələrə aid müshəflərdə yer alan əlavə izahları təhrif, Qurana əlavə və ya mövcud Qurana şübhə kimi qəbul etmək olmaz. Əlbəttə ki, sonralar bu metod tərk olundu.