Baş səhifə
ƏHLİ BEYT(Ə)-A MƏHƏBBƏT | Baxış: 1966 | Tarix: 2015.02.04

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Qur`an oxumaqla.

Cameus-səğir /1/14.

İmam Sadiq əleyhissalam buyurur: Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir olmasa, əməli-saleh dostlarımıza yaxşılıq etsin və hər kəs bizi ziyarət etməyə qadir olmasa, saleh şiələrin ziyarətinə getsin. Bu halda onun üçün bizi ziyarət etmək savabı yazılacaq.

Biharul-ənvar /74/354.

İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olan əməllərin ən yaxşısı Allaha, Onun Rəsuluna və ixtiyar sahiblərinə (imamlara) itaət etməkdir. (…yenə buyurur…) Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək isə küfrdür.

Kafi /1/187.

İmam Sadiq əleyhissalam buyurur: Həqiqətən hər bir ibadətdən üstün bir ibadət var. Ən yaxşı ibadət isə biz Əhli-beytə məhəbbət bəsləməkdir (bundan daha üstün ibadət yoxdur).

Biharul-ənvar /27/91.

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: (Həqiqi) mö`mini sizə tanıtdırımmı? Mö`min o kəsdir ki, sair mö`minlər onu öz mallarına və canlarına əmanətdar bilsinlər. Müsəlmanın kim olduğunu deyimmi? Müsəlman o şəxsdir ki, bütün müsəlmanlar onun dilindən, əlindən amanda qalsınlar. Mühacir o şəxsdir ki, pisliklərdən əl çəkib Allahın haram buyurduğunu tərk etsin. Mö`min şəxsə haramdır ki, başqa mö`minə zülm etsin, ya onu xar etsin, yaxud arxasınca qeybət etsin və yaxud da onu öz yanından qovsun.

Kafi /2/235.

Redaktor: Həyat Kərbəla