Baş səhifə
Həzrət Kazim (ə) barədə hədislər | Baxış: 1217 | Tarix: 2015.01.06

İmam Kazım (ə)-ın imaməti
İmam Sadiq (ə) Səfvan Cəmmalın bu məqama (imamət məqamına) malik olan şəxs barəsindəki sualının cavabında buyurmuşdur:«Bu məqamın sahibi əbəs və puç işlərlə məşğul olmaz. Bu vaxt hələ uşaq olan Musa ibn Cəfər daxil oldu. Onun yanında bir dişi Məkkə keçisi var idi. O həmin keçiyə «Rəbbinə səcdə et» deyirdi. Əbu Abdullah onu tutub qucaqladı və buyurdu: Atam-anam buna fəda olsun ki, bihudə və qəflətə səbəb olan işlərin əhli deyil.»

İmam zindanda

Səubani:«Əbulhəsən Musa ibn Cəfər on ildən artıq hər gün günəş çıxandan sonra səcdəyə gedirdi və səcdəsi günortaya kimi çəkirdi.» Səubani deyir:«Bəzən Harun imam Kazim (ə) saxlanılan zindan görünən dama çıxır və o Həzrəti səcdə halında görürdü. Bir dəfə Harun Rəbiə dedi:«O nə paltardır ki, mən onu hər gün orada görürəm?» Rəbi dedi:«Ey əmirəl-möminin, o paltar deyil, Musa ibn Cəfərdir, hər gün günəş çıxandan günortaya kimi səcdədə olur.» Rəbi deyir:«Harun mənə dedi: Doğrudan da o, Bəni Haşimin rahiblərindəndir.» Mən dedim:«Bəs nə üçün onu zindana salaraq meydanı ona daraltmısan?» Dedi:«Heyf ki, bundan başqa bir çarə yoxdur.»

Əli ibn Suveyd:« Mən zindanda olan Əbulhəsən Musaya (ə) bir məktub yazıb ondan həm halını, həm də çoxlu məsələlər soruşdum. Bir neçə ay mənə cavab vermədi. Sonra mənə belə bir cavab yazdı:« Bağışlayan və mehriban Allahın adı ilə..... Və sonra: Sən elə bir şəxssən ki, Allah sənə Məhəmməd Əhli-Beyti yanında məqam verib və səni, əziz tutmağını istədiyi dinini sevənlərdən edib.... .»

İmam Kazimın fəzilətləri.

Əl-İrşad:«Rəvayət olunub ki, Həzrət Kazim (ə) çox dua edər və buyurardı:« Allahım, Səndən ölüm zamanı rahatlıq və hesab aparılarkən əfv və bəxşiş diləyirəm.» O, bu cümləni təkrar edərdi. O Həzrətin dualarından biri belə idi:«Sənin bəndənin günahı böyük, Sənin tərəfindən olan əfv və bağışlama isə gözəldir.» O Həzrət, Allahın qorxusundan elə ağlayardı ki, saqqalı göz yaşından islanardı. Ailə və qohumlarına o Həzrətdən çox qayğı göstərən yox idi. Axşamlar Mədininin yoxsullarına baş çəkər, özü ilə dirhəm, dinar, un və xurma dolu zənbil aparar və onların qapılarının ağzına qoyardı. Onlar həmin pul və malların kimin tərəfindən olmasını başa düşməzdilər.»

Həsən ibn Məhəmməd ibn Yəhya Ələvi:«Babam mənə nəql edib ki: Musa ibn Cəfərə çox ibadət etdiyi üçün «saleh bəndə» deyirdilər. Bizim alimlərimiz nəql ediblər ki, o, gecənin əvvəlində Peyğəmbərin (s) məscidinə gedərək səcdəyə qapılıb, səcdədə belə deyirmiş:«Mənim günahım böyükdür, Sənin bağışlamağın gözəldir ey çəkinilməyə layiq olan və bağışlayan!» O bu cümləni səhərə kimi təkrar edərmiş. Musa ibn Cəfər səxavətli və alicənab bir insan olub. Kiminsə onun barəsində xoşagəlməz sözlər deməsini eşitsəydi, ona içində min dinar olan kisə göndərərdi.»