Baş səhifə
Qədr surəsi | Baxış: 457 | Tarix: 2014.07.07

Qədr surəsi
(Məkkədə nazil olub, beş ayədir)

Bağışlayan və mehriban Allahın adı ilə.

(1) إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ
(1) Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsində nazil etdik (Qur’an bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı).gecəsi 

(2) وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ
(2) Sən nə bilirsən ki, Qədr nədir?

(3) لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ
(3) Qədr gecəsi min aydan daha xeyirlidir.

(4) تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ
(4) O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər.

(5) سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ
(5) O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir.

Redaktor Nəcəf