Baş səhifə
İmam Zaman üçün Abbasa ola bilərik? | Baxış: 1913 | Tarix: 2014.07.05

İmam Məhdinin (ə) məzlumiyəti - Şeyx Daneşmand

Quran deyir ki, Yaqub (ə) Yusif (ə) üçün ağlayırdı.
Yaqub da peyğəmbər idi, Yusif də.
Yaqub bilirdi ki, onun Yusifi haradadır, bilirdi ki o salamatdır, bilirdi ki onun çətinlikləri yoxdur – o Allahın peyğəmbəri idi, - bunların hamısını bilirdən, amma onun üçün ağlayırdı!
Amma biz, Fatimənin Yusifinin harada olduğunu bilməyənlər – biz nə etməliyik? Biz Yaqub (ə)-dan daha çox ağlamalıyıq.
Kim Məhdinin ünvanını bilir? Fatimə (s.ə.)-nın övladı haradadır?
“Mənim üçün ağırdır ki, başqalarını görürəm, amma səni görə bilmirəm”.
Məhdiyə ağlayın! Fatimə (s.ə)-nın övladına göz yaşları tökün!
Məhdi tənhadır, məzlumdur.
Məhdiyə ağlayın. Quran bu haqqda bizə Yusifin və Yaqumun misalı ilə bəhs edir.
İmam Zaman (ə) deyir: “Əgər sən məni xatırlasan, mən də səni xatırlayaram.
Əgər sən mənim zühurum üçün dua etsən, mən də sənin salamatlığın üçün dua edərəm.
Sən mənim haqqımda fikirləşsən, mən də sənin haqqında fikirləşərəm”.
Bilmirəm, əvvəl bunu məndən eşitmisiniz yoxsa yox.. İcazə verin bu gün.. Məhərrəmin 3-cü gecəsi bunu deyim.. Bəlkə bu axırıncı Məhərrəm oldu.
Əgər kimsə məndən soruşsa ki: Kim Hüseyn (ə)-dan daha tənhadır? Mən deyərəm: Məhdi Hüseyn (ə)-dan daha tənhadır.
Mənim dəlilim var! İstəmirəm hisslərdən ağlayasan – anlayışdan ağla!
Hüseyn (ə) şəhidlərin ağasıdır, düzdür. O, məzlumcasında şəhid oldu, düzdür.
Amma Hüseyn (ə)-ın Əbülfəzli var idi. İmam Zamanın Abbası kimdir?
Hüseyn (ə)-ın Əli Əkbəri var idi. Bəs İmam Zamanın Əli Əkbəri kimdir?
Hüseyn (ə)-ın Qasimi, Cəfəri var idi.
İmam Zamanın Qasimi və Əli Əkbəri kimdir?! Höccət ibn Həsən (ə)-ın köməkçisi kimdir?!
Kimsə sənə və mənə arxayın ola bilər? Mən və sən İmam Zaman üçün Abbasa ola bilərik?
Bu bir səbəbdir. İkinci səbəb.
Peyğəmbər (s)-dan İmam Zaman (ə)-ın doğumuna qədər 255 il vaxt keçib. İmam Məhdi (ə)-ın imamətinin başlamasına qədər isə 260 il.
Ey gənclər! 13 məsumun məzlumiyyəti 260 il çəkib.
İmam Zaman (ə)-ın məzlumiyyəti isə 1170 ildir ki davam edir!
And olsun Allaha, Məhdi Hüseyn (ə)-dan daha tənhadır!
Kim İmam Zaman (ə)-ın yolunu gedir? Kim İmam Zaman (ə) haqqda düşünür?
Bizim son görüşümüzdən 24 saat vaxt ötüb. Mənə deyil, özünüzə cavab verin: Bu 24 saat ərzində mən neçə dəfə İmam Zaman (ə) haqqında,
Fatimənin övladı haqqında düşünmüşəm: ağa sən hardasan? Nə edirsən? Məndən razısan?

Redaktor Nəcəf