Baş səhifə
Ramazan ayının birinci gecəsinin əməlləri | Baxış: 573 | Tarix: 2014.06.20

Bütün həmdlər aləmlərin xaliqi olan Allaha məxsusdur. Salavat və salam olsun məxluqatın əfzəli və əşrəfi olan həzrət Muhəmməd ibn Əbdullaha (s.əv.v.) və onun pak və pakizə olan Əhli-Beytinə (ə.s.)

Ramazan ayının birinci gecəsinin əməlləri

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.

Ramazan ayının birinci gecəsinin əməlləri:

1) Yeni ayın çıxmasını görmək
2) Səhifeyi-Səccadiyədə qeyd olunan 43-cü duanı oxumaq
3) Öz halalı ilə cinsi əlaqəyə girmək. Bu yeganə aydır ki, həmin ayın birinci gecəsində insan öz halalı ilə cinsi əlaqəyə girməyi müstəhəb sayılıb.
4) həmin gecənin qüslünü etmək
5) Axar su ilə qüsl etmək. Bu əməl zamanı gərək mömin şəxs 30 ovuc suyu başına töksün. Hər kəs bu əməli etsə, gələn ramazan ayına qədər mənəvi təmizliyi əldə edər.
6) Həmin gecə İmam Hüseyn (ə)-ın qəbrini ziyarət etmək. Hər kəs bu işi görsə bütün günahları təmizlənər və hacıların savabını əldə etmiş olar.
7) Bu gecə 2 rukət namaz qılmaq. Hər rukətdə həmddən sonra Ənam surəsini oxumaq. Hər kəs bu namazı qılsa Allah onu qorxduğu bütün dərdlərdən qoruyar.
8) Bu gecədə Covşən-kəbir duasını oxumaq yaxşı olar.
9) Bu gecədə Həcc duasını oxumaq yaxşı olar.

Birinci günün əməlləri:

1) Səhifeyi-Səccadiyyədə olan 44-cü duanı oxumaq
2) Ayın əvvəlinə aid olan 2 rukətli namazı qılmaq və sədəqə vermək.

Allah bütün ibadət və dualarınızı qəbul etsin! Amin.

Redaktor Nəcəf