Baş səhifə
Ramazan ayının əzəməti | Baxış: 548 | Tarix: 2014.06.15

Ramazan ayının əzəməti

Rəhimli və Rəhman olan ALLAHIN adı ilə

Allahın bərəkət, rəhmət və məğfirət (bağışlanma) ilə (dolu olan) ayı sizə yaxınlaşmışdır. Bu xütbə hikmətlərdən ibarət bir dənizdir. Elə birinci cümlənin özü barəsində bir kitab yazılsa onun mənasını tam dolğunluğu ilə əks etdirə bilməz. Həqiqi fəqahət (həqiqətən fəqih olmaq) məsum olan əhlibeytin sözlərini dərk etməkdən ibarətdir. Allahın ayı sizə yaxınlaşmışdır. Allah elə bir addır ki, bütün ilahi adları əhatə edir. Allah sözünü dərk etmək ağılları mat qoyan bir məqamdır. Quran ayələri içərisində Allah sözü ilə başlayan ayələr çox mühüm ayələrdir. Rəvayətlərin qeyd etdiyinə görə Quran ayələrinin ən əfzəli (fəzilətlisi) Bəqərə surəsidir. Bəqərə surəsinin ən fəzilətli ayələri isə ayətul-kursidir. Ayətul-kursinin başlanğıcında Allah durur.
Əliyyul-əzimədək ayənin bu əzəmət və böyüklüyü Allah sözü ilə başlamasındadır. Burada Allahın bərəkət, rəhmət və məğfirət (bağışlanma) ilə (dolu olan) ayı sizə yaxınlaşmışdır ayəsində ay sözü Allah sözü ilə təyini söz birləşməsi əmələ gətirmişdir. Bax, burada dayanmaq lazımdır. Çünki ay uluhiyyət ayı(yəni Allah məxsus) aydır. Burada ay sözü Allah sözü ilə birləşmiş (Allahın ayı) birləşməsini yaratmışdır.

Bu ayda hansı hadisələr, nələr baş vermişdir?
Insanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir (əl-Bəqərə-185). Quranın bu incəlikləri hələ dərk edilməmişdir. Bu ayə Ramazan ayını bizə tanıtdıran ayədir. Bu incəlikləri fəqihlər, yəni Şeyx Ənsari, Birinci Şəhid, İkinci Şəhid (ləqəbli) fəqihlər başa düşür ki, ayədəki, Quran və Furqan hansı mənanı ifadə edir. Bunları yaxşı dərk edin. Bir ayədə həm Quran, həm də Furqan qeyd olunub. Ramazan ayının əzəməti bu iki sözlə bəyan edilib. Furqan sözünün dərin mənası vardı
Aləmləri qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı öz bəndəsinə (Məhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər)uludur(əl-Furqan-1). Quran sözünün özünün də müfəssəl izahatı vardır.
Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir(əl-İsra-9).
Deməli, ramazan ayı bu yolla, bu ayda Quranın və Furqanın nazil olması ilə tanınır. Biz dinin həqiqətlərini dərk etmədik. Təfsirlər hara, bu incəliklərə çatmaq hara. Bir ayə aylarla mütəxəssislərin işləməsi üçün kifayətdir. Burada incə məqam ondan ibarətdir ki, bu ayın şükrünü yerinə yetirmək üçün hamı oruc tutmalıdır. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar. Bu məsələnin də ətraflı izahatı var. Ay hansı aydır? Gördüyünüz bu iş(oruc tutmaq) bir xoşbəxtlikdir. Bəxtiniz gətirib ki, belə bir xoşbəxtlik sizə nəsib olub. Ancaq,əgər məsələni layiq olduğu şəkildə yerinə yetirsəniz. (bu mübarək ayda) etdiyiniz səyahət, çıxdığınız yol nə yoldur? Bu Allaha müsafir olmaq yoludur. Allahın yoluna dəvət etmək üçün Allahın ayında Allaha tərəf səfərə çıxmaq. Bu nemətin qədrini bilin, şükr etməklə bu nemətin haqqını ödəyin.
Arxasınca getdiyiniz şəxsləri əvvəlcə tanımalısınız. Qurana diqqətlə yanaşın, baxın, Quran yetimə çatdıqda(yetim haqqında danışarkən) Allahın ifadə tərzi necədir?. Peyğəmbərlərin xatəminə beləbir şiddətli şəkildə xitab olunur.
Yetimə zülm etmə!(əz-züha-9) bu ayədə mətləb tamamlanır. Bunu peyğəmbər başa düşür ki, nə deməkdir. Ona görədə peyğəmbər buyurur: Mən və yetimə havadar olan (kəfil olan, ona sahib çıxan) şəxs bu iki(barmağa) bənzəyir(o həzrət iki barmağını göstərir) . Yetimə havadar olmaq peyğəmbər səviyyəsində bəyənilən(,bu səviyyəyə bərabər tutulan) bir işdir. əgər mömin bir yetimə havadarlıq etmək peyğəmbər səviyyəsində olan bir işdirsə, bəs onda Əli ibn Əbu Talibin yetiminə havadar olmaq hansı səviyyədə olan bir işdir?
Imam Cəfəri Sadiqin yetiminə, imam Rzanın yetiminə, Şəhidlərin ağasının yetiminə kəfil olmaq, havadar çıxmaq nə deməkdir, hansı səviyyəyə bərabər tutulan bir işdir? Arxasınca getdiyiniz kəslər, o məqam sahibləri imam Hüseynin, 14 məsumun yetimləridir. Ali Məhəmmədin yetimləri bunlardır. Sizin işiniz nədən ibarətdir? Sizin işiniz Ali Məhəmmədin yetimlərinin mənəvi havadarlığından (mənəvi cəhətdən onlara sahib çıxmaqdan) ibarətdir. Bu işin əzəməti o qədər böyükdür ki, bir məclisdə onun nədərəcədə mühüm olması haqda danışmaq mümkün deyil. Ancaq niyyətimizi dəyişməliyik (düzəltməliyik). Siz (təhsil aldığınız üçün) fəzilət sahibisiniz. Hədis səhih hədisdir. Hədisin sənədi (silsiləsi) o qədər səhih (düzgündür ki,) Şeyx Ənsari kimi bir fəqih onun sənədinə (silsiləsinə) əsasən fətva verir. Hədisin xülasəsi bundan ibarətdir,niyyət olmadan heç bir əməlin qiyməti-dəyəri yoxdur. Əməli dəyişdirən niyyətdir. Niyyətin özü də geniş bir mövzudur. Namaz dinin sütunudur. Heç bir namaz niyyəti olmadan qəbula yetməz. Bu nə deməkdir? Bu o deməkdir ki, zöhr namazını zöhr namazı, əsr namazını əsr namazı edən niyyətdir. Niyyət əsas hissədir. Buna görə , (niyyət etmədən) namaz qılınırsa, heç bir qiyməti yoxdur, bu namazın adı, yəni niyyəti olmalıdır. Hansı namazdır? Sübh, zöhr, əsr, şam və ya işa namazıdır?, əda(qəza olmayan) namazdır, yoxsa qəza?, nafilədir(müstəhəbdir), yoxsa fərz (vacib) ? bütün bunları müəyyənləşdirən niyyətdir. Niyyət namazı ümumi addan xüsusi ada çevirir. Bunları fəqihlər, dediyim kimi, Şəhid, Şeyx Ənsari kimi fəqihlər anlayır, imam hər şəxs niyyətinə bağlıdır-deyərkən onlar başa düşür, niyyətin namazdakı həqiqətini dərk edirlər. Görüləcək birinci iş niyyət məsələsidir. Siz bir səfərə yorğunluğunuzu çıxartmaq, dincəlmək üçün gedə bilərsininz. Savabınız da sizin bu niyyətiniz qədərdir. Sizə verilən dəyər (pul) niyyəti ilə də gedə bilərsiniz. Qiymətiniz (savabınız) da həmin dəyər qədərdir. Əgər bu səfərə Ali Məhəmmədin yetimlərinə əqidə, əxlaq və əhkam baxımından havadar çıxmaq, (kəfil olub sahib çıxmaq) niyyəti ilə getsəniz, əcriniz nədən ibarətdir?. əcriniz yüz il Musanın səhərdən axşamadək namazına və orucuna bərabərdir. Musanın yüz il namaz və orucu bir tərəfə getdiyin yerdə bir nəfəri hidayət etmək (ona sahib çıxmaq) başqa bir tərəfə. Bu hər şeydən üstündür. Əgər bu niyyətlə getsən, onun savabını düşünmək insanın ağlını çaşdırır. əfsuslar olsun ki,ömür keçdi, ancaq biz bu həyatdan istifadə etmədik. Ibrət almaq üçün (bu dünyada) nə qədər çox çey var,(dünyaya) etibar isə çox azdır. Təkcə bu ibrəti almaq kifayətdir ki, Keçən il də bu gecələrdə belə məclislər keçirilirdi. Bu axşam da keçirilir. Bir il keçdi. Yəni mənim və sənin ömür kitabından bir vərəq də çevrildi. Bu ömür kitabının cəmi 100 vərəqi var. Bir vərəqi belə keçdi, qalan vərəqlər də belə çevriləcək bu cür ötəri həyatın
– Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyil(Ali-İmran-185)- Doğurdanda Quran möcüzədir. Ancaq başa düşəni göstər. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyil.
Şəhidlərin ağası Aşura günü bir məktub yazmışdır. Bu məktub Məhəmməd Hənəfiyyəyə yazılmışdır. Bu məktubda iki kəlmə var, Biri budur- elə bil ki, dünya heç olmamışdır. Mənim, sənin ömrün nədir ki, elə bil ki, ümumiyyətlə dünya başdan-başa heç olmamışdır. Budur Seyyiduş-şuhədanın nəzər-nöqtəsi. Imam hüseyni tanıya bilən varmı?
- elə bil ki, dünya heç olmamışdır. başa düşən şəxs (görəcək ki,) anbaan bu ömür,onun kökləri bir –bir qırılır. Bu gün niyyətləri düzəldin. Ali məhəmmədin yetimlərini imamın(ə) qeybəti dövründə şübhələrdən (vəsvəsələrdən-qərarsızlıqdan) hifz etmək, qorumaq niyyətilə gedin. Orada hər anı qənimət hesab edin.

- hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur(əl-Maidə-32). Imam bu ayənin təfsirində buyurur:
-onu zəlalətindən qurtarıb hidayətə (düzgün yola) çıxarmış kimi olur. Işinizin nəticəsi belə olur. Məsələn, bir nəfər namaz qılmayandır, onu namaza gətirdin- onu diriltdin...kim onu diriltsə, bütün insanları diriltmiş kimi olur. Və ya bir nəfərin Imam Zamandan xəbəri yoxdur. Imamla onu tanış etdinsə(Imam haqqında ona məlumat verdinsə), deməli onu diriltdin
o, bütün insanları diriltmiş kimi olur. Bu məsələ üzərində dayanmağınızı da qənimət hesab edin. Həyatınızı təkcə minbərə qulaq asmaqda keçirməyin. Gəzin, bir görün, kimin dərdi var, kim xəstədir, ona yardım edin. Orada mühüm olan budur ki, qayıdarkən bu rəvayəti sizə şamil etmək mümkün olsun və siz bu rəvayətin bariz nümunəsinə çevrilə biləsiniz.
- kim yaxşı bir adət yaradarsa, ona əməl edənin savabı həmin şəxsə çatar. buna hazır şəxsləri, müəllimləri tapın, onları öyrədin, onlar da öz növbəsində uşaqları başa salsın. Iş budur. Bunlar edilməlidir. Etməsəniz bunu əldən verdiyiniz üçün çəkəcəyiniz peşmançılıq sizi çarəsiz vəziyyətə salacaq.

- (ya Məhəmməd!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!(Məryəm-39). Mən orada bir qadına aid məsələləri öyrədə bilərdim. amma öyrətmədim. əgər məsələsi ilə tanış olsaydı, bir ömür namazı düzgün qılardı, öyrətmədim namazlarını batil etdi. Bunun peşmançılığı (sonra) insanı çarəsiz vəziyyətə salır. Ola bilərdi ki, mən orada bir müəllimi əvəz edəm, və o, bir məktəbi təmamilə dəyişdirsin. Uşaqları namazla, əhli-beytə qarşı sevgi ilə tanış etsin. Fövtə verilən bu şeylərin peşmançılığı insanı çarəsiz bir duruma salır. Elə bir iş görün ki, bu səfərdən peşman qayıtmayasınız. (yəni öləndən sonra dünya adlı məkana etdiyiniz səfərdən peşman dönmüş olmayasınız). Gecə- gündüz gücünüz çatdığı qədər (bu istiqamətdə ) iş görün. Üç şey təmin olunmalı,həyata keçirilməlidir.
Birinci fiqhi məsələlərin təlimidir. Namaz, oruc, insanların hüququ ilə bağlı məsələlər izah edilməlidir.
İkinci əqidəvi məsələlərdir. Etiqadla bağlı məqamlar gücləndirilməlidir. Hər axşam bir imam haqqında söhbət edin. Siz gələndə həmin insanlar 14 məsumu tanıya bilsin. Minhacın (əsərin adı) müqəddiməsini götürüb hər axşam 14 məsumun həyatı haqqında insanlara danışın. Imam Həsənin kəraməti, əxlaqı, sülhü, bəyanatı,beləliklə bütün imamlar haqqında orada müxtəsər məlumat var..bu məlumatları insanlara çatdırın.
Bu bəhslər içərisində ən əsası şübhələri dəf etməkdir. Xəstələri sağaltmaq lazımdır. Baxın görün birinin xəstəliyi varsa,onun ruhuna mikrob (vəsvəsə, şübhə) düşübsə,onu aradan qaldırın. əqaidi, gözəl əxlaqı və fiqhi hökmləri öyrətməklə ona fikri və mənəvi qida verin. Dinin tamamı bu üç kəlmədədir. Ömürü belə başa vursanız, həyatdan maksimum istifadə etmisiniz. Bura gəlirsən, daha sonra çıxıb işinin dalınca gedirsən. Xəbərin yoxdu. Rəvayətdə deyilir ki,qiyamət günü əməl dəftərini verəcəklər, görəcək ki, bu nədir? elə əməllər yazılıb ki, heç vaxt etməyib. Deyəcək ki, ay Allahım bu işləri mən etməmişəm. Cavab verəcəklər ki, sən filankəsi hidayət etmisən,o, bu işləri görüb və bu əməllərin savabını həm ona ,həm sənə yazmışıq. Onların qıldığı hər namaz sizin əməl dəftərinizə də yazılacaq. Oruc tutmayan sayənizdə oruc tutsa, savabı həm ona,həm də sizin əməl dəftərinizə yazılacaq.

Rəvayətdə deyilir: Qiyamət günü bir dəstə insan məhşərə mələklərin qanadı üstündə gələr. Məhşər əhli təəccüblənər ki, görəsən bunlar kimdir ki, mələklərin qanadı üstündə gəlib? Onlara cavab verilər ki, bunlar o kəslərdirki, Ali Məhəmmədin yetimlərini şərdən qoruyublar. Yəni bunların əqidəsini əllərindən almaq istəyənlərdən onları hifz ediblər. Bunun qarşılığı isə odur ki, həmin insanlara Muəllimul-xeyr deyəcəklər (xeyir müəllimi ləqəbini daşıyan İsa ibn Məryəm olmuşdur). Xeyir nədir? Dinin əhkamı, onun haqq olan əqidəvi məsələləri. Həmin şəxsə xeyir müəllimi deyəcəklər . Göylərdə vəyerlərdə olan hər bir şeyonun üçün istiğfar edəcək. Belə bir istiğfardan sonra heç bir günahı qalmayacaq. Bu səfər belə bir səfərdir. Səy edin ki, bu işi həm özünüz görəsiniz, həm də başqalarını buna sövq edəsiniz. Savadı olanlar Quranı xətm etsinlər. Bir dəfə Quranı xətm etməklə bir duanız müstəcab olar( geci-tezi olsa da, etdiyiniz bir dua Allah tərəfindən qəbul edilər). Hər bir Quran xətminin bir müstəcab duasının olması mütləqdir. Bu Quranı da İmam Zamana tapşırın. Bu işi il ərzində etməyi, təkrarlamağı başqalarına da öyrədin. Savadı olmayanlar isə sübh namazından sonra və yatarkən on bir dəfə Tövhid surəsini oxusunlar, gün ərzində də bu surəni oxusunlar. Bizə gəlib çatmış səhih bir hədisdə qeyd olunur ki, bu surə Quranın üçdə bir hissəsinə bərabərdir. Bütün bunları İmam Zamana hədiyyə edin. Nəfsləri tərbiyə etmək yolları bunlardır. Quranı oxuyub İmam Zamana tapşıranda bunu edən şəxs İmamın diqqət mərkəzində olur. Sizin moizəniz də təsirli olur. Biz indiyədək insanların tərbiyə edilməsi yollarını itirmişdik. Təkcə danışmaq kifayət deyil. Bu rəvayətlər insanı heyrətləndirir.

– Quran, ürəklərin baharıdır. Nəfsləri canlandırır və moizələrin səpdiyi (hidayət toxumları) nəfslərə hopur. Ramazan ayında proqramınız(yəni görməli olduğunuz işlər) bu dediklərimdir. Oranın müəllimlərini tapın, onları təlimatlandırın onlar da mədrəsələrdə iş aparsınlar ayələri,hədisləri onlar üçün oxuyun. Onları əimmə ilə(imamlarla) tanış edin, məsələ və hökmləri onlara öyrədin ki,siz qayıdandan sonra da onlara məsələlərini öyrədən kəslər olsun. Bu səadət yoludur. Ay, böyük aydır. Peğəmbər bu ayda xütbə oxuyaraq
- Allahın bərəkət, rəhmət və məğfirət (bağışlanma) ilə (dolu olan) ayı sizə yaxınlaşmışdır demişdir. Ay bitir, həm rəhmət, həm də məğfirətilə birlikdə. Rəhmət nə rəhmət?

- Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) yaxşıdır(əz-Züxruf-32) . Ancaq biz bu ayda nələrin baş verdiyini başa düşə bilmədik. Bir Quran nazil oldu (yerə endi), digəri isə göyə qalxdı. Nazil olan Quran həmin Qurandır.

(Göylərə ucalaraq haqqa qovuşan Quran isə) peyğəmbərin baxarkən zar-zar ağladığı şəxsdir. Xatəmin ağlamağı bütün məxluqatı yerindən oynadar. (Əli ə) dedi: Ey Allahın Rəsulu nə üçün belə ağlayırsan?. Peyğəmbər dedi ki, sənin parçalanacaq başına görə ağlayıram. Heyrətamizdir!. Peyğəmbər bahar buludu kimi göz yaşı tökürdü. Əli ə dedi: (başım parçalanarkən) dinim salamatmı olacaq (mən bir müsəlman kimi öləcəyəmmi?). Görün o,(Əli) hansı aləmdədir dedi: ya Əli səni öldürən məni öldürmüşdür. Bu sözü ilə bizə başa salmaq istəyirdi ki, (ramazanın ) 21-ci günü peyğəmbərlərin xatəminin şəhadəti günüdür. Həmin günün əzəmətini insanlara izah edin, insanları Əlişünas kimi yetişdirin.

Vəhid Xorasaninin mühazirələri

Redaktor Nəcəf