Baş səhifə
Salavat | Baxış: 600 | Tarix: 2014.05.30

 Peyğəmbərimiz Əleyhissalam buyurdu:

- Mənə ən yaxın olanlar, mənə ən çox salavat gətirənlər olacaqdır.

- Mənə salavat gətirsəniz, Allah da (c. c) sizə salavat gətirər.

- Mənə salavat gətirin. Harada olsanız, salavatınız mənə çatar.

- Allah Təala (C. C) buyurdu: "Bir dəfə salavat gətirənə, Mən və mələklərim on dəfə salavat gətirərik."

- Cümə günü və gecələr mənə (100) dəfə salavat gətirənin Allah Təala (c. c) otuzu dünyaya, yetmişi axirətə aid olmaqla 100 ehtiyacını qəbul edər.

- Dua ilə səma arasında bir maneə var. Mənə salavat gətiriləndə maneə açılar, dua yerinə çatar.

- Sünnətimi canlandıran, mənə salavat gətirən, darda qalanlara kömək edənlər qiyamət günündə ərşin kölgəsində olacaqlar.

- Sırat üzərində qalmış, xurma yarpağı kimi tir-tir titrəyən bir adam gördüm. O anda mənə gətirdiyi salavatı gəlib o vəziyyətdən onu qurtardı.

- Dünən gecə əcaib bir şey gördüm. Adamın biri Sırat üzərində düşüb qalxırdı. O anda mənə gətirdiyi salavat gəldi. Əlindən tutdu və Siratdan keçirdi.

- Məclislərinizi salavat ilə bəzəyin.

- Qiyamət günü böyük əcr almaq istəyən mənə salavat gətirsin.
- Cümə günü mənə (80) dəfə salavat gətirənin 80 illik günahı bağışlanar.

- Mənə salavat gətirilmədən edilən heç bir dua qəbul olunmaz.

- Mənə (100) dəfə salavat gətirənə, Allah (c. c.) min dəfə rəhmət nəzəri ilə baxar. Daha çox gətirən üçün qiyamət günündə şəfaət və şahidlik edərəm.

- Mənə bir gündə (1000) dəfə salavat gətirən insana cənnətdəki mövqeyi göstərilmədikcə ölməz.

- Cümə günü mənə (100) dəfə salavat gətirən insan qiyamətdə elə bir nur ilə gələcək ki, əgər o nur bütün məhşər əhli arasında bölünsə, hamısına çatardı.

- Ömürünü boş yerə heç edən insanın itirdiyi zamanı kompensasiya etmək üçün salavat ilə məşğul olmalidir. Əgər bütün ömrünü ibadətlə keçirmiş olsan, sonra bir dəfə salavat gətirsən, o salavat bütün ibadətlərindən daha ağır gələr. Çünki sən öz gücün nisbətində salavat gətirməkdəsən.

- Allah Təala da (C. C) sənin bir salavatına qarşılıq sənə on salavat gətirir. Yəni Allah təala(C. C) sənə on dəfə rəhmət nəzəriylə baxır.

- Allah Təalanın (C. C) quluna nəzəri rəhməti; insan, cinin ibadətindən daha xeyirlidir. Çünki allah(C. C) bir quluna rəhməti ilə nəzər edəndə o qul əzaba düçar olmaz.

- Allah təala(C. C), cümə axşamı günü, mələkləri salavatı gətirənlərin adını yazmaq üçün yer üzünə göndərər. Cümə günü və gecəsi salavat gətirməyə laqeyd yanaşmayın.

- Salavat dünya və axirətdə insanın dərəcəsini ucaldar. Onu böyük bir nur sahibi qılar. Qazancı ən bol bir ticarət qaynağıdır.

Redaktor Nəcəf