Baş səhifə
İmam Mehdi (ə.c) tanıyırıqmı? | Baxış: 2085 | Tarix: 2014.05.29

İmam Mehdi (ə.c) tanıyırıqmı?

Adı: Muhəmməd

Atası: İmam Həsən Əskəri (ə)

Anası: Nərgiz xanım

Babası: İmam Əli əl-Hadi (ə)

Viladəti: Hicrətin 255-ci ili, şəban ayının 15-də Samirra şəhərində dünyaya gəlmişdir

Künyəsi: Əbul Qasim

Ləqəbləri: əl-Mehdi, əl-Qaim, əl-Muntəzir, Sahibəz-zaman, əl-Huccə, əl-Xatim, Sahibud-dar

İmaməti: Hicrəti 260-ci ili atası imam Həsən Əskərinin şəhadəti günü 5- yaşında ikən imam təyin edilmişdir

Bayrağı: Üzərində yazılmışdır; əl-Beyətu lillah

Qeybə çəkilməsi: İmam Məhdinin (ə) iki qeybi olmuşdur:

Kiçik qeybi: Müddəti 69 il olmuşdur. Bu müddətdə özünə 4 naib təyin etmişdir ki, onunla tərfdarları arasında vasitəçilik etmişdirlər. Onlar aşağıdakı şəxslərdən ibarət olmuşlar:

Əbu Amr Osman ibn Səid ibn Amr əl-Amiri əl-Əsədi. İmam Hadi (ə) və imam Əsgərinin vəkili omuşdur.
Muhəmməd ibn Osman ibn Səid. (hic,304-cu ili vəfat etmişdir).
Əbul Qasim əl-Hüseyn ibn Ruh ibn Əbi Bəh əl-Nubəxti. (hic , 326-cu ili vəfat etmişdir).
Əbul-Həsən Əli ibn Muhəmməd əs-Səməri. (hic, 329-cu ili vəfat etmişdir).


Böyük qeybi: Axırıncı naib vəfat etdikdən sonra başlamışdır və Allahın izni ilə Zühur etdiyi vaxta qədər davam edəcəkdir.

Zühur edəcəyi məkan: Məkkə

Müsəlmanların ona beyət edəcəyi yerMəkkədən “Məqam və Rüknun” arası

Xüsusi əshabları: 313 kişi, O həzrətin xüsusi köməkçiləri olacaqdırlar

Ordusu: 10 min

Hakimiyyəti: Bütün dünya aləminin hakimi olacaqdır. Allahın Rəsulu (s) bu barədə mənaca eyni, lakin ləfz etibarı ilə müxtəlif-müxtəlif hədislər buyurmuşdur: “Qiyamət gününə bir gün belə qalmış olsa, Allah həmin günü uzadacaq və Fatimənin nəslindən bir şəxs Zühur edəcək adı mənim adım, yer uzərində ədalətlə bərpa edəcək”.

Hakimiyyət müddəti: Çoxlu rəvayətlərə görə 20 ildən az olacaq.

Redaktor Nəcəf