Baş səhifə
İmam Hüseyn (ə)-ın ziyarətinin fəzilətləri | Baxış: 1716 | Tarix: 2014.05.29

İmam Hüseyn (ə)-ın ziyarətinin fəzilətləri

Şeyx Abbas Qumi buyurur: İmam Hüseyn (ə)-ın ziyarətinin fəziləti hec bir bəyana sığmaz. Və çoxlu rəvayətlərdə nəql olunur ki, İmam Hüseynin (ə) ziyarəti həcc, ümrə və cihadla bərabər və bəlkə də daha fəzilətlidir.
İmam Hüseynin (ə) ziyarətinin müsbət təsirləri:

1. İnsanın bağışlanmasına səbəb olar;
2. Qiyamət günü hesabın asan tutulmasına və dərəcə yüksəlişinə səbəbdir;
3. Duaların qəbul olunmasına səbəbdir;
4. Ömrün uzun olmasına səbəbdir;
5. İnsanın mal və canının amanda qalmasına səbəbdir;
6. Ruzinin çox olmasına və hacətlərin müstəcab olmasına səbəbdir;
7. Qəm-qüssənin aradan getməsinə səbəbdir;
8. Can verərkən rahat can verər;
9. Qəbrin vəhşətini aradan aparar.
O Həzrətin yolunda xərclənən hər dirhəm müqabilində min, bəlkədə on min dirhəm hesab olar. O Həzrətin qəbrinə yaxınlaşdıqda, dörd min mələk onu qarşılayır, ziyarətdən qayıdarkən onu müşayət edirlər. Peyğəmbərlər (ə) və Məsum İmamlar (ə), həmçinin mələklər Həzrətin zairlərinə dua edir və ona bəşarət verirlər. Allah təala Ərafat çölünün əhlindən çox İmam Hüseyn ələyhissalamın zairlərinə rəhmət nəzəri ilə baxır.

İmam Hüseyn (ə) ziyarət edənlərin ziyarəti İnşallah qəbul olar və getməyənlərə də nəsib olar.

Redaktor Nəcəf