Məbəs bayramınız mübarək!
Həzrəti Peyğənbər (səlləllahu əleyhi və alih) 610-cu miladi ilində 40–yaşında ikən Rəcəb ayının 27-sində Məkkə şəhərində Həra dağında İnsanlıq zirvəsin fəth edərək peyğənbərlik məqamına çatdı. Bu günü müsəlmanlar Məbəs günü münasibəti ilə bayram keçirdirlər.
Məbəs lüğətdə yəni hərəkət verilən zaman deməkdir. Bu gün Allah Əziz Peyğənbərimizdən, artıq Allahın tərəfindən insanlara tərəf hərəkət edib onları zülmətdən nura doğru hidayət etməsin istəmişdir.
Biz ziyaret.az saytı olaraq bu əziz bayramı başda zamanənin imamı həzrəti Məhdi (əccələllahu fərəcəhuş şərif) cənabları olmaqla bütün bəşəriyyətə təbrik ərz edirik!
Rəcəb ayının 27–si bayram günün əməlləri:
Bu gün xeyli əzəmətli gündür. Bu gün sübh çağı həzrəti peyğənbərimiz peyğənbərlik məqamına çatdı bu günün əməlləri aşağıdakılardan ibarətdir:
Bir: Qüsul vermək.
İki: Oruc tutmaq (Bu günün orucu il ərzində savabı bütün illə bərabər olan dörd orucdan biridir. Onun savabı yetmiş ilin savabına bərbərdir.)
Üç: Çoxlu salavat göndərmək.
Dörd: Həzrəti peyğənbər və Əmirəl Möminini (əleyhimus səlatu vəs səlam və əla alih) ziyarət etmək.
Redaktor Nəcəf