Baş səhifə
Şərh(İnşirah) surəsi və onun fəzilətləri | Baxış: 479 | Tarix: 2014.05.27

 

Şərh(İnşirah) surəsi və onun fəzilətləri

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

١ أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ
٢
وَوَضَعْنَا عَنكَ وِزْرَكَ
٣
ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ
٤
وَرَفَعْنَا لَكَ ذِكْرَكَ
٥
فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا
٦
إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا
٧
فَإِذَا فَرَغْتَ فَٱنصَبْ

٨ وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب


1  (Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)

2 Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)

3 (Elə bir yük ki) sənin belini bükürdü.

4 Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)

5 Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)

6 Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbrlə dözmək lazımdır!)

7 (Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)

8 Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl !)

Transkripsiyası:
(Ələm nəşrah ləkə sadrak, və vəda`nəə ənkə vizrak, əlləzi ənqada zahrak, və rafə`nəə ləkə zikrak, fəinnə məəl usri yusraa, innə məəl usri yusraa, fə izə fərağtə fənsab, və ilə rabbikə fərğab)

İmam Sadiq (ə) buyurmuşdur: "Bir gündə (gecə ya gündüz) "Şəms", "Ləyl", "Zuha", və "İnşirah" surələrini oxuyan şəxs üçün (onun xeyrinə) bütün bədən üzvləri və yerdə olan bütün şeylər qiyamətdə şəhadət verər. Allah onların şəhadətini qəbul edərək buyurar: - Onu Cənnətə tərəf aparın, haranı ürəyi istəsə qoy oranı seçsin. Beləliklə, onu heç bir minnətsiz Cənnətdə məskunlaşdırın. Bu mənim tərəfimdən ona olan mərhəmətimdir. O bunu heç bir əziyyət çəkmədən ələ gətirmişdir."

-Mənəviyyatda irəliləmək istəyənlər bu surəni hər gün 70 dəfə oxumağı tərk etməsinlər.

- Ürəyi sıxılanlar, başı daralanlar, sıxıntıda olanlar salamatçılığa çıxmaq istəyirlərsə gündə 70 dəfə bu surəni oxusunlar.

- Kim bu surəni hər namazdan sonra oxusa, Allah-təala ona rahatlıq verər və ruzisini çoxaldar, sıxıntısını aparar, ummadığı yerdən ruzisini yetirər.

- Bu surəni hər səhər vaxtı 200 dəfə oxuyana bəzi ilahi sirlər vaqif olar.

Redaktor Nəcəf