Baş səhifə
Ölüyə Quran tapşırmaq olarmı? | Baxış: 3255 | Tarix: 2014.05.09

Ölüyə Quran tapşırmaq olarmı?

Bəzi insanlar belə düşünürlər k,i ölən insanın ardınca oxunan Quranın ölüyə heç bir təsiri yoxdur. Və belə iddia edirlər güya bu məsələ ilə əlaqədar heç bir dini dəlil – ayə və ya hədis də yoxdur. Mən bu mövzüda sadəcə bu şübhəni aradan qaldırmaq üçün bir neçə şeyi vurğulamaq istəyirəm.
  1. Görəsən insan dünyasını dəyişəndən sonra  bu dünya ilə onun arasında əlaqə kəsilirmi?
  2. Görəsən ölülərə  təqdim edilən xeylərdən  onlar faydalana bilirlərmi?
  3. Savab işlərdə ölülərlə dirilər  müştərkdirlərmi?
Rəsulullahdan və məsum imamlardan nəql olunan hədislərə nəzər yetirdikdə görürür ki, bu hədsilərdə tövsiyyə olunur ki, qəbiristan əhlini unutmayın. Ölulərin  sizin onlara   təqdim etdiyiniz  dualara, sədəqələrə, namaz və Quaran ayələrinə çox ehtiyacları vardir. İndi isə gəlin bu hədislərdən bir neçəsinə baxış keçirək.
Rəsulullah (s) buyurmuşdur: Hər kim müsəlman qəbristanlığında Qurani-Kərimdən bir ayə oxumuş olsa, Allah Təala ona yetmiş nəbinin savabını verəcəkdir.  (Camiu əhdisuş-şiə 3-cild.)
İmam Rıza (ə) buyurmuşdur: Hər kim mömin bir insanın qəbrini ziyarət edə və Qədr surəsini yeddi dəfə oxusa, Allah həm onun, həm də qəbr sahibinin günahlarını bağışlayar. (Əl-Fəqih 1-cild.)
Rəsulullahdan nəql edilir: Hər kim qəbristanlığa daxil olub Yasin surəsini oxumuş olsa, Allah təala həmin vaxt qəbir əhlinin əzabını azaldar və onu oxuyana  orada yatanların sayı qədər həsənat  verəcəkdir. (İddətud-Dai)
    İmam Sadiq (ə) buyurmuşdur: Namaz, oruc, həcc, sədəqə, dua və bu kimi hər bir yaxşı əməl meyyitə təqdim olunarsa, bütün bunlar  onun  qəbrinə daxil olan əməllərdir. Bunların savabı həm bu əməlləri yerinə yetirənə, həm də öluyə şamildir.  (İddətud-Dai)
İmam Sadiq (ə) buyurmuşdur: Hər kimi meyyitin əvəzinə hər hansı bir xeyr işi görərsə, Allah təala o işin savabını ona,  meyyitə isə o işin əcrini verəcək. (İddətud-Dai)
    Bütün bu hədislərdən bəlli olur ki, ölulərlə dirilər arasında olan əlaqə kəsilməzdir. Enyi zamanda ölulətə təqdim olunan bütün xeyr işlərdən fadalanır və hətta müsəlmanların onalar qarşı təqdim etdiyi xeyr işlərlə müştərəkdirlər.  Deməli ölu üçün oxunan Quran ayələrin onlara faydasi vardır. Əgər faydası olmasaydı gərək şəriətimizdə ona qarşı çıxan dəllilər də mövcüd olaydı. Çox təəssüflər olsun ki, bəzilər deyirlər ki, Qurani-Kərimdə ölulərə bu kimi şeylərin təqdim olunması barəsində dəlil yoxdur. Əgər doğrudan da belədirsə, həmçinin axı bunu inkar edən ayələrdə Quarani-Kərimdə yoxdur. Bəs hansı dəlilə əsasən  Yasin və ya Quran oxumaq olmaz və ya ölulər bu kimi şeylərdən  heç bir faydalana bilmirler  ifadesi ireli surulur.  O ki qaldı Yasin surəsinin 69 və 70-ci ayələrini “Biz ona şeir öyrətmədik. Ona yaraşmaz da. O sadəcə olaraq bir öyüd-nəsihət və açıq-aşkar bir Qurandır. Diri olanı xəbərdar etmək üçün. Nankorlara verilən o əzab sözü həyata keçəcək”.  dəlil gətirərək Quarnın dirilərə aid olduqlarını iddi edənlər demək oar ki, bunu düzgün başa düşə bilməmişdir. Çünki bu ayələrdə Allah təala öz ayələrini və Rəsulullahı insanları xəbərdar etmək üçün göndərilməsi dedikdə: Yəni Rəsulullahın və Quranın bəşəriyyətə göndərməsinin hədəfi dudur ki, həyatda yaşayan hər bir insana belə İlahi qanunların olmasını xəbər vermək cavibdir.  Belə olduğu təqdirdə , axı bunun heç bir mənası yoxdur ki, Allah təala buyura : “Mənim göndrədiyim Quaranın qanunlarını həm dirilərə xəbər et həmdə ölülərə”. Axı bu ağıla sığılmaz bir şeydir. Özü də burada xəbərdar ifadəsi,  yəni ərəb dilində “inzar” ifadəsi ilə təqdim edilib ki, bu kəlimədə  da məqsəd yəni Allahın Qiyamət günüdə insanlara verdiyi şiddətli vədələrlə xəbərdar et. Təbiidir ki, bunuda mövzüsü dirilərdir ki, bir vaxt Qiyamət məhkəməsi olacaq və insanlar  bir müüdət  yaşayıb  ömürləri  başa  çatdıqdan müvəqqəti öləcəklər və sonra isə yenə onlar diriləcəkdirlər.  Belə olduqda burada “ölülərə xəbər ver” ifadəsini qeyd etməyin heç bir mənası olmaz. Çünki ölümdən qabaq sayılan mərhələ hazırlıq mərhələsidir. Sanki ölüm mərhələsi isə hesab-kitab mərhələsidir. Orada yalnız hesab verəcəklər əməl isə məhz bu dünyadadır. Axı bu ayə ölülərə quran oxumamğı haqqında heç bir ifadə  verməmişdir. Necə ola bilər ki,   bir  şəxs bu ayəni başa düşmədən onu  öz fikrinə “Bu ayə Quranın ölülərə aid olmamasını sübüt edir” ifadəsinə dəlil gətirə bilər. Bu ilk növbədə həm şəxsi fikirdir, həm də Qurani-kərimə şəxsi fikirlə rəy verməkdir. Bütün bunlardan başqa Rəsulullah (s) və məsum imamlar (ə) öz həyatı boyu bir neçə sahabi və tabeinlərin qəbrini ziyarət edərə onlara Quran ayələrini və duaları oxumuşlar. Bu bir daha sübüta yetirir ki, ölülərə Quran oxumaq olar və onlar bu oxunan Quran və dualardan faydalanırlar.

Redaktor Nəcəf