Zəhra səlamullahi ələyhanın nurunun yaranma sirri
İmam Sadiq (ə)-dan rəvayət olunur: " Allahdan başqa heç nə yox idi, Allah öz cəlal və əzəmətindən beş nuru yaratdı və o nurun hər biri üçün Allahın adlarından adlar seçildi. Allah "Həmid"dir və bu isim Məhəmməd səllallahu ələyhi və alihi və səlləmdə təzahür etdi. Allah "əla"dır ki, əmirəl möminində - Əli ələyhissəlamda öz əksini tapır. Allah üçün gözəl adlar "əsmaye husna" var ki, Həsən və Hüseyn ələyhissəlamın adları bununla bağlıdır. Onun "fatir" adından "Fatimə" adı meydana gəldi. O nurlarla əhd edib onları ərşin sağ tərəfində yerləşdirdi. Allah mələkləri nurdan yaratdı. Mələklər bu nurlara baxanda onları böyük sayıb təsbihi onlardan öyrəndilər".
Bu mətləblər mələklərin dili ilə Quranda gəlmişdir:
"...biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik.»
Allah Adəm (ə)-ı yaradandan sonra Adəm (ə) ərşin sağ tərəfindən ərz etdi: "Ey mənim ixtiyar sahibim! Onlar kimdirlər?"
Allah cavabında buyurdu: "Ey Adəm! Onlar mənim seçdiklərimdir, onları öz əzəmət və böyüklüyümlə yaratmışam və öz adlarımdan adlar vermişəm" sonra ərz etdi: "Ey Allahım! Onların adlarını mənə öyrət".
Allah buyurdu: "Ey Adəm! Bu isimlər mənim sirlərimdir ki, sənə əmanət edirəm. Mənim iznim olmadan heç kimə bu bəyan olmamalıdır".
-"Qəbul edirəm".
Allah bu peymandan sonra Adəmə onların adlarını öyrətdi.
"Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin.»
Dedilər: «Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!»
Redaktor Nəcəf