Baş səhifə
Zəkatın miqdarı | Baxış: 501 | Tarix: 2013.05.29

 

 

1-Müvəqqəti imkanlar zəkat almağa mane deyil. Bir neçə hədisə diqqət yetirin: Bir şəxs Imam Sadiqə (ə) dedi: “Filan kəsin dörd min dirhəm qiymətində evi vardır. Dəvəsi də vardır ki, yemindən əlavə hər gün iki dirhəmdən dörd dirhəmə qədər xeyir götürür. Bundan əlavə həyat yoldaşı və qulu da vardı.” Imam (ə) buyurdu: “İstəyirsən ki, mən, onun izzətinə səbəb olan doğulduğu mənzilini, ya dolanışıq vasitəsi olan dəvəsini və qulunu ona satmağa məcbur edəm? Heç vaxt! O zəkatı ala bilər. Evini, dəvəsini və qulunu lazım deyil satsın.” 2-İmam Sadiqə (ə) dedilər: “İsa ibn Əyun ehtiyaclı bir şəxsə dedi: Sənin ət və xurma aldığını gördüm və sən yoxsul deyilsən. Hərçənd ki, verməyə zəkatım vardır, sənə verməyəcəm. Yoxsul şəxs ət və xurmanın daimi olmadığı üçün hər nə qədər üzr gətirdisə, İsa ibn Əyuna təsir bağışlamadı.” İmam (ə) mübarək əlini bir neçə dəqiqə alnına qoydu və sonra başını qaldırdı və buyurdu: “Allah-taala varlıların mallarına lütf buyurmuş və yoxsulların da mallarına diqqət yetirmişdir. Varlıların mallarında yoxsullar üçün kifayət olan bir pay vardır.” 3-İmam Sadiqdən (ə) soruşdular: Zəkatdan yüz dirhəmə qədər yoxsul şəxsə verimmi? İmam (ə) buyurdu: Bəli. Soruşdular: Zəkatdan iki yüz dirhəmə qədər yoxsul şəxsə verimmi? İmam (ə) buyurdu: Bəli. Soruşdular: Zəkatdan dörd yüz dirhəmə qədər yoxsul şəxsə verimmi? İmam (ə) buyurdu: Bəli. Yenə də soruşdular: Zəkatdan beş yüz dirhəmə qədər yoxsul şəxsə verimmi? Həzrət Imam (ə) buyurdu: Bəli, onu ehtiyacsız edənə qədər ver. 4-Imam Sadiq (ə) Həzrət Əlidən (ə) nəql edib buyurur: Zəkat hökumətdə vəzifəsi, evi, var-dövləti, ticarəti olmayan, sənəti olan halda muzdlu iş görmək üçün dostu və sadə işlər üçün bədəninin gücü olmayan kəslər aiddir. Allah-taala varlıların mal-dövlətindən bir qismini bu şəxslər üçün vacib buyurmuşdur ki, onların yaşayışı iflic vəziyyətinə düşməsin və öz ayaqları üstündə dura bilsinlər. İmamdan (ə) soruşdular: Bir şəxsin yaşayışı atası, ya əmisi və ya qardaşı tərəfindən sadə şəkildə təmin olur. Yaşayışının yaxşılaşması üçün zəkat ala bilərmi? İmam (ə) buyurdu: Eybi yoxdur. Digər bir hədisdə oxuyuruq ki, hətta evlənmək üçün də zəkat ala bilər. Başqa bir hədisdə də gəlibdir ki, sədəqə verməyə imkanı olana qədər zəkat ala bilər. Rəvayətlərdən bəzisində də oxuyuruq ki, yoxsul şəxs öz dolanışığını da təmin etmək üçün zəkat ala bilər və hətta əgər həccə getməyibdirsə, onunla Məkkəyə də gedə bilər. Əlbəttə nəzərə almalıyıq ki, yoxsul şəxs, dolanışığı adi həyat tərzinə qayıdana kimi zəkatdan istifadə edə bilər və o zamanda Mədinədən həccə getməyin xərci o qədər mühüm hesab olunmurdu