Baş səhifə
Həzrəti Fatimə-Zəhra (ə)-ın ziyarətnaməsi | Baxış: 893 | Tarix: 2014.03.17

 Həzrəti Fatimə-Zəhra (ə)-ın ziyarəti
Ey imtahandan çıxan şəxs ki, Allah səni xəlq etməmişdən öncə imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Biz güman edirik ki, sənin dostlarınıq, atanın və onun canişinlərinin bizə gətirdiyi hər bir şeyə səbirli olub, onları təsdiq edənik. Biz səndən istəyirik ki, əgər səni təsdiq edənlərdən olsaq, hökmən bizim təsdiqimizi atan Rəsulullah səlləllahu ələyhi və alihi və səlləmə və Əli ələyhissəlama mulhəq et təki sənin vilayətin səbəbilə pak olmağımızı özümüzə müjdə verək. (Bu duanı oxumaq müstəhəbdir)

Salam olsun sənə, ey Allahın Rəsulunun qızı!
Salam olsun sənə, ey Allah nəbisinin qızı!
Salam olsun sənə, ey Allah həbibinin qızı!
Salam olsun sənə, ey Allah xəlilinin qızı!
Salam olsun sənə, ey Allahın seçdiyinin qızı!
Salam olsun sənə, ey Allah sirlərinin əmanətdarının qızı!
Salam olsun sənə, ey Allah məxluqunun ən yaxşısının qızı!
Salam olsun sənə, ey Allah peyğəmbərinin, nəbi və rəsullarının, mələklərinin ən xeyirlisinin qızı!
Salam olsun sənə, ey bəşərin ən xeyirlisinin qızı!
Salam olsun sənə, ey əvvəldən axıra qədər aləm xanımlarının seyyidəsi!
Salam olsun sənə, ey Allah vəlisinin, Rəsuli-Əkrəmdən sonra məxluqatın ən yaxşı insanın həyat yoldaşı!
Salam olsun sənə, ey Siddiqə və ey şəhidə!
Salam olsun sənə, ey Allahdan razı olan və ey Allahın razı olduğu xanım!
Salam olsun sənə, ey fəzilət və paklıq sahibi!
Salam olsun sənə, ey insan növündən olan Huriyyə!
Salam olsun sənə, ey təqvalı və pak-pakizə xanım!
Salam olsun sənə, ey muhəddəsə və ey Əlimə xanım!
Salam olsun sənə, ey sitəm olunmuş ey zahirdə məğlub, ey Rəsuləllahın qızı!

Allahın rəhməti və bərəkəti sənə olsun. Allahın salavatı sənə və sənin pak ruhuna, bədəninə olsun! Şəhadət verirəm ki, həqiqətən sən dünyadan Rəbbin tərəfindən aşkar bir dəlillə köçdün. Şəhadət verirəm ki, həqiqətən hər kəs səni sevindirib, xoşhal etsə,, şübhəsiz ki, Rəsuli Əkrəm səllallahu ələyhi və alihi və səlləmi xoşhal etmişdir. Hər kəs sənə cəfa və zülm etsə, şübhəsiz ki, Rəsuli Əkrəm səllallahu ələyhi və alihi və səlləmə cəfa və zülm etmişdir. Hər kəs sənə əzab-əziyyət versə, şübhəsiz ki, Rəsuli Əkrəm səllallahu ələyhi və alihi və səlləmə əzab-əziyyət vermişdir. Hər kəs sənin yoluna qovuşsa, şübhəsiz ki, Rəsuli Əkrəm səllallahu ələyhi və alihi və səlləmə qovuşmuşdur. Hər kəs sənə taziyanə vurubsa,şübhəsiz ki, Rəsuli Əkrəm səllallahu ələyhi və alihi və səlləmə taziyanə vurmuşdur, çünki sən onun ciyərinin parası, ruhusan. Allahı, Onun Rəsulunu və məlaikələrini şahid tuturam ki, mən sənin razı olduğun adamlardan razı, qəzəbləndiyin adamlarla qəzəbli, bezar olduğun adamlardan bezar, sənin dostlarınla dost, düşmən tutduqlarınla düşmən, kin bəslədiyin adamlarla kinli, sevdiyin adamları sevənəm. Allah şahidlik, hesab çəkmək, cəzalandırıb mükafat verməyə kifayətdir.

 


Redaktor Nəcəf