Baş səhifə
(1 cİ Hissə) PEYĞƏMBƏR (s)-in QIZI FATİMƏNİN ŞƏHADƏTİ ƏFSANƏ DEYİL | Baxış: 842 | Tarix: 2014.03.09

BAğIşLAYAN VƏ MEHRıBAN ALLAHIN ADI ıLƏ
PEYĞƏMBƏR (s)-in QIZI FATİMƏNİN ŞƏHADƏTİ ƏFSANƏ DEYİL (1 Ci Hissə)
«O kəslər ki, Allahı və Onun Peyğəmbərini incidərlər Allah dünyada və axirətdə onlara  lənət eləmişdir. Onlar üçün həqarətli bir əzab hazırlamışdır». (Əhzab ayə. 57)
«Fatimə mənim canımın bir parasıdır hər kəs ona əziyyət etsə elə bil mənə əziyyət edib» (Səhih Buxari və Səhih Muslim)
Müqəddimə:
Bu məqalə Rəsulullahın (s) vəfatından sonra yeganə qızı Fatimənin (ə) şəhadətini, Əhli beytə qarşı törədilmiş cinayətləri və zülmləri ya cəhalətdən yaxud da  inadkarlıqdan inkar edib onu sübutsuz əfsanə adlandıranlara və həzrət Fatiməyə olunmuş sitəmləri, evinə hücum çəkib yandırılmasını, gecə vaxtı təşiyyə cənazə olub məxfi surətdə dəfn olunmasını və şəhid olana qədər bəzilərindən narazı olmasını inkar edənlərə cavabdır!
Həqiqətdən xəbərsiz və tarixi təhqiqat etməyə fürsəti olmayanlar bu həqiqətləri inkar edənlərin meydana atdığı şübhələri eşidəndə sadəlövhlüklə onlarin dediklərini qəbul edirlər. Bu cür sadəlövhlər tarixi kitablar və həqiqətlərin araşdırılması zəminində yazılmış kitabları mutaliə etsələr başa düşəcəklər ki, islam tarixinin bu kəşməkeşli yolları nə qədər acınacaqlı bir yol keçib. ıslam dininin keşiyində durmuş və rəsulullahın Əhli-beytinin qeyrətini çəkən alimlər bu məsələləri gizlətməyə çalışıb irad etdikləri şübhələri heç vaxt cavabsız qoymamışlar. Amma yenə də bəziləri yenidən həmin cavabı verilmiş şübhələri yeni üsullarla meydana gətirməyə çalışırlar. Tarixin acı səhifələrindən xəbəri olmayan yeni nəsli təzədən şübhəyə salmaq istəyirlər. Onlar qarşılarında qoyduqları vəzifələrinə yaxşı əməl edirlər. Biz Peyğəmbər (s) Əhli beytinin məhəbbətini qəlbimizdə daşıdığımızı iddia etdiyimiz halda görəsən vəzifəmizi bilib ona əməl edirikmi? ıslam tarixinin mühüm məsələləri haqqında axtarış aparırıqmı? Bir para qərəzli yazıçıların qələmləri altında həqiqət itib savadsız kütlələri azdırmağa xidmət etdiyi zamanda bu məsələləri mutaliə edib camaata çatdırmaq bizə daha çox vacibdir.
Xatırladaq ki, bu məqalə qeyri şiələr tərəfindən irad olunmuş şübhələrə cavab əsasında tərtib olunduğuna görə bütün istinad mənbələri əhli sünnətin mötəbər saydıqları kitablardan əxz olunmuşdur. Əsl həqiqətdə şiə məzhəbinin Koleyni, Səduq, Təbərsi, Məclisi və Əmini kimi istinad nöqtələri olduğu halda əhli sünnətin kitablarına ehtiyac yoxdur. çünki şiə alimləri islamın 14 əsrlik tarixində min bir əziyyətlərə qatılaraq  bəzən də qanları bahasına Əhli-beytin səhih hədislərini hifz edib bizə çatdırmışlar. ümüd edirik Əhli-beytin eşqi ilə nəfəs alan qardaşlar bu qısa məqaləni oxumaqla daha dərin təhqiqatlar aparmaq imkanı əldə edəcəklər.
                Birinci fəsl: - «Fatiməye Zəhranın (s.ə) çəkdiyi müsibətlər»
1-ci şübhə: Fatimənin (s) evinə od vurulub oğlu Möhsinin şəhid olunması və s....kimi hadisələrin yalnız  siələrin uydurmaları olduğunu iddia edilməsi.          
      Bu şübhəni irad edənlər həqiqətdən xəbərdar olmayan insanları azdırmaq üçün deyirlər ki, bütün bunların heç bir etibarlı sənədi yoxdur. Deyilənlər ancaq şiə kitablarında nəql olunub. Hicrətin 3-cü əsrindən bu yana əhli sünnət alimlərinin kitablarında bu dəhşətli hadisəyə dair yazdıqlarını göstərəcəyik. Onları mutaliə edəndən sonra hadisələrin nəqlinin yalnız şiə məzhəbinə məxsus olmadığının şahidi olacaqsınız.
Xatırladırıq ki, bu mənbələr əslində ərəb dilində yazılıb və Azərbaycanda çox cüzi bir kütlənin bu dili bildiyi üçün onlar bundan istifadə edib həqiqəti arxayınlıqla inkar edirlər. Amma bununla belə Allah-təala heç vaxt haqqı xəyanətkarların əlində məhv olmağa qoymur.
                Birinci bölmə: -Fatimənin evinə hucum və onun odlanması:
Bu məsələ ətrafında əhli sünnətin kitablarında  çoxlu rəvayətlərin nəql olunmasına baxmayaraq biz onlardan bir neçəsini dərc edirik.
1.“...ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi:- Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi  yandırmaq əmrini verməkdə mənə mane ola bilməz”  ıbn Əbu şeybə (hicrətin 235-ci ildə vəfat edib “əl-Musənnəf” 7/432 hədis 37045 Beyrut nəşri kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr).
2- «....Sonra Əbu Bəkr öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam.
                Orada olanlardan biri  ömərə dedi:- Bilirsən ki, Fatimə də evdədir?
                ömər dedi:- Hətta Fatimə də evdə olsa belə yandıracağam....» (ıbni Quteybə. (hicrətin 276-cı ilində vəfat edib) “əl-ımamətu vəs-siyasət” 1/12 Misir nəşri).
Xatırladaq ki, bəzi əhli sünnət alimləri “əl-ımamətu vəs-siyasət” kitabının müəllifinin ıbn Quteybə olduğunu inkar edirlər. Onların cavabında deyirik:- Muhəmməd Fərid Vəcdi “Dairətul-məarif” kitabının 3-cü cildinin 750-ci səhifəsində yazır:- ıbn Quteybənin “əl-ımamətu vəs-siyasət” kitabı xilafət məsələsi haqqında yazılmış ən qədim və etibarlı kitablardan biridir.
3- “Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından ömərə dedi:- Ey Xəttabın  oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm?
ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır” (Bəlazəri (hicrətin 279-cu ilində vəfat edib) “Ənsabul-əşraf” 1/576 Misr nəşri, səqifə əhvalatı hədis 1184).
4- «Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt ömər ibn Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam» (Təbəri (hicrətin 310-cu ilində vəfat edib) “Tarixul-uməmi vəl-muluk” 2/443 nəşr Beyrut).
5- «....sonra  Əmirulmöminin bir dəstə tərəfdarları ilə öz mənzilində yığışıb mübarizəyə əl atdılar. çünki Peyğəmbər ona bu cür göstəriş vermişdi. Bu vaxt bir dəstə onun evinə hücum çəkib evinin qapısını odladılar. Onu zorla evdən çıxartdılar. Hücum çəkənlər qadınların seyyidəsi (Fatiməni) qapı ilə divar arasında elə sıxdılar ki, hətta bətnindəki uşağı Möhsin ziyan oldu» (Məsudi (hicrətin 346-cı ilində vəfat edib) “ısbatul-vəsiyyət” səh 142 hekayətus-səqifə bəhsi).
6- “Əbu Bəkr ömərə göstəriş verdi ki;- Əgər Əlinin evinə yığışanlar evdən çıxsmaqdan imtina etsələr onda onlarla cəng et. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Bu arada ömər Fatimə ilə qarşılaşdı. Fatimə ona dedi:- Ey Xəttabın oğlu mənim evimi yandırmağa gəlmisən? ömər dedi:- Bəli, necə ki, ümmət Əbu Bəkrə beyət edib gərək  siz də beyət edəsiniz......”  (ıbn Əbdi Rəbbih (hicrətin 327-ci ilində vəfat edib) “Əqdul-fərid” 3/64 nəşr Misir)
7- ıbni Əbil Hədid (hicrətin 655-ci ilində vəfat edib, “şərhu Nəhculbəlağə” 2/56 nəşr Beyrut) Covhəridən (4-cü əsrin alimlərindəndir “Səqifə və Fədək” kitabının müəllifidir. Əhli sünnətin bu mövzuda ən mühüm mənbələrindən sayılır) nəql edib:- “..... ömər onlara tərəf yollandı və onlara dedi:- And olsun o kəsə ki, mənim canım onun əlindədir ya gərək beyət etmək üçün evdən çıxasınız  ya da ki, evi sizin üstünüzə yandıracağam” Həmçinin adı çəkilən kitabın həmin səhifəsində Covhəri Əbu Bəkrin dilindən nəql edir:- “....Bu zaman ömər evi odlamaq üçün onlara hücum çəkdi. Zubeyr əlində qılınc ömərin üstünə gəldi”
Müəllif Kitabın 2-ci cildinin 57-ci səhifəsində yazır:-“ Əbu Bəkr dedi:- Ey ömər və ey Xalid ibn Vəlid! Durun ayağa və onların üstünə gedin. O iki nəfəri  mənim yanıma gətirin. Sonra o iki nəfər Əlinin evinə tərəf yollandılar. ömər içəri daxil oldu və Xalid ibn Vəlid qapının astanasında dayandı”   
Qeyd:-Bəziləri ıbn Əbil Hədidin Sünnü olmasında şübhə ediblər. Cavabında deyirik ki, Zəhəbi“Sirətu ə`əlamunnəbla” kitabında (23/274) yazır:-“ıbn Əbil Hədid kəlam, nəzm, nəsr və bəlağət elminin ərbablarındandır. O mötəzili məzhəbindən olubdur”.
8- “əl- Muxtəsər fi əxbaril-bəşər” (Misr nəşri 1/156. müəllif Ismayil ımaduddin 732-ci ildə vəfat edib). “... Sonra Əbu Bəkr ömərə Əli və onun ətrafına yığışanları Fatimənin evindən çıxarmağı göstəriş verdi. Əbu Bəkr ömərə göstəriş verdi ki, əgər onlar evdən çıxmaqdan imtina etsələr onlarla cəng etsin. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Fatimə ona dedi:- Hara gəlirsən istəyirsən evimizi yandırasan? ömər dedi:- Bəli, əks halda gərək siz də ümmət kimi Əbu Bəkrin beyəti altına daxil olasınız”
9- ömər Rza Kuhalə, əhli sünnətin müasir alimlərindəndir. “Ə`əlamunnisa” kitabında Beyrut nəşri, “F” hərfi bölməsində Fatimə bintə Muhəmməd adı altında istinad mənbələrini söyləyib yazır:- “... ömər Fatimənin evinə tərəf yollandı fəryad çəkirdi. Evdə yığışanları Əbu Bəkrə beyət etmək üçün çölə çıxmağa çağırırdı. Amma onlar evdən çıxmağa imtina edirdilər. Bu zaman ömər odun gətirməyi əmr etdi və and içdi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Ya evdən çıxın ya da ki, evi onun içində olanların üstünə yandıracağam. Bir nəfər ömərə dedi:- Ey Əbu Həfs! Fatimə bu evdədir! ömər dedi:- Hətta Fatimə belə bu evdə olsa yandıracağam”
10- Əbdul Fəttah Əbdul Məqsud, əhli sünnətin müasir alimlərindəndir. “əl-ımam Əli ibn Əbu Talib” kitabında (Beyrut çapı 1/190) yazır:- “.... Bəli belə deyirlər ki, ömər ibn Xəttab o gün əshabı ilə bir yerdə Fatimənin evinə tərəf yollandı. ömər bu nəticəyə yetişmdi ki, musəlmanlar arasında vəhdəti və sakitliyi qorumaq üçün yeganə yol oddur
        12- Muhəmməd Hafiz ıbrahim (1351-ci hicri ilində vəfat edib):- Əhli sünnətin müasir və mühüm saydıqları şairlərdəndir. Divanında (Beyrut nəşri.1/82  öməriyyə qəsidəsində) deyib:- Və qovluhu li Əliyyin qaləha Omər,              Əkrim bi samiiha əəzim bi mulqiha.
   Hərrəqtu darəkə la əbqi ələyha biha,                     ınləm tubaye bə bintul Mustəfa fiha.
  Tərcümə: “ömər necə də Əliyə gözəl deyib,             Bu kəlamı eşidəni əzizlə və deyəni böyük bil. Evini odlayaram və qoymaram orda qalasan, Əgər beyət etməsən hətta Mustəfa qızı Fatimə evdə olsa yandıraram!”
Söhbətimizin əvvəlində işarə etdiyimiz kimi əhli sünnət alimlərinin bu mövzuya dair nəql etdikləri rəvayətlər çoxdur. Onların hamısını burada nəql etməyə imkan olmadığından  biz mövzuyla bağlı bir neçə əhli sünnət aliminin ünvanını sizə yaddaş kimi göstəririk. Onların nəql etdikləri rəvayətlər yuxarıdakılarla oxşarlıq təşkil etdiyindən onları nəql etmədən ünvanlarını sənədli şəkildə dərc edirik:
1-    “Kənzul-ummal”    5/651  müəllif:  Muttəqi Hindi  
2-    “Nihayətul-ərib fi fununil-ədəb”   19/40   müəllif:   Nuveyri
3-    “əl-Vafi bil-vafiyat”  17/311   müəllif:   Səfdi
4-     “əl-ıstiab”    3/975    müəllif:   ıbn Əbdulbir       
5-    “Tarix Yəqubi”   2/123   müəllif:   Yəqubi
                Əhli sünnətin mühüm saydıqları kitablarda Fatimənin evinə olunan hücumlar və yandırılması haqqında rəvayətləri mutaliə edəndən sonra məlum olur ki, bu hadisənin baş verməsi inkar olunmaz dəlillərə malikdir. Baxmayaraq ki, bir dəstə cahil və mütəəssib adamlar onun müqabilində ya sükut ediblər ya da inkar etməyə çalışıblar. Əlbəttə bu macəranı üçüncü fəsldə ətraflı şəkildə təhlil edəcəyik.
                ıkinci bölmə:- Möhsin ibn Əlinin şəhadəti:
1- ıbn şəhr Aşub «əl-Mənaqib» kitabında (3/132) Ibn Quteybə Dinurinin «əl-Məarif» kitabından nəql edir: “Fatimənin (s) övladları ibarətdirlər: Həsən, Huseyn, Zeynəb, Ummu Gulsum və Muhsin. Muhsin Fatimənin evinə hucum olunan zaman  Qunfuzun zərbəsi ilə həlak oldu”
2- Məsudi «ısbatul-vəsiyyət» kitabında (səh. 142) yazır:- «....Onlar Fatimənin evinə hücum çəkəndə Xanımların seyyidəsini qapı ilə divar arasında elə sıxdılar ki, O, Möhsini ziyan etdi!»
3- şəhrestani «əl-Miləlu vən-nihəl» kitabında (1/57 Beyrut nəşri) yazır: Nizam deyib:- “ömər beyət alınan günü Fatimənin qarnına elə bir zərbə vurdu ki, Fatimə bətnində olan uşağı saldı”
4- Zəhəbi «əl-Mizanul-iitidal» kitabında (1/139, 552-ci bölümdə) yazır:- “...Heç şübhəsiz ömər Fatiməyə elə təpik vurdu ki, hətta Muhsin onun bətnindən ziyan oldu”
5- Səfdi «əl-Vafi bil-vafiyat» kitabında (6/17) yazır:- “Nizam mötəzili bu əqidəyə qaildir ki, ömər beyət alınan günü Fatiməni elə vurdu ki, Muhsini onun bətnindən saldı”
6- ısfəraini Təmimi «əl-Fərq beynəl-firəq» kitabında (107-ci səh) cərəyanı yuxarıdakı ibarətə oxşar şəkildə nəql edib.
7-Həmui Cuvəyni şafei «əl-Fəraidus-səmtəyn» kitabında (2/35)ıbn Əbbasa istinad edərək rəvayət edir:-Rəsulullah(s) buyurdub:-“Həqiqətən mən gözlərimlə görürəm ki, məndən sonra qızım Fatimənin evinə qəm və qüssə varid olur. Görürəm ki, onun ehtiramı sındırılıb haqqı qəsb olunur. Görürəm ki, onun irsi əlindən alınıb qabırğası sındırılır. Fatimə fəryad edir ya Muhəmməda! Kimsə onun fəryadına cavab vermir”
8- ıbn Əbil Hədid Mötəzili «şərhu nəhcul-bəlağə» kitabında (14/192 Beyrut nəşri) yazır:- “Muşriklərdən bir dəstə o cümlədən Hibbar ibn Əsvəd Rəsulullahın qızı Zeynəbi incitmək qəsdi ilə (Zeynəb Məkkədən Mədinəyə tərəf yola düşmüşdü) onu təqib edirdi. Zeynəbin dəvəsinə birinci özünü yetirən Hibbar ibn Əsvəd oldu. Hibbar yetişən kimi əlindəki nizəni Zeynəbin kəcavəsinə tərəf  atdı. Zeynəb bu vaxt hamilə idi və ona olunan hucumdan bərk qorxdu. Mədinəyə yetişəndə bətnindəki uşaq ziyan oldu. Ona görə də Rəsulullah (s) əmr etdi ki, hər yerdə Hibbar ibn Əsvədi gördülər onu qətlə yetirsinlər”
ıbn Əbil Hədid bu xəbəri nəql edəndən sonra deyir: Mən bu xəbəri Nəqib Əbu Cəfərə oxudum. Nəqib dedi:- “Rəsulullah (s) Hibbar ibn Əsvədin qanını Zeynəbi qorxudub onun bətnindəki uşağın ziyan olduğuna görə mubah edib. Elə isə əgər Rəsulullah (s) dünyada olsaydı heç şübhəsiz Fatiməni qorxudub uşağının ziyan olmasına səbəb olanların qanını da mubah edərdi”
ıbn Əbil Hədid deyir:  Nəqibə dedim ki, «Bir dəstə Fatimənin evinə hücum edib onu qorxutdular və nəticədə Fatimə bətnindəki uşağı saldı» xəbəri sənin adından nəql etməyə icazə verirsənmi? Nəqib dedi:- “Yox! Mənim adımdan nəql etmə və xəbərin batil olmasını da mənim tərəfimdən nəql etmə. çünki mən bu barədə heç bir fikir söyləmirəm”
Nəqibin söylədiklərini təhlil edəndə məlum olur ki, Fatimənin uşağını salması hadisəsi onun üçün sübuta yetmiş olub. çünki bu xəbər sübut olmasaydı mənsub olduğu sünnü məzhəbinin əqidəsinə görə gərək onu inkar edəydi. Deyərdi ki, xeyir mən bu xəbəri batil olduğu üçün qəbul etmirəm və onun yalan olduğunu mənim tərəfimdən nəql et. Amma məlum olur ki, xəbərin səhih olduğu ona sübüt olub, lakin məzhəbinə olan təəsübü qəti şəkildə onu təsdiq etməyə imkan verməyib. Nəticədə bu macəranı qəti şəkildə təsdiq etməyib  hadsənin baş verməsində şəkk etdiyini bildirib.
                üçüncü bölmə: Əbu Bəkr səhv və xəta etdiyini etiraf edir. 
Fəsilin kamil surətdə başa çatması üçün bu bölmədə Əhli sünnət alimlərinin kitablarında Əbu Bəkrin ömrünün axırlarında aşkar şəkildə Fatmənin evinə hucum haqqında etdiyi səhvlərinə etirafı haqqında xəbərləri dərc edirik. Bu barədə rəvayətlərin çox olmasına baxmayaraq biz yalnız onların bəzilərinə işarə edirik.
1- ıbn Cərir Təbəri  “Tarixul-uməmi vəl-muluk” (2/619) “....Əbu Bəkr dedi:- Dünyada heç bir şey haqqında təəsüf etmirəm. Yalnız gördüyüm üç işə görə təəssüf edirəm. Ey kaş onları etməyəydim!......Ey kaş Fatimənin evinə qarşı hörmətsizlik etməyəydim, hətta əgər mənə qarşı müharibə elan etsəydilər!”
2- Məsudi «Murəvvicuz-zəhəb» (2/194) “....Əbu Bəkr dedi:- Mənim əncam verdiyim üç işdən  başqa heç bir şeydən  qorxum yoxdur. ....Ey kaş Fatimənin evinin təftişinə əmr verməyəydim”
3- Təbərani «əl-Mucəmul-kəbir» (1/62)  “....Əbu Bəkr dedi:- Ey kaş Fatmənin evinə hucum etməyəydim. Gərək onları öz başlarına buraxaydım hətta mənim əleyhimə müharibə əhdi-peymanı bağlayaydılar”
4- ıbn Əbil Hədid «şərhu Nəcil-bəlağə» (2/47)  “....Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hücum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”
5- Muttəqi «Hindi Kənzul-ummal» kitabul-xilafət (5/631)  “....Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hucum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”
Bu məsələni eyni və ya oxşar ibarətlərlə kitablarında nəql edən əhli sünnət alimlərinin bəzilərinə işarə edirik.
1- Dəhləvi Hindi    «ızalətul-xifa»   2/29       2- Zəhəbi   «Mizanul-iitidal»    2/215
3- ıbn Həcər Əsqəlani  «Lisanul-mizan» 4/219           4- ıbn Quteybə Dinuri «əl-ımaməti vəs-siyasət»  1/18              5- Hafiz Əbu Ubeyd  «əl-Əmval»  səh. 194
Əhli sünnətin böyük alimlərinin kitablarında Əbu Bəkrin dilindən nəql olunmuş etirafları mutaliə edən insaf sahibi olan hər bir insan ağlını və vicdanını hakim qərar versə Fatimənin evinə hücum edib oranı yandırmaq məsələsi ona asanlıqla sübüt olar. Əbu Bəkrin etirafı məsələni malalayıb evin yandırılmasının baş vermədiyini fəqət ömərin yandırmaqla onları qorxutmaq istədiyini iddia edənlərə möhkəm bir cavabdır. Onlar iddia edirlər ki, ömər yandırmaqla qorxudandan sonra onlar evdən adi şəkildə çıxıb beyət etdilər. Fatmənin evi yandırılmadı və heç kəsdən zorla beyət alınmadı.
Cavab:- Əgər beyət alma adi şəkildə olubsa və evi yandırma məsələsi olmayıbsa bəs onda Əbu Bəkrin peşiman və təəssüf etməsinə yer yoxdur. Nəyə görə Əbu Bəkr etdiyi işin səhv və ona görə peşiman olduğunu bildirirdi?  Əbu Bəkrin bu peşimançılığından və etiraf etməsindən məlum olur ki, beyət almada yəqinən Peyğəmbərin (s) Əhli beytinə qarşı sonsuz dərəcədə hörmətsizlik olunub.
                ıkinci Fəsl:- Fatiməye Zəhranın (s.ə) narazılıqlarına bir işarə
Əhli sünnətin bəhs etməkdən boyun qaçırdıqları məsələlərdən biri Həzrət Fatimənin (s.ə) şeyxlərdən narazı olması məsələsidir. çünki Fatmənin (s.ə) narazılığı Rəsulullahın (s) narazılığı və nəticədə Allah-taalanın narazılığıdır. Əhli sünnətin sələflərinin etimad etdikləri böyük alimlərə istinad edərək bu məsələni və ona dair dəlilləri araşdıracağıq. Nəticə çıxarmağı isə vicdanlı, insaflı və şuurlu insanların öhdəsinə qoyuruq.
                Birinci bölmə:- Fatimənin gecə dəfn olunması
Həzrət Fatimənin (s.ə) narazı halda dünyadan getməsini sübut edən dəlillər təkcə şiə mənbələrində deyil, əhli sünnətin mötəbər saydıqları mənbələrdə də zikr olunub.
Maraqlıdır nə səbəbə Rəsulullahın (s.ə) əziz qızı gizli dəfn olunmasını vəsiyyit edib? 
Sualın cavabını gərək əhli sünnətin mötəbər mənbələrindən arayıb çıxaraq.
1- Muhəmməd ibn ısmail Buxari “Səhih Buxari” kitabında (5/77 Beyrut nəşr ihyaut turas) səihih saydığı sənədlə Aişədən nəql edir: “....Fatimə Fədək məsələsinə görə qəzəbli halda Əbu Bəkrdən ayrıldı və ölənə qədər onunla danışmadı. Fatimə Rəsulullahdan (s) sonra altı ay yaşadı. Fatimə vəfat edəndə həyat yoldaşı Əli onu gecə  dəfn etdi. Əbu Bəkrə ona namaz qılmağa və dəfndə iştirak etməyə icazə vermədi.....”
Əhli sünnət alimlərinin nəzərində “Səhih Buxari” kitabı Allahın Quranından sonra ən etibarlı və dəqiq kitabdır. (“Səhih Muslim” 1/15, “ırşadus-sarı”1/19)
2-  Əhməd Beyhəqi “əs-Sünənul-kubra” kitabında (6/300 Beyrut nəşri) yazır:- “Fatimə Əbu Bəkrə qəzəblənib ondan üz döndərdi. Ondan ayrılıb ölənə qədər Əbu Bəkrlə danışmadı. Əli Fatiməni gecə ikən dəfn etdi”
Buna oxşar daha çox rəvayətlər əldə etmək üçün Gəncinin “Kifayətut-talib” kitabının 225-ci səhifəsinə, şeybaninin “Təsəyyərul-vusul ila camiul-usul” kitabının 1-ci cildinin 209-cu səhifəsinə və “ıhqaqul-həqq” kitabının 10-cu cildinin 479-cu səhifəsinə müraciət edə bilərsiniz.
3- Muslim ibn Həccac (“Səhih Muslim” 3/1380 Misir çapı) “Fatimə vəfat edəndən sonra əri Əli gecə ikən ona namaz qılıb dəfn etdi. Əbu Bəkrə xəbər vermədi ki, gəlib ona namaz qılıb dəfnində iştirak etsin”
4- ümumiyyətlə bu haqda daha geniş məlumat üçün ıbn Əsir “əl-Kamil fit-tarix” kitabında 2/126, “Səhih Buxari” kitabul-məğazi 3/38, Muhəmməd ibn Cərir Təbəri “Tarixurrəsul və-muluk” 2/448, “Səhih Muslim” 1/72 və 5/153, ıbn Əbil Hədid “şərhu nəcul-bəlağə” 1/122, Məsudi “Murəvvicuz-zəhəb” 2/144, “Tənbih vəl-Əşraf” səh. 250,  “əs-Səvaiqul-muhriqə” ıbn Həcər Heysəmi 1/12,  “əl-ıstiab” ıbn Əbdulbir 2/244, “Tarixul-xəmis” Diyar Bəkri 1/193, “əl-ımamətu vəs-siyasət” ıbn Quteybə 1/14, “əl-Bəda vət-tarix” Muqəddəsi 5/66. Bu kitabların hamısında belə bir ibarətlə nəql ilunub:- “Fatimə ilə Əbu Bəkr arasında Rəsulullahın irsi haqqında baş verən ixtilafı Muəmmər Zuhəridən, O da Aişədən  nəql edib ki;- Həzrət Zəhra ondan üz döndərdi, vəfat edənə qədər bir daha onunla danışmadı. Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat edəndən sonra əri Əli onu dəfn etdi və Əbu Bəkrə dəfndə iştirak edib ona namaz qılmağa icazə vermədi”
5- Hafiz Əbduddin Muhəmməd ibn  Əbi şeybə (“əl-Musənnəf” 4/141) yazır: “Həqiqətən Əli Fatiməni gecə vaxtı dəfn etdi”  
6- Ubey Fəllah Hənbəli (“şuzuratuz-zəhəb” 1/15, Qahirə çapı) yazır: Əli ilə Əsma bintə Umeys Fatiməyə qusl verdilər və gecə onu dəfn etdilər.
7- Syuti (“əs-Suğurulbasimə” səh.15 Bombey çapı) yazır: Fatimənin əri Əli ona qusl verəndən sonra namazını qılıb gecə onu dəfn etdi.
8- Əbdurrəhman ibn Əmr Dəməşqi:- (“Tarixu Əbi Zərə” 1/290 Dəməşq çapı) yazır: Fatimə atasından altı ay sonra vəfat etdi. Əli ibn Əbi Talib onu gecə dəfn etdi.
9- ıbn Əbil Hədid (“şərhu nəcul-bəlağə” 6/50) yazır:- Mənim yanımda Fatmənin vəfat etdiyi zaman Əbu Bəkr və ömərə qəzəbli olması xəbəri səhihdir. Həqiqətən Fatimə vəsiyyət etmişdi ki, o iki nəfər onun cənazəsinə namaz qılmasınlar.
Xatırlatmaq lazımdır ki, istinad olunan mənbələrdə Fatimənin gecə dəfn olunması ilə bərabər Onun Əbu Bəkrdən üz döndərməsi də xatırlanır. Fatimə ömrünün axırına qədər onunla danışmayıb. Bu Fatimənin dünyadan gedəndə ona qarşı necə qəzəbli olmasını göstərir.
Görəsən Rəsulullahın ürəyini bu cür dağlayanlar Qiyamətdə o Həzrətlə necə üz-üzə gələcəklər? O Həzrətə əmanət qoyduğu yeganə yadigarını ondan sonra işgəncələrlə yola  saldıqlarına dünyada olduğu kimi hansı donu geyindirəcəklər? Bəlkə əziz qızının başına gətirdikləri müsibətlərə görə yaxşı etmişik deyəcəklər?
                ıkinci bölmə:- Həzrət Zəhranın məsciddə və yataqda söylədiyi xütbələri
Həzrət Fatimənin (s.ə) iki şeyxdən narazı olması haqqında xəbərlərdən əlavə daha kədərli əhvalatlar əhli sünnətin kitablarında bəyan olunub. ıbn Quteybə “əl-ımamətu vəs-siyasət” səh. 14,  Muhəmməd ibn Yusuf Gənci şafei “ Kifayətut-talib” bab 19, yazıblar:- Həzrət Zəhra o iki nəfərə dedi: “Allahı və mələkləri şahid tuturam ki, siz iki nəfər (Əbu Bəkr və ömər) məni qəzəbə gətirdiniz və narazı saldınız! Peyğəmbərin hüzuruna yetişəndə sizdən ona şikayət edəcəyəm”Daha sonra ıbn Quteybə “əl-ımamətu vəs-siyasət” kitabının 14-cü səhifəsində yazır: Fatimə Əbu Bəkrə dedi: “And olsun Allaha bütün qıldığım namazların sonunda sənə nifrin edəcəyəm”
ındi insafla deyin, Fatimənin bu dərəcədə aydın söylədiyi kəlamından sonra daha möhkəm bir dəlilə ehtiyac varmı? Fatimənin (s.ə) o iki nəfərə qəzəbli olduğunu göstərən mənbələrdən biri də Onun məsciddə söylədiyi xütbədir. Həmin xütbə əhli sünnətin mötəbər saydıqları kitablarda nəql olunub. “Bəlağatunnisa” səh. 23-24 Beyrut çapı müəllif Əbul Fəzl Əhməd ibn Əbi Tahir Muruzi (204-280 hicri) ən qədim kitablardan biridir. “şərhu Nəcul-bəlağə” 4/78 ıbn Əbil Hədid, “əl-Mənaqib” Əhməd ibn Musa Aişədən nəql edib, “əs-Səqifə” Əbu Bəkr Əhməd ibn Əbduləziz Cövhəri (əhli sünnətin ən mötəbər saydıqları alimlərdən biridir, bu məsələni müxtəlif səndlərlə nəql edib)
“....Həzrət Fatimə hər yerdən məyus olandan sonra müsəlmanların rəhbərliyini əllərinə keçirənlərin azğınlığının qabağını alıb camaatı həqiqətdən xəbərdar etmək və iki şeyxə höccəti tamamlamaq üçün məscidə gəldi. Fatimə Bəni Haşim xanımlarından bir dəstə ilə izzətlə məscidə daxil olub təyin olunmuş məxsus yerdə dayandı fəsahətli və bəlağətli bir xütbə söylədi. Biz həmin xütbənin bəhsimizə aid olan hissələrini ixtisarla dərc edəcəyik.
                Fatimə əvvəl bir ah çəkdi ki, məclisdə olanlar ağlamağa başladılar! Camaat sakit olandan sonra Allah-taalaya həmd və səna deyəndən sonra Rəsulullahın (s) risalətinə şəhadət verdi. Peyğəmbərin risalət yolunda çəkdiyi zəhmətlərini və Əlinin göstərdiyi rəşadətlərinə işarə edib dedi:- “Rəsulullah (s) vəfat edəndən sonra sizin daxildə gizlətdiyiniz nifaq aşikar oldu. Onda dinin xəridarı olmadı, hər yolunu azmış və kölgədə gəzənlər ağalıq iddiasına başladı, müsəlmanlara və Rəsulullaha qarşı pis mövqedə olanlar bazarlarını qızışdırmağa çalışdılar.....”   Sonra Fatimə dində yolunu azıb icad olmuş bidətlərə və zülmə işarə etdi. Mühacirlərin və ənsarın  Fatimənin ehtiramının sındırılmasını görərək sükut etdiklərini onlara xatırlatdı:- “.... Ey muhacirlər vay olsu sizə! Bu Allahın hökmüdür ki, Atamın mənə saxladığı irsimi oğurlayıb hörmətimi sındırsınlar?! Siz də məni himayət etməyib təhqir olunduğumu eşidib sukut edirsiniz!  .... Ey Əbu Quhafənin oğlu Allahın kitabında yazılıb ki, sən atandan irs aparasan, amma mən Atamdan irs aparmayım? Necə də böyük iftiradır! Bu necə bidətdir ki, Allahın dininə daxil edirsiniz? Məgər qarşıdan gələn məhşərdən xəbəriniz yoxdur və qorxmursunuz? ... ındi ki, sən mənim haqqımı əlimdən aldın və nə istəyirsən elə.....Tezliklə həmin vədəgahda sitəmkarın rüsvay olub məzlumun haqqı bərqərar olan gündə görərsən ki, hər bir xəbərin öz yeri və hər məzlumun pənahı var!” Sonra Fatimə mübarək üzünü Rəsulullahın (s) qəbrinə tutub bu beyti dedi:-
“Ey Rəsulullah! Səndən sonra bizə musibətlər üz tutdu,    Əgər sən olsaydın bu musibətlər belə çoxalmazdı!
Ey Rəsulullah! Yer yağışı əldən verdiyi kimi biz də səni əldən verdik,     Sənin ümmətin pərakəndə oldular özün şahid ol!
Daxildə bizə qarşı kinələrini gizlədənlər sən torpaq altına gedəndən sonra onu aşikar etdilər,
Səndən sonra bir dəstə üstümüzə hücum çəkdilər,  Bizi zəlil sayıb bütün irsimizi oğurladılar”
Xanimin yataqda soylediyi bu kelamlar Resulullah (s) dunyadan gedəndən sonra Fatimeye edilmis zulmlerin siddetine delalet etmirmi? Hemin musibetler ve vurulan zerbeler Fatimenin yataga dusmesine sebeb olmadımı? Muhacir və Ensar arvadları Fatimenin olum yatagına dusduyunu esidende erlerinin etdikleri sehvlerin evezini cıxmaq ucun ona bas cekmeye geldiler. Onun ehvalını sorusanda onların cavabında buyurdu:-“And olsun Allaha sizin vuruldugunuz dunyadan bizaram və kisilerinize qarsı ureyime qezeb dolub” ındi butun musəlmanlardan sorusuruq bu urek daglayan sozler kimindir? Bu Resulullahın “Mən onun sevincinə sevinirəm və narahatlığına görə narahat oluram”  eziz yadigarının sozleri deyilmi? Resulullaha iman getirdiyini iddia eden hansı shexs Onun ezizinin bu mezlumiyyetini inkar etməkle yaralı qelbine bir daha dag basmagı reva gorur? Demeli onların fikrince kiminse cinayetini ort basdır etmek ucun hetta Resulullahın ureyini daglamaqdan cekinmek lazım deyil. Ehli sunnetin kitablarında Resulullahın qızı Fatime haqqında buyurdugu bu kelam meshurdur:- “Fatimə mənim canımın bir parasıdır. Hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbləndirib”  “Sehih Buxari” 5/36 Beyrut çapı, “Sehih Muslim” 3/16, “Sunenul-kubra” Beyheqi 10/201, ıbn Hecer “es-Sevaiq” səh 112, “Yenabiul-mevedde” seh 171 Qunduzi, “Miskatul-mesabih” seh. 560 Xetib Tebrizi. Ellame Emini “el-gadir” kitabında 7/232 Resulullahın bu hedisini tesdiq eden ehli sunnetin 60 aliminin adını sadalayıb. Resulullah (s) buyurub: “Allah-taala Fatimənin qəzəbinə görə qəzəblənər onu razılıgına görə razi  olarFatimeyeZəhra” Əllamə Əmini səh 94. Əllamə bu hədisi nəql etmiş əhli sünnətin 15 aliminin adını dərc edib, o cümlədən ıbn Həcər Əsqəlani, Əbu Həkim Nişaburi, ıbn Cuzi, Əbu Nəim ısfəhani.....
Rəsulullah (s)buyurub: “Hər kəsə qızım Fatimə qəzəb etsə mən də ona qəzəb edərəm. Hər kəsə Mən qəzəb etsəm Allah ona qəzəb edər” (“Fəslul-xitab” Buxari, “Musnəde Əhməd ibn Hənbəl”)
ındi Siz oxuculardan soruşuruq bütün bu hədisləri söyləyəndən sonra görəsən bir bəhanə yeri qalırmı? Ağıllı insanın cavabı qətidir, Yox! Amma inadkar, xəbis və təəssübkeş yenə də bəhanəyə yer axtarar, necə ki, həmişə tarix boyu belələri tapılıb ki, müxtəlif gülünc izahatlar verməklə özlərini biabır ediblər. Bəzən elə izahatlar veriblər ki, əgər onu cavan oğlunun yasında ağlayan ana eşitsə gülməkdən qəşş edər!
Əhli sünnətin etirafına əsasən Fatimənin musibəti o iki nəfərin və onlara tabe olanların zülmünün nəticəsi olması inkar olunmaz sübutdur. Səhih hədislərə əsasən Fatiməyə edilmiş zülm və əziyyət eyni ilə Rəsulullaha (s) edilmiş zülm və əziyyətdir. Bunun da nəticəsi Allaha zülm və əziyyət deməkdir. Qurani-kərimin ayələrindən azacıq xəbərdar olan hər kəs bu nəticəyə yetişəcək:
1- Fatiməyə əziyyət edib azar yetirmək Rəsulullaha azar və əziyyət etməkdir ki, Allahın qəzəbinə bais olub insanı dünya və axirətdə ilahi rəhmədən uzaq və naümüd edəcək: «Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət etmişdir. Onlar üçün xar edici bir əzab hazırlamışdır!» (Əhzab ayə 57)
«Allah Rəsuluna əzuyyət verənlərə şiddətli bir əzab müəyyən olunub» (Tövbə ayə 61)
2- Allah-taalanın qəzəbinə düçar olmuş kəslər yollarını azmışlardır. çünki Allah-taala iman sahiblərinə heç vaxt qəzəb etməz: «Hər kəsə mənim qəzəbim yetişsə o xar və həlak olarr» (Ta Ha ayə 81)
3- Allahın qəzəbinə layiq olmuş insanı sevib onunla dost olmaq olmaz: «Ey iman gətirənlər Allahın qəzəb etdiyi adamlarla dostluq etməyin» (Mumtəhənə  ayə 13)
Nəticə budur ki, Allah-taalanın əmrinə əsasən Allahın və Rəsulullahın qəzəbinə səbəb olmuş adamlarla dost olub onları sevmək olmaz. çünki Allah və Rəsulu Fatimənin qəzəbinə görə qəzəblənər və ona əziyyət edib azar edənlərə nifrət edər. Həzrət Fatimənin narazı olduğunu, atasından aldığı irsdən məhrum edilməsini və qəbrinin məxfi saxlanılması kimi məsələləri təhqiq etməklə başa düşmək olar. Əziz oxucu bir anlığa fikirləş yeganə qızı haqqında bir belə sifarişlər söyləyən Rəsulullahın vəfatından sonra nələr baş verdi? Səbəb nə oldu ki, qızı Fatimə gecə ikən onu dəfn etməyi və onların təşiyə cənazədə iştirak etmələrinə razı olmadığını vəsiyyət etdi? Deməli Fatimənin müsibəti və ona olan əziyyətlər onu nəhayət dərəcədə narahat edib. O xanım özlərini onun atasının ümmətindən sayanların əməllərindən  narahat  olduğu üçün belə sərt vəsiyyət edib. Nəyə görə Rəsulullahın canının bir parası saydığı yeganə əziz qızı ondan sonra qısa bir fasilə ilə mübarək qəlbi qüssə ilə dolu halda dünyanı tərk edib gecə vaxtı dəfn olunsun? ındiyə qədər də qəbri naməlum qalıb. Bütün bunlar Fatimənin musibətini və məzlumiyyətini göstərmirmi? Bunları görməməzliyə vurub inkar edənlər Qiyamətin günündə Rəsulullahın (s) üzünə necə baxarlar?
üçüncü fəsl:-Əhli sünnətin Əlinin (ə) beyət etməsi haqqında iddiaları
Əhli sünnətin bəzi təəsübkeş alimləri xəlifələrin səhvlərini örtbasdır etmək üçün Əbu Bəkrə olunan beyətin adi qaydada baş verdiyini göstərməyə çalışıblar. onlar iddia edirlər ki, ömər ibn Xəttab Əlinin evinə cəm olmuş səhabələri evi yandırmaqla hədələyəndən sonra hamısı evdən çıxıb Əbu Bəkrə beyət etdi. Əlidən beyt almaq üçün ona qarşı heç bir zor tətbiq olunmayıb. Əli də hamı kimi adi qaydada beyət etdi. Amma biz bu iddianın nə dərəcədə həqiqətə uyğun olmayıb yalan və böhtandan olduğunu göstərmək üçün tarixi sənədlərə müraciət edək:
1. “əl-ımamətu vəs-siyasət” 1/13, ıbn Quteybə yazır:- “...ömər və əshabı Fatimənin evinin qapısı arxasında yığışdılar. ömər qapını taqqıldatdı. Camaat Fatimənin ağlayıb fəryad etdiyini eşidəndə ağlaya-ağlaya oradan dağılışdılar, lakin ömər və əshabı onlardan əl çəkməyib Əlini zorla evdən çölə çıxartdılar. Əlini çəkə-çəkə Əbu Bəkrin yanına apardılar. Əliyə dedilər ki, beyət et! Əli dedi: Əgər beyət etməsəm nə edərsiniz? Dedilər:- Əgər beyət etməsən and olsun Allaha ki, ondan başqa heç bir Allah yoxdur boynunu vuracağıq”
2- “Ənsabul-əşraf” 1/587, Bəlazəri yazır: ...Əbu Bəkr öməri Əlinin ardınca göndərdi və ona göstəriş verdi:  Əlini ən pis vəziyyətdə mənim yanıma gətir!”
3- “ısbatul-vəsiyyət” səh 142, Məsudi yazır: “Onlar istəyirdilər Əlidən beyət alsınlar. Əli imtina edib dedi:  Heç vaxt beyət etməyəcəyəm. Onlar dedilər:  Əgər beyət etməsən səni öldürəcəyik. Əli dedi: Əgər məni öldürsəniz həqiqətdə Allahın bəndəsini və Rəsulullahın qardaşını öldürmüş olarsınız. Onlar Əlinin əlini zorla Əbu Bəkrin ona tərəf uzdılmış əlinə tərəf dartdılar. Bununla da istəyirdilər beyət alsınlar. Əlinin əli düyünlənmiş halda ikən  zorla Əbu Bəkrin əlini ona çəkdilər”
4- “şərhu nəhcil bəlağə” 2/21, ıbn Əbil Hədid Mötəzili yazır:“Səqifə əhvalatı haqqında rəvayətlər müxtəlifdir. şiələrin və kifayət qədər əhli sünnət alimlərinin nəql etdikləri rəvayətlərdən belə məlum olur ki, Əli Əbu Bəkrə beyət etməkdən imtina etdiyinə görə ondan beyət almaq üçün onun evinə hücum etdilər. Əlini zorla evdən çıxartdılar” Sonra ıbn Əbil Hədid yazır: “Deyirlər ki, ömər Zubeyrin əlindən qılıncı alıb daşa vurub sındırdı. Sonra ömər Əlini və evində cəm olmuş səhabələri Əbu Bəkrin yanına çəkdi”
5- “şərhu nəhcil bəlağə” 6/48 Cövhəridən nəql edilir: “...sonra ömər evə girib Əliyə dedi:  Dur ayağa beyət et! Əli ayağa durmaqdan imtina etdi. ömər Əlini zorla qaldırıb evdən çıxartdı. Onu və digər beyət etməyənləri çox pis vəziyyətdə Əbu Bəkrin yanına çəkməyə başladılar. Mədinə küçələri adamlarla dolu idi...Əbu Bəkrin yanına aparılanların boyunlarına kəndir salıb Mədinə küçələrində çəkirdilər”
6- “Sirətun-nəbəviyyə” 4/495, ıbn Kəsir yazır: “...Əbu Bəkr mənbərə qalxıb camaatı süzməyə başladı, Əlini görməyəndə soruşdu:  Əli haradadır? Bu vaxt ənsardan bir dəstə ayağa qalxıb Əlini zorla gətirdilər”
7-“əs-Səqifə” Əbu Bəkr Cövhəri yazır:“Əlini beyət etmək üçün Əbu Bəkrin yanına apardılar və nə qədər Onu hədələdilərsə Əli beyət etmədi. Əli beyət etmədən evinə qayıtdı”
8- “əs-Səqifə vəl-xilafət” səh 15, Əbdul Fəttah Əbdul Məqsud yazır: “ Həmçinin mötəbər tarixçilər nəql edirlər ki, ....Əli Əbu Bəkrə beyət etməkdən imtina etdi, lakin onun boynuna kəndir salıb zorla beyət etməyə apardılar”
ıbn Əbdi Rəbbih “Əqdul-fərid” 2/285, Əbul Həsən Nofəli “əl-Əxbar” səh 142. Əlidən beyətin zorla alınmasına işarə ediblər. Demək lazımdır ki, ıslam tarixinin bu mərhələsi öncə bəyan etdiyimiz mərhələləri kimi dərdli və acınacaqlı olub. çünki qabaqkı xəlifələr Peyğəmbər əhli beytinə o dərəcədə hörmətsizlik ediblər ki, sonralar Müaviyyə kimi bir şəxs Əliyə göndərdiyi məktubda ona tənə vurub yazır: “.... Xəlifənin əmri ilə səni ram olmayan dəvə kimi bağlayıb beyət etmək üçün məscidə çəkdilər”        
Əli Muaviyyəyə yazdığı cavabda həmin faciənin baş verdiyini özünün məzlumluğu kimi qəbul etməklə yanaşı bu hadisənin xəlifə tərəfindən islama və Rəsulullaha vurulan ləkə olduğunu göstərib: “Deyirsən səni boynuna dikbaş dəvə kimi kəndir salıb beyət almaq üçün məscidə çəkdilər. And olsun Allaha bununla istəyirdin məni təhqir edəsən, amma məni ucaltdın. ıstəyirdin məni rüsvay edəsən, amma özünü rüsvay etdin. Məzlum olmuş müsəlmana heç vaxt irad tutulmaz” (şərhu nəhcil bəlağə 15/186, Əqdul-fərid 2/285)
Əhli sünnətin “Əlidən beyət alınanda xəlifələrin zor işlətdiklərinə və Əlinin beyət etməkdən şiddətli dərəcədə imtina etməsi” etirafı bunu göstərir ki, Əli hakim xəlifələrin işindən narazı olub. Tarix bütün gələcək nəsl üçün danılmaz və möhkəm sənədlərdən ibarət irs qoyubdur.
Redaktor Nəcəf