Baş səhifə
Peyğəmbərimizdən insanlara qızıl tövsiyələr | Baxış: 939 | Tarix: 2014.02.17

Peyğəmbərimizdən insanlara qızıl tövsiyələr

Bir gün, bir adam Peyğəmbərimizin (s) yanına gələrək, "Sizə dünya və axirətlə əlaqəli soruşacaq suallarım var." deyər. Peyğəmbərimiz o kimsəyə, "Nə istəyirsənsə soruş." buyurarlar. Sonra o adam ilə Peyğəmbər arasında bizim də bir çox dərslər çıxara biləcəyimiz bu dialoq olur:

İnsanların ən zəngini olmaq istəyirəm. Nə etməliyəm?

Qənaətkar olsan insanların ən zəngini olarsan.

İnsanların ən xeyirlisi olmaq istəyirəm.

İnsanların ən xeyirlisi, insanlara faydalı olandır. Sən də insanlara faydalı ol.

İnsanların ən ədalətlisi olmaq istəyirəm.

Özün üçün istədiyini insanlar üçün də istəsən insanların ən ədalətlisi olarsan.

İnsanlar içində Allaha ən yaxın, Onun ən xüsusi qullarından olmaq istəyirəm.

Allahı çox zikr edib xatırlasan o zaman Allahın özəl qulu olarsan.

Yaxşılıq edənlərdən olmaq istəyirəm.

Allaha, Onu görür kimi ibadət et, hər nə qədər sən Onu görməsənsə də O səni görür.

İmanımı kamala çatdırmaq istəyirəm.

Gözəl əxlaqlı olsan imanın kamala çatar.

Qiyamət günü nur içində məhşur olmaq istəyirəm.

Heç kimə zülm etmə, qiyamət günü nur içində məhşur olarsan. Əvvəl özünə və insanlara mərhəmət et ki; Allah da sənə mərhəmət etsin.

Günahlarımın azalmasını istəyirəm.

İstiğfar edərək günahlarının bağışlanması üçün Allaha yalvarsan günahların azalar.

İnsanların ən kərimi olmaq istəyirəm.

Allaha qullarını şikayət etməzsənsə insanların kərimi olarsan.

Ruzimin bol olmasını istəyirəm.

Təmizliyə davam etsən ruzin bol olar.

Allah və Elçisi tərəfindən sevilmək istəyirəm.

O zaman Allah və Rəsulunun sevdiklərini sev, sevmədiklərini də sevmə.

Allahın mənə qəzəblənməsindən özümü qorumaq istəyirəm.

Kimsəyə qəzəblənməsən Allahın qəzəbindən xilas olarsan.

Duamın qəbul edilməsini istəyirəm.

Haramlardan çəkinsən duaların qəbul olar.

Allahın məni başqalarının yanında alçaq etməməsini istəyirəm.

Namusunu qoruyub iffətli ol ki; insanlar yanında alçaq olmayasan.

Allahın eyblərimi, qüsurlarımı örtməsini istəyirəm.

Qardaşlarının eyblərini örtsən Allah da sənin eyblərini örtər.

Allah yanında ən böyük günah hansıdır?

Pis əxlaq və Allahın əmrlərinə qarşı göstərilən xəsislik.

Rəhman Allahın rəhmətini nə coşdurar?

Gizlidən gizliyə sədəqə vermək və sileyi rəhm (qohumları ziyarət etmək).

Cəhənnəm atəşini nə söndürər?

Oruc.

Redaktor Nəcəf