Baş səhifə
İmam Zeynül-Abidin əleyhissəlamın həyatı | Baxış: 830 | Tarix: 2013.10.27

İmam Səccad əleyhissəlamın həyatı barədə qısa məlumat
İmam Səccad (əleyhissəlam) şiələrin üçüncü İmamı Həzrət Hüseyn ibn Əli əleyhissəlamın oğludur. Anası Şəhrəbanu olmuş ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (əleyhissəlam) hicrətin otuz səkkizinci ilində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əli əleyhissəlamın hakimiyyət illərini görmüş ondan sonra isə on il əmisi Həzrət Həsən əleyhissəlamın İmamət dövrünü dərk etmişdir. İmam Həsən (əleyhissəlam) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsən əleyhissəlamın şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (əleyhissəlam) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd ya da doxsan beşinci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsən əleyhissəlamın qəbrinin kənarında dəfn olunmuşdur.
 
İmam Səccad (əleyhissəlam) ilə həməsr olmuş xəlifələr
İmam Səccad (əleyhissəlam) öz İmamət dövründə aşağıda adları çəkilmiş xəlifələrlə həməsr olmuşdur:
1. Yezid ibn Müaviyə (61-64 h.q);
2. Abdullah ibn Zübeyr (61-73 h.q);
3. Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı);
4. Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı);
5. Əbdülməlik ibn Mərvan (65-86 h.q);
 
İmamın xəstəliyi İlahi bir məsləhət idi
Təəssüflə qeyd etməliyik ki müsəlmanların savadsız təbəqələrinin əksəriyyəti dördüncü İmamı həmişə xəstə kimi yad edir və bununla da, camaatın fikrində o Həzrət çox zəif əldən düşmüş saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində heç də belə olmamışdır. Çünki dördüncü İmam ancaq Kərbəlada özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il o biri İmamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz ki o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə kiİmam (əleyhissəlam) bu vasitə ilə cihad vəzifəsindən azad olmuşmüqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq İmamət xətti davam etmişdir. Əgər İmam Səccad (əleyhissəlam) xəstələnməsəydi gərək cihadda iştirak edəydi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də, İmamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn Əl-Cuzi yazır: “Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) xəstə olduğu üçün öldürülmədi.”
Məhəmməd ibn Səd yazır: “Əli ibn Hüseyn əleyhissəlamın o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O həmən gün xəstə olmuşbuna görə də, döyüşdə iştirak edə bilməmişdir.” Həmçinin, Məhəmməd ibn Səd qeyd edir ki Şimr İmam Hüseyn əleyhissəlamı öldürdükdən sonra İmam Səccad əleyhissəlamın üstünə gəldi. O xəstə olduğu üçün yataqda yatmışdı. Şimr dedi: “Bunu öldürün!” Onun yanındakılardan biri dedi: “Sübhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Səd gəlib dedi: “Qadınlar və bu xəstə ilə işiniz olmasın.”
Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: “(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: “Bu xəstəni öldürmürsən?” Mən dedim: “Sübhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir uşaqdır özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki axır onları o Həzrəti öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Səd gəldi. Qadınlar onun üstünə qışqırıb ağladılar. O öz adamlarına dedi: “Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın.”
Qeyd olunduğu kimi dördüncü İmamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Bu onun düşmən qarşısında heç də ruhiyyə zəifliyi və gücsüzlüyü demək deyil.
 
Kərbəla inqilabının carçısı
Qeyd etdiyimiz kimi İmam Səccad (əleyhissəlam) Kərbəla faciəsində iştirak etmiş atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.
Əməvi hökumətinin Müaviyyənin dövründən etibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.
 
Əbdülməlikin çirkin hakimiyyəti
İmam Səccad əleyhissəlamın İmamət dövrü İslam tarixində hakimiyyət dövrlərinin ən çirkinlərindən biri olan bir dövrlə həmzaman olmuşdur. Düzdür o Həzrətdən qabaq da İslam dövləti zalım və azğın hakimlərin oyuncağına çevrilmişdi ancaq dördüncü İmamın dövrü ötən dövrlərlə bununla fərqlənirdi ki o dövrün hakimləri İslam qayda-qanunlarından açıq-aşkar boyun qaçırır onları ayaq altına salır və heç kim də, bir zərrə olsun belə, etiraz edə bilmirdi.
İmam Səccad əleyhissəlamın İmamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək ehtiyatlı uzaqgörən ədib (ədəbiyyatla məşğul olan) istedadlı və alim kimi qələmə vermişlər.“Əl-Fəxri” kitabının müəllifi deyir: “Əbdülməlik ağıllı düşüncəli alim fəzilətli ədib istedadlı çox zülmkar çox heybətli dahi siyasətçi və gözəl tədbirli bir şəxs olmuşdur.”
Hinduşah yazır: “O ağıllı fəzilətli fəsahətli fiqh hədis şer elmlərini yaxşı bilən və gözəl tədbir sahibi olmuşdur.”
Əbdülməlik hakimiyyət başına gəlməzdən qabaq Mədinə şəhərinin fəqihlərindən (şəriət elminin alimlərindən) biri sayılırdı. O zahidlik ibadət və dindarlıqla məşhur olmuşdu. Öz vaxtını məsciddə ibadət etməklə keçirərdi. Belə ki ona “məscidin göyərçini” ləqəbini vermişdilər. Deyirlər ki Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Quran oxuyurdu. Bu xəbəri eşitcək Quranı bağlayıb dedi: “Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur.” Əbdülməlik doğurdan da, Qurandan ayrıldı. Qüdrətə qürrələnməsi nəticəsində öz şəxsiyyətini elə dəyişdirdi ki tarixçilər onun çirkin hökumətini acı xatirələr tək yad edirlər.
Süyuti və İbn Əsir yazırlar: “İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü) camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mərufun qarşısını alan ilk şəxs olmuşdur.
Əbdülməlik Məkkədə Abdullah ibn Zübeyri məğlub etdikdən iki il sonra (hicrətin yetmiş beşinci ilində) həcc səfəri zamanı Mədinəyə gəlmiş və camaata xitab edərək demişdi: “Mən nə rüsvay olmuş (Osman) nə də səhlənkar xəlifə (Yezid) deyiləm. Mən bu camaatla qılıncdan başqa heç bir şeylə rəftar etməyəcəyəm. Siz bizdən Allah adamlarının təqvalı şəxslərin işini istədiyiniz halda özünüz heç də onlar kimi rəftar etmirsiniz (bizi təqvalı olmağa çağırırsınız ancaq özünüz ona əməl etmirsiniz). And olsun Allaha, bundan belə kim məni təqvalı olmağa çağırsa boynunu vuracağam.”
Sonuncu cümləni deməsinin səbəbi o idi ki vaiz və İmam cümələr (cümə namazını qılan şəxslər) öz söhbətlərini “təqvalı olun” ifadəsi ilə başlayırdılar.
Özünü peyğəmbərin canişi elan edib Peyğəmbər şəhərində özü də Peyğəmbərin müqəddəs məzarı kənarında bu cür sözlər deməklə onun sünnəsinə hücum edən xəlifənin ucqar şəhərlərdəki valiləri də gör nə oyunlardan çıxırdılar?
Əbdülməlik özünün uzunmüddətli hakimiyyəti dövründə o qədər zülm və haqsızlıq etdi ki onun qəlbində iman nuru tamamilə söndü. O bir gün özü bu məsələyə toxunaraq Səid ibn Müsəyyibə dedi: “Elə olmuşam ki yaxşı iş görəndə sevinmirəm pis iş görəndə də narahat olmuram.” Səid ibn Müsəyyib dedi: “Sənin qəlbin tamamilə ölmüşdür.”
Əbdülməlik çox vaxt Ummud-Dərda adlı bir qadınla söhbət edərdi. Bir gün Ummud-Dərda ona dedi: “Ey Əmirəl-möminin, eşitmişəm ibadət və razi-niyazdan sonra şərab içmisən?!” Əbdülməlik cavab verdi: “Təkcə şərab yox, hətta camaatın qanını da içmişəm.
 
 Redaktor: Nəcəf