Peyğəmbərimizin hədisləri
1. İmanın ən yüksək dərəcəsi xalqın sənə inanması, sənə əmin olmasıdır.
2. Hicrətin ən yüksək dərəcəsi pisliklərdən (pis niyyətlərdən, pis əməllərdən) vaz keçmək, belə şeyləri tərgizməkdir.
3.Tanrı üzünü ağ etsin o adamın ki, bizdən bir öyrənir və öyrəndiklərini bilməyənlərə öyrədir.
4. Sidq ürəklə inanan adam, öz əxlaqını gözəlliyi ilə gündüzlərini oruc tutmaqla və gecələrini namaz qılmaqla keçirənlərdən geri qalmır.
5. Elədiyi yaxşılıq kimi sevindirirsə, qəzəbi kimi turtusa odur mömin.
6. Övladınızla xoş rəftar edin, onun tərbiyəsinə fikir verin.
7. Bir gün ədalətlə iş görmək üçün (söhbət kütləni idarə etməkdən gedir) altmış il ibadət etməkdən üstündür.
8. İş başına keçib öhdəsinə düşən vəzifəni ədalətlə yerinə yetirməyən adamı ALLAH üzü üstə cəhənnəmə atar.
9. Pula-paraya qul olan adamlara ALLAH lənət eləsin.
10. Səni arayıb-axtarmayanı sən ara-axtar, halını soruş; sənə pislik edənə sən yaxşılıq elə.
11. İşinizin baş tutmağını istəyirsizsə, sirrinizi qorumağa çalışın.
12. Ağlı başında olmayan dəlinin-ağlı başına gələnə, yatıb qalmış adamın-oyananadək, uşaqların-ərkanlıq vaxtı çatanadək etdikləri günaha yazılmaz.
13. Elmdən baş çıxaran və bildiklərini rəhbər tutanların yeri Cənnətdir.
14. İnsanların özünü öyməyi onları kar və kor edər.
15. Həqiqəti deməklə həlak olacağınızı bilsəniz belə, həqiqəti deməyə çalışın və deyin, çünki qurtuluş ondadır.
Redaktor: Nəcəf