Baş səhifə
Hədis 246-329 | Baxış: 1217 | Tarix: 2013.08.11

Hədis 246-329

Hədis 246: İmam Əli (ə) buyurur: “Çox çətinliklər mülayimliklə asanlaşır.”

Hədis 247: İmam Əli (ə) buyurur: “Çoxları axirət üçün olan əməli o qədər təxirə salır ki, axırı ölüm onun yaxasından yapışır.”

Hədis 248: İmam Əli (ə) buyurur: “Çoxlarının orucu susuz qalmaqdan başqa bir şey deyildir.”

Hədis 249: Həzrət Əli (ə) buyurur: “Çoxlarının namazı, əziyyət və yorğunluqdan başqa bir şey deyildir.”

Hədis 250: Həzrət Əli (ə) buyurur: “Əcəli çatdığı halda, mal toplamaqda olan bədbəxt nə çoxdur.”

Hədis 251: Həzrət Əli (ə) buyurur: “Özünü islah etməyən şəxs başqasını necə islah edə bilər?!”

Hədis 252: Həzrət Əli (ə) buyurur: “Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!”

Hədis 253: Həzrət Əli (ə) buyurur: “Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.”

Hədis 254: Həzrət Əli (ə) buyurur: “Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.”

Hədis 255: Həzrət Əli (ə) buyurur: “Hədsiz zarafat axmaqlıq nişanəsidir.”

Hədis 256: Həzrət Əli (ə) buyurur: “Kömək etdiyin kimi kömək görərsən.”

Hədis 257: Həzrət Əli (ə) buyurur: “Axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur.”

Hədis 258: Həzrət Əli (ə) buyurur: “Çox gülənin qəlbi ölər.”

Hədis 259: Həzrət Əli (ə) buyurur: “Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.”

Hədis 260: Həzrət Məhəmməd (s) buyurur: “Özün üçün bəyənmədiyini başqaları üçün bəyənmə. Özün üçün istədiyini qardaşın üçün də istə.”

Hədis 261: Həzrət Məhəmməd (s) buyurur: “Fikirləşmək kimi ibadət, məsləhətləşmək kimi etibarlı kömək yoxdur.”

Hədis 262: Həzrət Məhəmməd (s) buyurur: “Çox gülməkdən çəkin, çünki çox gülmək qəlbi öldürər.”

Hədis 263: Həzrət Məhəmməd (s) buyurur: “O şəxs bağışlanmağa daha layiqdir ki, intiqam almağa qüdrəti daha çoxdur.”

Hədis 264: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.”

Hədis 265: Həzrət Məhəmməd (s) buyurur: “Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, möminlərdə eyb axtarmaqdan uzaqdır.”

Hədis 266: Həzrət Məhəmməd (s) buyurur: “Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”

Hədis 267: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”

Hədis 268: Həzrət Məhəmməd (s) buyurur: “İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.”

Hədis 269: Həzrət Məhəmməd (s) buyurur: “Fürsətlər bulud kimi ötüşür.”

Hədis 270: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın malında gözü olan şəxs həmişə qəmgin olar.”

Hədis 271: Həzrət Məhəmməd (s) buyurur: “Xoş o kəsin halına ki, Allah qorxusu onu xalqın qorxusundan uzaqlaşdırmışdır.”

Hədis 272: Həzrət Əli (ə) buyurur: “Heç bir iş sənin başını qatıb axirət işindən uzaqlaşdırmamalıdır. Çünki ömür olduqca qısadır.”

Hədis 273: Həzrət Məhəmməd (s) buyurur: “Əzabı və əvəzi daha tez çatan günah nemətə qarşı naşükürlükdür.”

Hədis 274: Həzrət Məhəmməd (s) buyurur: “Özünü fəqirliyə vuran fəqir olar.”

Hədis 275: İmam Həsən (ə) buyurur: “Yaxşılıq odur ki, əvvəldə hey bu gün-sabaha salınmasın və sonradan da minnət qoyulmasın.”

Hədis 276: İmam Həsən (ə) buyurur: “Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.”

Hədis 277: İmam Həsən (ə) buyurur: “Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.”

Hədis 278: İmam Əli (ə) buyurur: “Tövbə və bağışlanma yolu olduğu halda ümidsizliyə qapılan şəxsə təəccüb edirəm.”

Hədis 279: İmam Həsən (ə) buyurur: “Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.”

Hədis 280: İmam Həsən (ə) buyurur: “Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”

Hədis 281: İmam Həsən (ə) buyurur: “Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”

Hədis 282: İmam Həsən (ə) buyurur: “Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”

Hədis 283: İmam Həsən (ə) buyurur: “İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”

Hədis 284: İmam Həsən (ə) buyurur: “Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”

Hədis 285: İmam Həsən (ə) buyurur: “Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”

Hədis 286: İmam Həsən (ə) buyurur: “Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.”

Hədis 287: İmam Həsən (ə) buyurur: “Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”

Hədis 288: Həzrət Əli (ə) buyurur: “Qəzəb və şəhvətinə məğlub olan şəxs dördayaqlılar (heyvanlar) sırasındadır.”

Hədis 289: Həzrət Əli (ə) buyurur: “Qardaşına quyu qazanın özünü Allah o quyuya salar.”
Hədis 290: Həzrət Əli (ə) buyurur: “Xalqın eybi dalınca gəzən adamın eybini Allah açar.”

Hədis 291: Həzrət Əli (ə) buyurur: “Başqalarının sirrini açan kəsin sirrini Allah açar.”

Hədis 292: Həzrət Əli (ə) buyurur: “Axirət işlərini qaydaya salanın dünya işlərini Allah qaydaya salar.”

Hədis 293: Həzrət Əli (ə) buyurur: “Allahın qəzavü-qədərinə imanı olan kəs başına gələnlərə əhəmiyyət verməz.”

Hədis 294: Həzrət Əli (ə) buyurur: “Özünü islah etməyən kəs başqasını islah edə bilməz.”

Hədis 295: Həzrət Əli (ə) buyurur: “Başqasını nəsihət etməyə o kəs layiqdir ki, özünü nəsihət edir.”

Hədis 296: Həzrət Əli (ə) buyurur: “Bütün qüvvəsini dünyaya sərf edən kəsin qiyamət günü ağrı və qüssəsi çox olar.”

Hədis 297: Həzrət Əli (ə) buyurur: “Üzr istəyən halda cəza vermək necə də pisdir!”

Hədis 298: Həzrət Əli (ə) buyurur: “Aşkarda görülməsi ayıb olan işi gizlində də görmə.”

Hədis 299: Həzrət Əli (ə) buyurur: “Çox pisdir ki, insanın zahiri gözəl, batini isə nöqsanlı olsun.”

Hədis 300: Həzrət Əli (ə) buyurur: “Xalqın bir-biri ilə xoş keçinməsi ən üstün əməllərdəndir.”

Hədis 301: Həzrət Məhəmməd (s) buyurur: “Allahı daha yaxşı tanıyan Ondan daha çox qorxar.”

Hədis 302: Həzrət Məhəmməd (s) buyurur: “Ən yaxşı əməl Allaha görə dost və Allaha görə düşmən olmaqdır.”

Hədis 303: Həzrət Məhəmməd (s) buyurur: “Möminlər bağışlayan və mülayimdirlər.”

Hədis 304: Həzrət Həsən (ə) buyurur: “Bir-biri ilə məşvərət edən xalq kamala yetişər.”

Hədis 305: İmam Həsən (ə) buyurur: “Sənə o kəs yaxındır ki, dostluq yolu ilə yaxın olsun, qohum olmasa da belə.”

Hədis 306: Həzrət Məhəmməd (s) buyurur: “Gizli dua aşkar duadan yetmiş dəfə təsirlidir.”

Hədis 307: Həzrət Məhəmməd (s) buyurur: “Vacib namazı vaxtı keçdikdən sonra qılan şəxs qiyamət günü mənim şəfaətimə nail olmaz.”

Hədis 308: Həzrət Əli (ə) buyurur: “Diri şəxsin ölüyə qovuşmağı nə qədər də yaxındır.”

Hədis 309: Həzrət Əli (ə) buyurur: “Dünyada əldə etdiklərin üçün o qədər də sevinmə.”

Hədis 310: Həzrət Əli (ə) buyurur: “Dünyada əlindən çıxanlara görə o qədər də qəm yemə.”

Hədis 311: Həzrət Əli (ə) buyurur: “Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.”

Hədis 312: Həzrət Əli (ə) buyurur: “Hər nəfəs ölümə doğru atılan bir addımdır.”

Hədis 313: Həzrət Əli (ə) buyurur: “Sənə ən yaxın olan düşmən öz nəfsindir.”

Hədis 314: Həzrət Əli (ə) buyurur: “Yəqin üzündən olan yuxu şəkk ilə qılınan namazdan yaxşıdır.”

Hədis 315: Həzrət Əli (ə) buyurur: “Camaat içində birinə nəsihət vermək danlaqdır, nəsihət deyil.”

Hədis 316: Həzrət Əli (ə) buyurur: “Bəsirət kor olanda gözün görməyi faydasızdır.”

Hədis 317: Həzrət Əli (ə) buyurur: “Tam bilmədiyin şeyi danışma.”

Hədis 318: Həzrət Əli (ə) buyurur: “Sınaqdan çıxarmamış dosta etimad etmə.”

Hədis 319: Həzrət Əli (ə) buyurur: “Bir şəxsdən bilmədiyi bir şey barəsində soruşulsa, “bilmirəm” deməyə əsla utanmamalıdır.”

Hədis 320: Həzrət Əli (ə) buyurur: “Əsla, Qurandan başqa yerdə şəfa axtarmayasınız, çünki Quran bütün dərdlərin şəfasıdır.”

Hədis 321: Həzrət Əli (ə) buyurur: “Düşünmək kimi ibadət yoxdur.”

Hədis 322: Həzrət Məhəmməd (s) buyurur: “Hər eşitdiyini danışmağın sənin yalançılığının sübutu üçün bəsdir.”

Hədis 323: Həzrət Məhəmməd (s) buyurur: “Gizli sədəqə Pərvərdigarın qəzəbini söndürər.”

Hədis 324: Həzrət Məhəmməd (s) buyurur: “Dilini saxlayan kəsin eyblərini Allah örtər.”

Hədis 325: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın haqqını itirməyənlər Allaha ən çox şükür edənlərdir.”

Hədis 326: Həzrət Məhəmməd (s) buyurur: “Harada olursansa ol, Allahdan qorx.”

Hədis 327: Həzrət Məhəmməd (s) buyurur: “Mömin az xərcli və qanedir.”

Hədis 328: Həzrət Məhəmməd (s) buyurur: “Möminin şərəfi gecə oyaq qalmaq, izzəti isə xalqdan ehtiyacsızlıqdır.”

Hədis 329: Həzrət Məhəmməd (s) buyurur: “Mömin bir dəlikdən iki dəfə sancılmaz (səhvini təkrar etməz).”
 
Redaktor: Nəcəf