Hədis 166-245
Hədis 166: Həzrət Əli (ə) buyurur: “Kömək və yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah tərəfindən) çatasıdır.”
* * *
Hədis 167: İmam Həsən Əskəri (ə) buyurur: “Mömini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.”
* * *
Hədis 168: İmam Həsən (ə) buyurur: “Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .”
* * *
Hədis 169: Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrətdiyiniz və ya elm öyrəndiyiniz şəxslə yumşaq davranın.”
Hədis 170: Həzrət Məhəmməd (s) buyurur: “Ölümümdən sonra ümmətim üçün ən çox qorxduğum şəxs Quranı yanlış təfsir və təvil edən şəxsdir.”
* * *
Hədis 171: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul edir.”
* * *
Hədis 172: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.”
* * *
Hədis 173: Həzrət Məhəmməd (s) buyurur: “Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey namazdır.”
* * *
Hədis 174: Həzrət Məhəmməd (s) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.”
* * *
Hədis 175: Həzrət Məhəmməd (s) buyurur: “Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.”
* * *
Hədis 176: Həzrət Məhəmməd (s) buyurur: “Mənim ümmətimə qarşı mehriban olanla Allah da mehriban olar.”
* * *
Hədis 177: Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).”
* * *
Hədis 178: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”
* * *
Hədis 179: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.”
* * *
Hədis 180: Həzrət Əli (ə) buyurur: “Əməl etmədən behişt istəmək axmaqlıqdır.”
* * *
Hədis 181: Həzrət Əli (ə) buyurur: “Dil yarası (tənə vurmaq) nizə yarasından daha yandırıcıdır.”
* * *
Hədis 182: Həzrət Əli (ə) buyurur: “Başqalarının ölümünü gördüyü halda öz ölümünü unudan kəsə təəccüb edirəm.”
* * *
Hədis 183: Həzrət Əli (ə) buyurur: “Hər gün canının və ömrünün əskildiyini görə-görə ölüm üçün bir iş görməyən kəsə təəccüb edirəm .”
* * *
Hədis 184: Həzrət Əli (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm yatağından qorxur, lakin günahdan uzaqlaşmır.”
* * *
Hədis 185: Həzrət Əli (ə) buyurur: “Dünyada gedəcəyini bildiyi halda axirəti üçün azuqə hazırlamayan kəsə təəccüb edirəm.”
* * *
Hədis 186: Həzrət Əli (ə) buyurur: “O kəsə təəccüb edirəm ki, danışdığı sözlərin nə dünyada ona bir xeyri var, nə də axirəti üçün savab yazılır.”
* * *
Hədis 187: Həzrət Əli (ə) buyurur: “O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.”
* * *
Hədis 188: Həzrət Məhəmməd (s) buyurur: “Xalq bir şəxsin dilindən qorxarsa, o şəxs cəhənnəm əhlidir.”
* * *
Hədis 189: Həzrət Məhəmməd (s) buyurur: “Fürsətləri əldən vermək qəm-qüssə gətirər.”
* * *
Hədis 190: İmam Kazim (ə) buyurur: “Mömin tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da artar.”
* * *
Hədis 191: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşını aldadan şəxs məlundur.”
* * *
Hədis 192: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məlundur.”
* * *
Hədis 193: İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşının qeybətini edən şəxs məlundur.”
* * *
Hədis 194: İmam Kazim (ə) buyurur: “Allahdan qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.”
* * *
Hədis 195: İmam Kazim (ə) buyurur: “Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.”
* * *
Hədis 196: İmam Kazim (ə) buyurur: “Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).”
* * *
Hədis 197: İmam Kazim (ə) buyurur: “Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.”
* * *
Hədis 198: Həzrət Əli (ə) buyurur: “Xalqla xoş keçinmək ağıl nişanəsidir.”
Hədis 199: Həzrət Əli (ə) buyurur: “Ağılın ən yüksək dərəcəsi cəhli (bilməməzliyi) etiraf etməkdir.”
* * *
Hədis 200: Həzrət Əli (ə) buyurur: “Aqilin ehtiyacsızlığı onun elminə görədir.”
* * *
Hədis 201: Həzrət Əli (ə) buyurur: “Cahilin ehtiyacsızlığı malına görədir.”
* * *
Hədis 202: Həzrət Əli (ə) buyurur: “İntizarı çəkiləsi ən layiqli (səlahiyyətli) şey gizli ölümdür ki, hər şeydən tez gəlib yetişir.”
* * *
Hədis 203: Həzrət Əli (ə) buyurur: “Dost çətinlik zamanı tanınar.”
* * *
Hədis 204: Həzrət Əli (ə) buyurur: “Gözün kor olması bəsirətin kor olmasından daha yüngüldür.”
* * *
Hədis 205: Həzrət Əli (ə) buyurur: “Bircə saatlıq qısa düşünmək uzun-uzadı ibadətdən üstündür.”
* * *
Hədis 206: Həzrət Əli (ə) buyurur: “O şəxs nicat tapar ki, faydasız həvəslərinə qalib gəlmiş, nəfsinin istəklərinə hakim olmuşdur.”
* * *
Hədis 207: Həzrət Əli (ə) buyurur: “Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”
* * *
Hədis 208: Həzrət Əli (ə) buyurur: “Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.”
* * *
Hədis 209: Həzrət Əli (ə) buyurur: “Hər kəsin dəyəri onun biliyi qədərindədir.”
* * *
Hədis 210: Həzrət Əli (ə) buyurur: “Az yemək bədəni bir çox xəstəliklərdən qoruyur.”
* * *
Hədis 211: Həzrət Əli (ə) buyurur: “Əməl edilən az elm, əməl edilməyən çox elmdən üstündür.”
* * *
Hədis 212: Həzrət Əli (ə) buyurur: “Axmağın qəlbi dilinin, aqilin dili isə qəlbinin arxasındadır (yəni, aqil əvvəlcə düşünər sonra danışar).”
* * *
Hədis 213: İmam Sadiq (ə) buyurur: “Böyüklərimizə ehtiram göstərməyən, kiçiklərimizə isə rəhm etməyən kəs bizdən deyildir.”
* * *
Hədis 214: İmam Sadiq (ə) buyurur: “Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məb’us edilməmişdir.”
* * *
Hədis 215: İmam Sadiq (ə) buyurur: “Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”
* * *
Hədis 216: İmam Sadiq (ə) buyurur: “Qardaşına quyu qazan özü düşər.”
* * *
Hədis 217: İmam Sadiq (ə) buyurur: “Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”
* * *
Hədis 218: İmam Sadiq (ə) buyurur: “Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”
* * *
Hədis 219: İmam Sadiq (ə) buyurur: “Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”
* * *
Hədis 220: Həzrət Əli (ə) buyurur: “Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.”
* * *
Hədis 221: İmam Sadiq (ə) buyurur: “İnsanın daxili islah olarsa, zahiri rəftarı möhkəmlənər.”
* * *
Hədis 222: İmam Sadiq (ə) buyurur: “Tənbəllik və hövsələsizlikdən uzaq ol. Çünki bu iki hal bütün pisliklərin başlanğıcıdır.”
* * *
Hədis 223: İmam Baqir (ə) buyurur: “Allah-təala - pis danışan, lənət deyən və tənə vuranları sevmir.”
* * *
Hədis 224: İmam Baqir (ə) buyurur: “Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”
* * *
Hədis 225: İmam Baqir (ə) buyurur: “Sənə zülm etmişlərsə də, sən zülm etmə.”
* * *
Hədis 226: İmam Baqir (ə) buyurur: “Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”
* * *
Hədis 227: İmam Baqir (ə) buyurur: “Səni tərif etsələr, sevinmə.”
* * *
Hədis 228: İmam Baqir (ə) buyurur: “Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”
* * *
Hədis 229: İmam Baqir (ə) buyurur: “Əlinə fürsət düşəndə səhlənkarlıq etmə.”
* * *
Hədis 230: “Saleh insanların məclisi insanı islaha vadar edər.”
* * *
Hədis 231: İmam Səccad (ə) buyurur: “Yaradılış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.”
* * *
Hədis 232: İmam Səccad (ə) buyurur: “Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.”
* * *
Hədis 233: İmam Səccad (ə) buyurur: “Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”
* * *
Hədis 234: İmam Səccad (ə) buyurur: “Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”
* * *
Hədis 235: Həzrət Əli (ə) buyurur: “Hər kim orta həddi gözləsə, həlak olmaz.”
* * *
Hədis 236: İmam Səccad (ə) buyurur: “Pis işi tərk etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da belə.”
* * *
Hədis 237: İmam Həsən (ə) buyurur: “Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”
Hədis 238: İmam Hüseyn (ə) buyurur: “Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”
* * *
Hədis 239: İmam Hüseyn (ə) buyurur: “Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”
* * *
Hədis 240: İmam Hüseyn (ə) buyurur: “Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”
* * *
Hədis 241: İmam Hüseyn (ə) buyurur: “Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”
* * *
Hədis 242: İmam Hüseyn (ə) buyurur: “Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”
* * *
Hədis 243: İmam Hüseyn (ə) buyurur: “Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”
* * *
Hədis 244: İmam Hüseyn (ə) buyurur: “Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”
* * *
Hədis 245: İmam Əli (ə) buyurur: “Nə çoxdur dilin üzündən həlak olanlar!”