Baş səhifə
Qeybətin mənbəyi | Baxış: 972 | Tarix: 2013.08.02

 

Qeybət zinadan daha pisdir
Cabir ibn Abdulla və Əbu Səid Xidri Peyğəmbər(s)-dən belə nəql edirlər: "Qeybətdən çəkinin! Qeybət zinadan daha pisdir, çünki zinakarın tövbə edib günahının bağışlanması mümkün amma qeybət sahibindən halallıq alınmamış günahın bağışlanması isə qeyri-mümkündür.”

Qeybət-meyit əti yemək kimidir
«Quran»da qeybət etmək ölmüş mömin qardaşın ətini yemək hesab edildiyi kimi, rəvayətlərdə də bu mətləbə ciddi toxunulmuşdur. Peyğəmbər(s) buyurur: “Mömini söymək günah, onlarla döyüşmək küfr, ətini yemək (qeybət) haram və onun malının ehtiramı qanına olan ehtiram kimidir"[186]. Bu, günahın böyüklük və ağırlığını göstərir. Belə bir məna yalnız qeybət barədədir. Qeybəti edilən şəxs qeybət zamanı orada olmadığından və özünü müdafiə edə bilmədiyi üçün ölüyə bənzədilmişdir. Birinin abır-həya pərdəsi xalq arasında yırtılarsa heç bir şey ilə onu bərpa etmək olmaz. Həmin adam həmişə başıaşağı gəzər. Buna görə də öz nüfuz dairəsinin genişlənməsi üçün qeybət edən şəxs sanki ölmüş müsəlman qardaşının ətini yeyir
Təbərsi mübarək "bir-birinizin qeybətini etməyin" ayəsinin nazil olması haqda yazır:
"Bu ayə Peyğəmbər(s)-in səhabələrindən olan iki nəfərin Salman haqda qeybət etdiyi zaman nazil olmuşdur. Onlar Salmanı yemək gətirmək üçün Peyğəmbər(s)-in yanına, Peyğəmbər(s) də onu o vaxt beytül-malın müdiri olan Üsamə ibn Zeydin yanına göndərir. Üsamə Salmana yeməyə heç bir şeyin olmadığını bildirdi. Yoldaşlarının yanına qayıdarkən onların: "Niyə yemək gətirmədin?" sualına: " Mən Peyğəmbər(s)-in yanına getdim və o da məni Üsamənin yanına göndərdi. Üsamə də yeməyə heç bir şeyin olmadığını mənə bildirdi. Ona görə də sizə bir şey gətirə bilmədim" -deyə Salman cavab verdikdə onlar bir-birlərinə dedilər: "Üsamə xəsislik edib yeməyə heç nə vermədi". Salman haqda isə belə söylədilər: "Əgər onu su gətirmək üçün Səmihə (su quyusu) quyusuna göndərsək, o, quyunu da qurudar". Sonra həqiqəti öyrənmək üçün Üsamənin yanına getdilər. Peyğəmbər(s) onlara buyurdu: "Mən sizin ət yediyinizi müşahidə edirəm." Dedilər: "Biz bu gün ət yeməmişik." O söylədi:: "Siz Salman və Üsamənin ətini yemisiz (Bu iki nəfərin qeybətini etmisiz). Sonra bu ayə nazil oldu."[187]
Qeybətin meyit əti yeməyə bənzədilməsi başqa rəvayətlərdə də göstərilmişdir. «Quran» və söylənilən rəvayətlərdən belə nəticəyə gəlmək olar ki, qeybət qardaşın qardaşa zülmündən də artıq iyrənc və çirkin əməldir.

Qeybət yaxşı əməlləri məhv edir
Qeybət yaxşı əməllərin puça çıxmasına və aradan getməsinə səbəb olur. İmam Sadiq(ə) buyurur: “Qeybət etmək hər bir müsəlmana haramdır. Alov odunu yandırıb külə döndərdiyi kimi, qeybət də insanın yaxşı əməllərini yandırıb külə döndərir.”[188] Bəzən insan qeybətə aludə olduğundan yerinə yetirdiyi bütün yaxşı əməlləri əldən verir. Onun əməllərinin savabı qeybətini etdiyi şəxsin əməllər kitabçasına (nameyi-əmalına) yazılır. Bu barədə nəzərinizi bir hədisə cəlb edirik. Peyğəmbər(s) buyurdu: "Qiyamət günü sizlərdən birini əməllərinə baxmaq üçün məhşər çölünə gətirib nameyi-əmalını ona verərlər. O nameyi-əmalına baxanda yerinə yetirmiş olduğu xeyir əməllərdən heç birini orada görməyib deyər: "İlahi bu mənim nameyi-əmalım deyil, çünki yerinə yetirmiş olduğum saleh əməllərdən və ibadətlərdən heç biri onun içində yazılmamışdır." Ona deyilər: "Sənin Allahın səhv iş tutmaz, heç bir şeyi unutmaz. Bu, sənin əməllər kitabındır, amma qeybət etdiyinə görə sənin yaxşı əməllərin pisliyinə danışdığın, qeybətini etdiyin şəxsin əməllərinə əlavə olunmuşdur". Sonra hesab çəkmək üçün başqasını gətirib əməllər kitabçasını ona verərlər. Öz nameyi-əmalına baxarkən çoxlu yaxşı əməl və ibadətlərin orada yazıldığını görüb təəccüblə deyər: “İlahi bu, mənim nameyi-əmalım deyil mən burada yazılmış xeyir işləri və ibadətləri dünyada yerinə yetirməmişəm.” Ona deyilər: “Filan şəxs sənin qeybətini etdiyinə görə onun xeyir əməlləri sənin əməllər kitabına yazılmışdır."

Qeybət edən Allah himayəsində deyildir
İmam Sadiq(ə) buyurur: “Hər kim bir möminin abır-həya pərdəsini yırtmaq və eyib axtarmaq niyyəti ilə xalq arasında gözdən salmaq üçün onun əleyhinə danışarsa Allah-təala belə şəxsi öz himayəsindən çıxarıb şeytanın himayəsinə atar. Heç şeytan da onu qəbul etməz.”

Qeybətin cəzası
Şübhəsiz, qeybətə aludə olanı Qiyamət günü ağır əzab gözləyir. Peyğəmbər(s) buyurdu: “Dünyada mömin qardaşının ətini yeyən və qeybətini edən şəxsi qiyamət günü qeybətini etdiyi şəxsin qarşısına gətirib deyərlər: "Dünyada diri olan vaxt ətini yediyin kimi [indi ki meyitdir], yenə də onun ətini ye.” Sonra da onun ölmüş cəsədindən yeyib əziyyət çəkərək başgözünə vurub fəryad edər.”[193]
“Merac gecəsi bir tayfa gördüm ki, öz sifətlərini dırnaqları ilə qaşıyırdılar. Cəbrayıldan soruşdum ki, bunlar kimdir?» Dedi: “Camaatın dalınca qeybət edib onların abır-həyasını tökənlər.”

Qeybət və ibadətlərin dəyərinin azalması
Başqa bir hədisdə belə nəql olunur ki, qeybətə aludə olan şəxsin ibadətlərinin dəyəri azalır. Peyğəmbər(s) buyurur: “İnsandan bir hadisə baş verməyənə qədər məsciddə oturub namazının vaxtını gözləmək ibadətdir.” Soruşdular: “O nə hadisədir?” Buyurdu: “Qeybət”

Qeybət əməllərin qəbul olunmasına maneədir
Peyğəmbər(s) demişdir: "İnsan əməllərinin qoruqçusu olan məmurlar onun günəş kimi işıq saçan əməlini yuxarı apardıqda əməlləri qəbul edib ən yüksək dərəcəyə çatdıran mələk deyir: "Bu əməli sahibinin başına çırpın, çünki mən Allah-təala tərəfindən tapşırıq almışam ki, qeybət edənlərin yaxşı əməllərini geri qaytarıb Allah dərgahına aparılmasına mane olum."

Qeybət edən behiştdən məhrumdur
Peyğəmbər(s) buyurur: "Behişt üç adama haramdır: sözgəzdirənə, qeybət edənə və həmişə sərxoş olana"[197].
QEYD: Qeybət edən əgər tövbə etsə və tövbəsi qəbul olunsa, yenə də behiştə daxil olan axırıncı şəxsdir.
Allah-təala Musa ibn İmrana vəhy göndərdi ki, qeybət edən əgər tövbə edərsə behiştə daxil olan axırıncı yox əgər tövbə etməzsə, cəhənnəmə daxil olan birinci şəxs olar."

Qeybətin mənbəyi
Belə ayə və rəvayətləri araşdırmaqla bu günahın nə qədər iyrənc, böyük olduğunu və aqibətinin necə də faciəli bitdiyini dərk etdikdən sonra bu xəstəliyin səbəb və müalicəsini arayıb-araşdıraq.