Baş səhifə
HƏZRƏT PEYĞƏMBƏRİN (S) ƏSİL-NƏSLİ | Baxış: 414 | Tarix: 2013.07.15

HƏZRƏT PEYĞƏMBƏRİN (S) ƏSİL-NƏSLİ

İsmail Babildən ailəsi ilə Hicaza köçmüş mühacir olsa da, tarixi mənbələrə görə o ilahi təlimlə ərəbcə danışmış ilk şəxsdir və ərəb nəsli onunla bağlıdır. Həzrət Məhəmmədin (s) əsli İsmail vasitəsi ilə İbrahimə gedib çıxır. Peyğəmbərin əsli üç qismə ayrıla bilər: Adəmdən İbrahimədək, İbrahimdən ədnanadək (ərəbi), ədnandan Əbdüllahadək. Bəziləri onun əslini Adəmdən sadalasalar da, əvvəlki iki mərhələnin xırdalıqları o qədər də aydın deyil. Olsun ki, kimsə bu nəsilləri dəqiq sadalaya bilməsin və çoxlu ixtilaflar yaransın. Bəlkə də, elə bu səbəbdən də Mürsəl nəql edir ki, Peyğəmbər (s) «mənim əslimi sadalayıb danana çatanda daha irəli getməyi», deyə buyurub. («Bihar» 15-ci cild). Bu buyuruq təhqiq yolunun asan olmadığını nəzərə çatdılar. Bu, uyğun təhqiqatın haram olması demək deyil. Ədnana qədər həzrət Peyğəmbərin (s) nəslini belə sadalamaq olar. Məhəmməd ibni Əbdüllah ibni Əbdül Mütəllib ibni Haşim ibni əbd Mənaf ibni Qəsa (ərəbi) ibni Kəlab ibni Mərrə ibni Kəb ibni Lby ibni Ğalib ibni Fəhr ibni Malik ibni Nəzr ibni Kənanə ibni Xəzimə ibni Mədrəkə ibni Möd ibni ədnan. Ədnandan sonra bu təhqiq yolu çətinləşir və biz deyilənlərla kifayətlənirik.

Redaktor: Nəcəf