Baş səhifə
ZİYARƏT NAMAZI VƏ NAMAZDAN SONRAKI DUA | Baxış: 1462 | Tarix: 2013.07.13

ZİYARƏTİN ƏDƏBİ HAQQINDA

Baxın, burada ziyarətlə əlaqəli belə yazır: həzrət Əlini (ə) ziyarət edən bir kəs, Kufə xəndəyinə yetişəndə durub belə desin: «Allahu Əkbər, Allahu Əkbər, əhlul-kibriyai və᾽l-məcdi və᾽l-əzəməti, Allahu Əkbər, əhl᾽ut-təkbiri və᾽t-təqdisi və᾽t-təsbihi və᾽l-əlai, Allahu Əkbəru mimma əhafu və əhzur, Allahu Əkbəru imadi və əleyhi ətəvəkkəlu, Allahu Əkbəru rəcai və ileyhi uniybin».

Nəcəfin girişinə daxil olduğu zaman belə deyilir: «Həmd olsun Allaha ki, bizi hidayət etdi, əgər bizi hidayət etməsəydi, biz hidayət olamazdıq». Məqbərənin qapısına yetişdikdə, Allaha həmd etdikdən sonra isə, belə deyilir: «Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur; O birdir və şəriki yoxdur. Yenə şəhadət edirəm ki, Məhəmməd Allahın qulu və rəsuludur; o Allah qatından haqqı gətirdi. Yenə şəhadət edirəm ki, Əli Allahın qulu və Rəsulallahın qardaşıdır. Allah uludur, Allah uludur, Allahdan başqa ilah yoxdur». Həzrət Əlinin (ə) mübarək məzarına yetişdikdə isə deyilir: «Əşhədu ən la ilahə illallah, vəhdəhu la şərikələh».

Ziyarətçi, Allah, Peyğəmbər və Əimmeyi ətharın izinlərini istəyib hərəmə daxil olduqdan sonra, həzrət Peyğəmbərə (s) və Əmirəl-mö᾽minin Əliyə (ə) salam verməyi bildirən müxtəlif ziyarətlər oxunur. Ziyarət qurtardıqdan sonra altı rükət namaz qılınması buyrulmuşdur. Bunların iki rükəti Əmirəl-mö᾽mininə (ə), digər dörd rükəti də həzrət Əlinin (ə) qəbrinin ətrafında defn edilmiş həzrət Adəm və həzrət Nuha hədiyə edilir.

ZİYARƏT NAMAZI VƏ NAMAZDAN SONRAKI DUA

Görəsən, hədiyə namazı şirkdirmi? Ana-ataya və mö᾽minlərin ruhlarına hədiyə namazı deyə bir göstəriş yoxdurmu? Bu halda namaz şirkdirmi? Ziyarətçinin, «Qürbətən iləllah» deyib, iki rükət namaz qılıb həzrət Əliyə (ə) hədiyə etməsi şirkdirmi? İnsan bir dostunu ziyarət etməyə getdiyi zaman ona hədiyə aparması insanlığın zəruriyyətdir. Hər iki məktəbin hədis kitablarında Rəsulallahdan (s), mö᾽mini ziyarət edərkən hədiyə verməklə əlaqəli hədislər üçün xüsusi bablar ayrılmışdır.

Ziyarətçi mövlasının qəbrinin qarşısında durduada, mövlasının həyatında ən çox sevdiyi şeyi, yə᾽ni namazı Ona hədiyə etməsi şirkdirmi? Bu səbəbdən ziyarətçinin, «qürbətən iləllah» deyə niyyət edib, iki rükət namaz qılıb Əmirəl mö᾽mininə (ə) hədiyə etməsi əmr olunmuşdur. Görəsən, bu sizə görə şirkdirmi? Möhtərəm şeyx! Namazın qaydasını oxudunuz, namazdan sonrakı duanı da oxusaydınız, şübhə etdiyiniz şeyin cavabını elə oradan öyrənərdiniz və bizə də, bu cür irad tutmazdınız. İndi də zehninizdən qərəzli fikirlərin aradan aparılması üçün şiələrin əməllərinə insaf gözüylə baxmanız və müşrik deyil, müvəhhid olduğumuzu və hər an belə Allahı unutmadığımızı və həzrət Əlini (ə), Allah-təalanın saleh qulu və Rəsulallahın (s) varisi və xəlifəsi olduğuna görə sevdiyimizi bilməniz üçün izninizlə bu duanı da oxuyum. Duanın qaydası belədir:

Namaz qurtardıqdan sonra həzrət Əlinin (ə) baş tərəfində (Şeyxin, «qəbrə tərəf oxuyurlar» deyə söylədiyi sözün əksinə) qibləyə tərəf durub, qəbir sol tərəfində olduğu halda bu dua oxunur: «Allahım, mən bu iki rükət namazı, seyidimə və vəlin olan mövlama və rəsulunun qardaşı Əmirəl-mö᾽minin və vəsilərin seyidi Əli bin Əbu Talibə öz tərəfimdən hədiyə edərək qıldım. Allahın salatı ona və onun ailəsinə olsun.

Allahım, Məhəmməd və Ali Məhəmmədə salam olsun və bu iki rükət namazı məndən qəbul et və məni bunun əvəzində ehsan edənlərin mükafatıyla mükafatlandır. Allahım, sənin üçün namaz qıldım, sənin üçün rüku və səcdə etdim. Sən şəriki olmayan bir Allahsan. Namaz, rüku və səcdə ancaq sənə caizdir. Çünki uca Allah sənsən, səndən başqa ilah yoxdur». İndi, Allah rizasına deyin. Bir ziyarətçinin Nəcəfə atdığı ilk adımdan ziyarət namazını bitirdiyi ana qədər, daima haqqı zikr etməsi, Allahın adının dilindən düşməməsi, Allahı əzəmətlə yad etməsi və həzrət Əlini (ə) Allahın saleh bir qulu Rəsulallahın (s) qardaşı və varisi olduğunu söyləməsi və bunu e´tiraf etməsi görəsən, şirkdirmi? Əgər namaz qılmaq və Allahın vəhdaniyyətinə şəhadət etmək şirkdirsə, zəhmət olmasa, tövhidin nə olduğunu öyrədin mənə. Bəlkə, Allah və Peyğəmbərin yolundan çıxıb, sizin yolunuza gəldim».

Şeyx: «Görmüsünüz burada nə yazılıb? «Əvvəlcə türbənin qapsını öp, sonra içəri daxil ol». Biz elə düşünürük ki, ziyarəçilər imamların türbələrinə gələndə, səcdə edirlər. Bu səcdə Əli üçün deyilmi? Görəsən, Allahdan başqasına səcdə etmək şirk deyildirmi?». Də᾽vətçi: «Əgər mən sizin yerinizdə olsaydım, məntiqli bir cavab aldıqdan sonra bu məclis qurtarana qədər, hətta bizim bu bəhs məclislərimiz tam qurtarana qədər, əsla danışmazdım, susardım. Amma siz yenə də elə danışırsız ki, eşidəni gülməyə məcbur edir (Məclisdəkilərin qəh-qəh ilə gülüşləri).

Redaktor: Nəcəf