Baş səhifə
Əli Əsğər (ə.s) şəhadəti | Baxış: 2732 | Tarix: 2013.07.11

 

Həzrəti Əli Əsğər (ə.s) şəhadəti

Həzrəti Əli Əsğər (ə.s) şəhadəti Həzrəti Əli Əsğər (ə.s) İmam Hüseyn (ə.s) kiçik oğludu. "Əsğər" ərəb dilində kiçik deməkdir. Həzrətin özündən böyük iki qardaşı olduğu üçün Əsğər deyilib. İmamın böyük oğlu Əli Əkbərdir (Əkbər böyük deməkdir), ikinci oğlu İmam Zeynəl Abidindir adı Əli Ovsət (Ovsət ortancil deməkdir) üçüncü oğlu isə Əli Əsğərdir. Əli Əsğər (ə.s) anası "Rubab" xanımdır. Rəvayətlərə əsasən Həzrət Kərbəla vaqiyəsində 6 aylıq olub. Eləki Əbəlfəzl (ə.s) da şəhid olur qadınların və uşaqların suya olan ümüdləri kəsilir. Uşaqlar və qadınlardan başqa heç kəs qalmır. Susuzluqdan qadınların nalələri, uşaqların qışqırışı ətrafı bürüyür, yer göy bu hala ağlayırdı lakin düşmənin qəlbi qara idi Əhli-beytin halına acımırdı. İmam Hüseyn (ə.s) səslənir: "Peyğəmbərin (s) yaxınların qoruyacaq bir kəs varmı ? Allahdan qorxan bir kəs varmı? Allaha xatır biri köməyimizə, yardımımıza yetişəcəkmi? Bunu deyəndən sonra qadınların nalə səsləri ucalır... Nəql olunur İmam Hüseyn (ə.s) gəlir Əli Əsğəri xeymədən götürür ki, bəlkə bu körpə balanı görüb insafa gəldilər su verdilər. Əli Əsğər körpə idi susuzluğa dözə bilmirdi, səsi İmami üzürdü. Əli Əsğəri qucağında otuzdurur öpür çün vaxt yetişmişdi bu balasında cəddi Rasulullahın yanına yola salacaqdı. İmam gəlir düşmənlərin qarşısına buyurur: bizə acımırsız bəlkə bu körğəyə aciyasız...susuzluqdan ürəyi yanır...bu zaman Hərmələ ibni Kahil (l) ox atır gəlib körpənin boğazına batıb başın bədənindən ayırır...İmam əlin tutur boğazına ovucu qanla dolan kimi göyə atir. Hədisdə var o qandan bir qətrədə yerə düşmür, əgər düşsəydi Allahın qəzəbındən yer Yezid qoşunun udardı. İmam (ə.s) Atdan yerə düşür qılıcı ilə yerdə kiçik çuxur qazır, körpəyə namaz qılır sonra o çuxura qoyur Əhli-beytindən olan şəhidlərin yanına. İndi hal-hazırda Əli Əsğər (ə.s) məzarı Kərbəlada Atası İmam Hüseyn (ə.s) və böyük qardaşı Əli Əkbər (ə.s) yanındadı.

Redaktor: Nəcəf