Baş səhifə
İmamın Nişapurdan getməsi | Baxış: 990 | Tarix: 2013.07.11

 

 

 

İmamın Nişapurdan getməsi

Nişapurda bir neçə gün qaldıqdan sonra İmam Əli bin Musa Rza (ə) xalqın izdihamı ilə Mərvə yola düşdü. Yola salanlar arasında çoxlu sayda alimlər, o cümlədən iki nəfər məşhur hədis alimi Əbu Zərə Razi və Məhəmməd bin Əsləm Tusi də var idi. Onlar xatirə üçün İmamın öz babalarından bir hədis söyləməsini istədilər.
Əli bin İsa Ərbili bu barədə yazır: ... İki nəfər məşhur hədis alimi Əbu Zərə Razi və Məhəmməd bin Əsləm Tusi - Allah onlara rəhmət etsin - İmamın xidmətinə gedərək ona dedilər: Ey böyük şəxsiyyət! Ey imamların pak nəslinin davamçısı və pak sülalə! Ey Peyğəmbərin övladı! Səni pak əcdadlarının ruhuna and veririk ki, hicabı kənara qoyaraq bizə üz çevir və öz əcdadlarından bizə bir hədis de ki, sizdən xatirə olaraq qalsın. İmam miniyini saxladı, kəcavənin pərdəsini kənara çəkdi və elə bil günəş kimi işıq saçdı. İnsan izdihamı dəniz dalğası kimi imamın baxışları qarşısında təlatümə gəlirdi. Hamı çalışırdı ki, imama daha da yaxınlaşsın, onun əlini öpsün. Vəsf edilməz bu səhnədə qələm sahiblərinin xalqı sükuta dəvət edən uca səsləri eşidildi ki, İmamın söylədiklərini qələmə ala bilsinlər (Kəşfül-ğimmə, c 3, səh 144).
İmamla birlikdə səfərə davam İmam Nişapurdan çıxdıqdan sonra karvan indi "Qədəmgah" adlanan yerdən keçir Mücəmül-Büldan, c 3, səh 209 (). İndiki "Qədəmgahda" türbə və onun içində qara daş üzərində iki ayaq izi var. Bu türbə Şah Abbas Səfəvinin əmri ilə hicri 1020-ci ildə tikilmişdir. Ancaq o daşın bu türbə tikilməmişdən öncə harada olduğu və bura necə gəlib çıxdığının tarixi məlum deyil. Bəziləri bu fikirdədirlər ki, onun üstündəki ayaq izləri İmam Rzanın (ə) ayaq izləridir. Lakin imamın səfər xatirəsi kimi onu daşın üzərində ayaq izlərinin yonulması da ehtimal olunur (Asare-tarixiye-Xorasan, səh 320).

Redaktor: Nəcəf