
İmam Hüseyn (ə)-ın məqamı
Həzrət İmam Cəfər Sadiq (ə) İmam Hüseyn (ə)-ı ziyarət etmək istəyərkən ilk öncə Fərat çayında qüsl edər,sonra o Həzrəti ziyarət edərdi.Əlqəmə çayının qərb tərəfində “Cəfəriyyat” adlı vəqf olunmuş bir sıra yerlər var ki,üzərində günbəz tikilib.Həmin yerlər o,Həəzrətin məqamı adlanır.Əvvəllər həmin yerlərin ətrafı bağ-bağat olmuşdur.
İmam Mehdi (ə.f)-ın məqamı
İmam Sadiq (ə) məqamına gedən yolda İmam Mehdi (ə.f) adına Hüseyniyyə çayının sol tərəfində bir məqam yerləşir və üstündə günbəz tikilib.
İmadəddin Muhəmməd ibn Əli Tusi
İmadəddin hicrətin beşinci əsr alimlərindəndir.Onun qəbri Hindiyyə şəhərinə gedən yolda yerləşir.İmadəddin fiqh və üsul elmində çoxlu kitabın müəllifi olmaqla böyük şiə alimlərindən hesab olunur.Dini tədris ocaqları onun elmi və fiqhi nəzəriyyələrindən geniş şəkildə istifadə edirlər.
Şeyx Əbdülkərim Hairi öləndən sonra İmam Hüseyn (ə)-ın vasitəsilə dirilir.
Qum dini elmlər akademiyasının təsisçisi Həzrət Ayətullah Şeyx Əbdülkərim Hairiyə bir gecə yuxu aləmində deyirlər ki,sən on gündən (və ya üçüncü) sonra dünyadan köçəcəksən.Amma mərhum Şeyx İraqda işlərinin çoxluğundan bu yuxunu unudur.Onuncu (və ya üçüncü) gün dostları onun yanına gəlirlər ki.evin yanındakı bağda əyləşib bir az istirahət etsinlər.bağda oturmalarının üstündən bir neçə saat keçəndən sonra Şeyxin halı pisləşir.Dərhal xatırlayır ki,on gün (üç gün) bundan qabaq bir yuxu görmüşdü.Dostlarından onu evə aparmalarını istəyir.Onlar da Şeyxi evinə aparır,onun yorğanının yanında əyləşirlər.Şeyx ayaqlarını qiblə tərəfinə uzadıb zikr və kəlmeyi-şəhadətini deyir.Dostlar yəqin edirlər ki,o,canvermə halındadır.Ayaqları soyuyur.yavaş-yavaş soyuma dizlərə keçir keçir,sinə soyuyur,dodaqları hərəkətdən düşür,gözləri bağlanır,canvermə təri onun alnında müşahidə edilir.Xülasə,hamı qətiləşdirir ki,Şeyx dünyadan köçür.Elə bu an qəribə bir hal müşahidə edirlər.Şeyx canvermə halında ikən birdən qalxıb dizi üstə əyləşir.Dostlar və ev adamları ağladıqları,baş-gözünə vurduqları halda Şeyx danışmağa başlayır : “Mən həqiqətən canvermə halında idim.Ruhum ayaqlarım tərəfdən çıxanda hiss etdim ki,bu mənim ömrümün son anlarıdır.Həmin an qəlbimdən keçdi ki,İmam Hüsey (ə)-ı feyz vasitəsi qərar verdim,Allahın dərgahında mənim üçün bir neçə gün möhlət alsın ki,bir xeyirli əməl yerinə yetirim,mənim tərəfimdən bu dünyada qalsın.Zehnimə gəldi ki,Qum şəhərində bir dini akademiya təşkil edib,onu qüvvətləndirim.Bu niyyət qəlbimdən keçən anda yeni (mələk) məmurlar gəldi,ruhları alan mələyə dedilər ki,əl saxlayın,ona möhlət verilib,İmam Hüseyn (ə) vasitə olub.Bu an hiss etdim ki,ruhum yenidən bədənimə qayıtdı və mənimlə mənus oldu,dirildim.”
Bəli,Şeyx Əbdülkərim Hairi Əba Əbdillah (ə)-ın vasitəsilə yenidən bu dünyaya qayıdır,İraqdan Quma gəlib Həzrət Məsumə (s.ə)-ın hərəminin yanında bütün İslam dünyasında İmam aşiqlərinin pənahgahı olan bir akademiya təşkil edir.Bu,onun arzuladığı və niyyətdə tutduğu bir əməl idi.
Küveyt çöllərində itən əşya İmam Hüseyn (ə)-ın hərəmində tapılır.
İrandan Ərəbistana hərəkət edən hacıların maşını Küveyt çöllərində yolun həddən artıq daşlı olması səbəbindən dayanır.Sürücü təklif edir ki,yüklərinizi boşaldın maşın yüngülləşsin,həcc əməllərinə yetişə bilək.
Bütün valyuta və pullarını çamadana yığmış bir hacı onları götürmədən çamadanı həmin biyabanda saxlayır.Ərəbistana yetişdikdən sonraməsələlərdən hali olur,narahatçılıq keçirir.İranda qaytarmaq şərti ilə yoldaşlarından bir az pul borc alır.
Hacılar həcc səfərindən sonra Kərbəlaya gəlirlər,bir gün İmam Hüseyn (ə)-ın hərəmində oturduqları zaman dostlardan biri təklif edirki,hərəmdə elan etsin ki,hər kəs pulumu Küveyt çöllərindən tapsa,mənə qaytarsın.Həmin hacı deyir ki,mən pullarımı küveyt çöllərində qoymuşam,bura isə Kərbəladır,necə ola bilər ki,burada tapılsın?!
Nəhayət,dostunun təkidilə məsələni hərəmdə elan edir.Dostunun yanında əyləşən bir ərəb bu hacının nə dediyini yanında əyləşəndən soruşur.O,şəxs izah edir ki,dostum çamadanını Küveyt çöllərində qoymuş,bütün pullarıda o,çamadanın içindədir.Ərəb deyir : “ Təsadüfən həmin valyuta və pullar məndədir.Mən İmam Hüseyn (ə)-dan istədim ki,bu pulların sahibi tapılsın və mən vicdan əzabından qurtulum.Ərəfat,Məşər,Mina,Mədinə və Məkkədə bütün iranlıların arasında soraqlaşdım ki,bu əmanətin sahibini tapım,amma tapa bilmədim.Ona görə də İmam Hüseyn (ə)-ı ziyarət etmək üçün Kərbəlaya gəldikdə o,Həzrətdən istədim ki,bu əmanətin sahibini tapım və onun lütfüylə də tapdım.”
Valideynə xidmət və İmam Hüseyn (ə)-ın ziyarəti
Kərbəlanın dörd fərsəxliyində (24 km) bir cavan öz qoca atası və anası ilə yaşayırdı.O,hər həftə cümə gecəsi valideynlərindən birini ulağa,digərini isə çiyninə mindirərək Kərbəlaya aparırdı.Bir müddətdən sonra ulaq əlindən çıxdı.Məcbur olub hər həftə cümə gecəsi valideynlərinin birini çiyninə alıb Kərbəlaya aparırdı.Həmin cavan deyir : “Həftələrin birində anamı çiynimə almışdım.imam Hüseyn (ə)-ın hərəminin həyətinə daxil olduqda o Həzrəti hərəmin qübbəsinin yanında ziyarət etdim. Həzrətin mübarək dodaqlarında şirin bir təbəssüm vardı.Mən qübbənin yaxınlığına qədər onu görürdüm,amma sonra görmədim.Hərəmə daxil olanda çox xoşhal idim.Bir kişi biləyimdən yapışıb dedi : “Əziz cavan,niyə gülürsən? Bilmirsən ki,ziyarət edirsən? Bura gülmək yeri yox,ağlaşmaq və dua yeridir.”
Qocanın bu israrını görüb hadisəni ona şərh etdim. O, dedi : “Bir ömürdür ki,İmam (ə)-ın ziyarətinə gəlirik,amma İmamın çöhrəsini heç yuxu aləmində də ziyarət edə bilməmişik.Sən isə valideynlərinə ehtiram və xidmət göstərməyinə xatir belə böyük tofiqə nail olmusan !”
Sonralar tək və ya atam-anamla Kərbəlaya gələndə İmam Hüseyn (ə)-ı qübbənin yanında gözlərimlə görürdüm,ziyarət edirdim və Həzrət də təbəssüm etməklə razılığını bildirirdi.Amma qübbənin pilləkənlərinə yaxınlaşdıqca Həzrət gözümdən itirdi.”
İmam Hüseyn (ə)-ın Seyyid Muhəmməd ibn Hadi (ə)-ın vasitəsilə şəfa verməsi
Tehran Kənd Təsərrüfatı Universitetinin hesabdarı olan Ağaye Rəhbərinin fəqərə sümükləri quruyur və nəticədə hərəkət qabiliyyətini tamamilə itirir.Hətta Londona müalicəyə getsə də,faydası olmur,sonda İraqa getməli olur.Onun özü deyir : “Əbəlfəzl (ə)-ın hərəminin xadimi və qolumdan yapışan digər iki şəxsin köməyilə İmam Hüseyn (ə) və Həzrət Əbəlfzl 9ə0-ın hərəmlərinə getdim.Öz ayaqlarımla yeriyib hərəmlərə getməyim düz dörd saat çəkdi.Sonra məni Kazimeyn və Samirraya apardılar.Sürücü dedi ki,qayıdanda Həzrət Hadi (ə)-ın oğlu İmamzadə Seyyid Muhəmmədi də ziyarət edərik.Yolun çox torpaqlı olmasına baxmayaraq İmamzadəni də ziyarət etdik.Qayıdarkən bir yaşıl əmmaməli şəxs maşının qabağını kəsdi.Sürücü maşının xüsusi taksi kimi kirayələndiyini bildirsədə,onu da mindirməyi tövsiyə etdim.Bu böyük Seyyid maşının qabaq oturacağında əyləşdi.Mənim xəstə səs-sədamı eşidib dedi : “Bu ağadan nə istəyirsiniz?” xanımım cavab verdi ki,o,xəstədir,ona görə belə ah-nalə edir.Seyyid dedi : “ Onu bir az qabağa gətirin !” Sonra əlini belimə sürtüb dedi : “Əgər Allah istəsə,sağalar !”
Mən soruşdum :
- Siz kimsiniz?
Cvab verdi : - Mən Seyyid Əbdullaham.
- Sizin üçün nəzr etsək,qəbul olar?
- Əgər qəbul olsa,həmin nəziri bir seyyidə verərsiz.Bu gecə cümə gecəsidir.imam Hüseyn (ə)-ın hərəminə gedib mənim sözümü çatdırın və deyin ki,övladınız dua edib,siz amin deyin.
Seyyid bizimlə xudahafizləşib ayrıldı.Biz də mənzilimizə getdik.Gecə yarısı xanımımı qaldırdım ki,su gətir dəstəmaz almaq istəyirəm,İmam (ə) mənə şəfa verib.Evdəkilər hamısı heyrət içində idi.Tez Tehrana zəng çalıb bildirdilər ki,xəstəmiz Ağaye Rəhbəri şəfa tapıb,öldürücü xəstəlikdən qurtulub və biz Tehrana qayıdırıq.”
Redaktor: Nəcəf