Baş səhifə
Hürr ibn Yəzid Riyahinin qəbri və onun Hürriyətinə bir baxış | Baxış: 1009 | Tarix: 2013.07.11

 

 Hürr ibn Yəzid Riyahinin qəbri və onun Hürriyətinə bir baxış

Cənab Hürrün qəbri Kərbəlanın altı kilometr qərbində yerləşir.İlk olaraq Şah İsmayıl Xətai onun qəbrinin üzərində günbəz və ziyarətgah tikdirmişdir.Hürr Ömər Sədin qoşununun sərkərdəsi idi və tapşırıq almışdı ki,İmam (ə)-ın karvanının qarşısını alsın.Kərbəla hadisəsində Əba Əbdillah (ə)-ın xütbə oxumasından sonra düşmənin sırasını tərk edib doğru yoltutan ilk şəxs Hürr oldu.O,döyüş başlamazdan əvvəl özünü cənnətlə cəhənnəm arasında görərək,yoldaşlarına dedi : “ Mən daha Fatimə ciyərparələrini narahat edə bilmərəm.Mən öz yolumu seçib İmamın tərəfinə keçirəm.” İmam (ə)-ın hüzuruna yetişdikdə etdiyi xətalara görə üzr istəyib,tövbə etdi.Həzrət onun tövbəsini qəbul edərək buyurdu : “Afərin sənin anana ki,adını Hürr (azad) qoyub !” Sonda Hürr Kərbəla şəhidlərinin sırasında yer alaraq keçmiş dostları,amma İmam düşmənlərinin əli ilə şəhid oldu. 

Redaktor: Nəcəf