Baş səhifə
Kərbəlanı ilk olaraq vətən seçmiş Seyyid İbrahim Mucabın qəbri | Baxış: 934 | Tarix: 2013.07.11

 

 

 

Kərbəlanı ilk olaraq vətən seçmiş Seyyid İbrahim Mucabın qəbri

 

İmam Musa ibn Cəfər (ə)-ın nəvəsi və Seyyid Muhəmməd Abidin oğlu olan Seyyid İbrahimin qəbri İmam Hüseyn (ə)-ın qəbrinin şimal-qərb tərəfində yerləşir.O,Kərbəlanı ilk olaraq vətən seçən şəxs olub və 247-ci hicri ilindən Kərbəlada yaşamışdır.Atası Seyyid Muhəmməd Abid həqiqətən abid həyatı yaşamışdır.Seyyid İbrahimin “Mücab” ləqəbi ilə çağırılmasının səbəbi bu idi ki,o,İmam Hüseyn (ə)-ın qəbrinə salam verdikdə,Həzrətin qəbrindən salamın cavabı gələrdi.

Mütəvəkkil Abbasi öldürüldükdən sonra İbrahim 247-ci hicri ilində ilk Fatimə övladı olaraq Kərbəlanı özünə vətən seçdi və öz babasının qəbrinin yanında sakin oldu.Onu İbrahim  Zərir Kufi kimi də tanıyırlar.Ondan qabaq heç kəs Kərbəlada məskunlaşmamışdır.Qəbri İmam Hüseyn (ə)-ın ziyarətgahında yerləşir. “Buğyətun-nübəla” kitabının 120- səhifəsində cənab Seyyid Əbdülhüseyn Keliddardan hekayət olunur ki,1217-ci hicri ilinə qədər İbrahimin qəbri səhndə imiş,amma sonradan yeri dəyişdirilib.Hal-hazırda isə ziyarətgahın şimal hissəsində yerləşir.

Redaktor: Nəcəf