Baş səhifə
Həbib ibn Məzahir Əsədinin qəbri | Baxış: 959 | Tarix: 2013.07.11

 

 Həbib ibn Məzahir Əsədinin qəbri

İmam Hüseyn (ə)-ın hərəminin qərb tərəfində Həbib ibn Məzahirin qəbri yerləşir.

Şeyx Abbas Qummi (r.ə) “Töhfətulı-əhvab” kitabında 51-ci səhifədə yazır ki,Həbib ibn Məzahir Quranı əzbər bilirdi. (hafizi-Quran idi).Həmişə işa namazından sonra Quran oxumağa başlayar,sübh namazına qədər bütün Quranı oxuyub qurtarardı.

Həbib Kufədə yaşayırdı.Kərbəla hadisəsi zamanı onun 75 yaşı vardı.Düşmən ona aman versədə,o,amanı qəbul etməyib dedi : “ Amanı qəbul etsəm,Fatimə (s.ə)-ın balası Hüseyni meydanda tək qoyduğum üçün Allah və onun rəsuluna cavab verəcəyəm?!Mən heç vaxt onu və ailə üzvlərini bu xətərli meydanda tək qoymaram !”

Redaktor: Nəcəf