Baş səhifə
Həzrət Əbəlfəzl Abbas (ə)-ın ziyarətnaməsi | Baxış: 11429 | Tarix: 2013.07.10

 

 

Həzrət Əbəlfəzl Abbas (ə)-ın ziyarətnaməsi

Həzrət Abbas (ə)-ın mübarək hərəminə daxil olduqda de :

Səlamullahi və səlamu məlaikətihil-müqərrəbinə və ənbiyaihil-mürsəlin və ibadihis-salihin və cəmii-şühədai vəs-siddiqin vəz-zakiyatut-təyyibati fiyma təğtədi və təruhu əleykə yəbnə Əmirul-muminin.Əşhədu ləkə bit-təslim vət-təsdiq vəl-vəfai vən-nəsihəti li xələfin-nəbiyyil-mürsəl (səlləllahu əleyhi və alihi) vəs-sibtil-müntəcəb vəd-dəlilil-alim vəl-vəsiyyil-mübəlliğ vəl-məzlumil-muhtəzəm.Fə cəzakəllahu ən rəsulihi və ən Əmirul-mumininə və ənil-Həsəni vəl-Hüseyni sələvatullahi ələyhim əfzələl-cəzai bima səbərtə vəhtəsəbtə və əntə.Fə nimə üqbəd-dar.Ləənəllahu mən qətələkə və ləənəllahu mən cəhilə həqqək vəstəxəffə bi hurmətik və ləənəllahu mən halə bəynəkə və bəynə mail-Furat.Əşhədu ənnəkə qutiltə məzlumən və ənnəllahə muncizun ləkum ma vəədkum.citukə yəbnə Əmirul-muminin vafidən iləykum və qəlbi müsəllimun ləkum və tabiun.Və ənə ləkum tabiun və nüsrəti ləkum muəddətun hətta yəhkuməllahu və huvə xeyrul-hakiminə.Fə məəkum la məə əduvvikum.İnni bikum və bi iyabikum minəl-muminin.Və bimən xaləfəkum və qətəlkum minəl-kafirin..Qətələllahu ümmətən qətəlkum bil-əydi vəl-əlsun.

Allahın,onun müqərrəb mələklərinin,mürsəl peyğəmbərlərinin,əməlisaleh bəndələrinin,bütün şəhid və siddiqlərin pak-pakizə salamları hər zaman sənə olsun,ey Əmirəl-mömininin oğlu !

Şəhadət verirəm ki,Nəbiyyi-Əkrəm (s)-in yadigarı,seçilmiş övladı,alim dəlil,təbliğatçı canişin,məzlum və haqqı tapdalanmış canişininə tabe oldun, (onun haqq olduğunu) təsdiq etdin,nəsihətlərinə qulaq asıb əhdinə vəfadar qaldın.Allah-Təala sənə səbr etdiyinə,imtahan verib nəhy əz münkər etdiyinə,imamına kömək etdiyinə görə Peyğəmbərin (s),Əmirəl-möminin,Həsən və Hüseynin tərəfindən ən yaxşı əcr,əvəz versin !

Sənin aqibətin necədə yaxşıdır ! Allah səni qətlə yetirənlərə lənət etsin !

Allah səninlə Fərat çayı arasında fasilə salanlara (mühasirədə saxlayanlara) lənət etsin !

Şəhadət verirəm ki,həqiqətən sən məzlumcasına qətlə yetirilmisən və həqiqətən Allah-Təala sizə vəd etdiyinə vəfa edəcək.Sənin qəbrinin yanına gəlmişəm,ey Əmirəl-mömininin oğlu,mən sizin yanınıza gəlmişəm,qəlbim də sizə (sizin əmrinizə) təslimdir,özümdə yalnız sizə tabeyəm.Allah-Təala hökm edənə qədər mənim nüsrətim (köməyim) sizin üçün hazırlanıb və o,ən yaxşı hökm edəndir !

Mən sizinləyəm,sizin düşməninizlə yox !

Həqiqətən mən sizə və sizin qayıtmağınıza imanlı olanlardan,sizinlə müxalifət edib sizi qətlə yetirənlərə isə kafir olanlardanam.Allah öldürsün sizi əlləri və dilləri ilə qətlə yetirən ümməti !

Sonra o,Həzrətin hərəminə daxil olub zərihinin yanında dayanıb de :

Əssəlamu əleykə əyyuhəl-əbdus-salih.Əl-mütiu lillahi və li rəsulihi və li Əmirul-mumininə vəl-Həsəni vəl-Hüseyni.Səlləllahu ələyhim  və səlləm.Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh və məğfirətuhu və rizvanuhu və əla ruhikə və bədənikə.Əşhədu ənnə uşhidullahə ənnəkə məzəytə əla ma məza bihil-bədriyyun vəl-mücahidunə fi səbilillah.Əl-munasihunə ləhu fi cihadi ədaihi.Əl-mübaliğunə fi nüsrəti əvliyaihi.Əz-zabbunə ən əhibbaihi.Fə cəzakəllahu əfzələl-cəzai və əksərəl-cəzai və əvfərəl-cəzai və əvfa cəzai əhədinmimmən vəfa bi bəyətihi vəstəcabə ləhu dəvətəhu və ətaə vulatə əmrih.Əşhədu ənnəkə qəd baləğtə fin-nəsihəti və ətəytə ğayətəl-məchudi.Fə bəəsəkəllahu fiş-şühədai və cəələ ruhəkə məə ərvahis-süədai və ətakə min cinanih əfsəhəha mənzilən və əfzələha ğurəfən.Və rəfəə zikrəkə fi illiyyin.Və həşərəkə məən-nəbiyyinə vəs-siddiqin vəş-şühədai vəs-salihin.Və həsunə ulaikə rəfiqa.Əşhədu ənnəkə ləm təhin və ləm tənkul.Və ənnəkə məzəytə əla bəsirətin min əmrikə müqtədiyən bis-salihin və muttəbiyən lin-nəbiyyin.Fə cəməəllahu bəynəna və bəynəkə və bəynə rəsulihi və əvliyaihi fi mənazilil-muxbitin.Fə innəhu ərhəmur-rahimin.

Salam olsun sənə,ey Allaha,onun rəsuluna,Əmirəl-mömininə,Həsənə və Hüseynə itaət edən və əməlisaleh bəndə !

Allahın salamı,rəhməti,bərəkəti,məğfirəti, və rizvanı sənin ruhuna və bədəninə olsun !

Şəhadət verirəm və Allahı da şahid tuturam ki,həqiqətən sən “Bədr” şəhidləri,Allah yolunun mücahidləri,Allah düşmənləri ilə cihadda Allah xatirinə nəsihət edənlər,Allah övliyalarına nüsrət etməkdə əlindən gələni əsirgəməyənlər,onları müdafiə edənlər kimi hərəkət edtdin.

Allah sənə,öz beytinə vəfalı qalıb dəvətinə ləbbeyk deyənlərə,vəliyyi-əmrlərinə (məsumlara) itaət edənlərə verdiyi xeyir mükafatının ən yaxşısını,ən çoxunu və ən təamını əta etsin !

Şəhadət verirəm ki,həqiqətən sən son dərəcə nəsihət etdin,son dərəcə cəhd edib çalışdın.Allah səni şəhidlər zümrəsindədirildib ruhunu səadətə çatanların ruhu ilə qovuşdursun,cənnətlər içrə ən geniş mənzili,ən gözəl otaqları olan bir cənnət əta etsin.Sənin zikrini “İlliyyin”-ə ucaltsın və səni peyğəmbərlər,siddiqlər,şəhidlər,salehlər ilə birlikdə məşhur edib diriltsin.

Onlar necədə gözəl yoldaşlardırlar !

,əhadət verirəm ki,sən (din işində) əsla süstlük etmədin,qorxmadın,geri qayıtmadın və həqiqətən sən bu işləri bəsirət (tam agahlıq və ixtiyar) üzündən görüb,salehlərə iqtida,peyğəmbərlərə tabe olaraq vəfat etdin.Allah bizi,səni,öz rəsulunu və övliyalarını qəlbləri xaşe və xatircəm olanların mənzilində qovuşdursun.Çünki o,rəhm edənlərin ən rəhmlisidir !

Sonra mütəhhər qəbrin baş tərəfində dayanıb iki rəkət namaz qılandan sonra de :

Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd.Və la tədə li fi hazəl-məkanil-mukərrəm vəl-məşhədil-müəzzəm-zənbən illa ğəfərtəhu və la həmmən illa fərrəctəhu və la mərəzən illa şəfəytəhu və la əybən illa sətərtəhu və la rizqən illa bəsəttəhu və la xofən illa aməntəhu və la şəmlən illa cəmətəhu və la ğaibən illa həfiztəhu və dənəytəhu və la hacətən min həvaicid-dünya vəl-axirəti-ləkə fiyha rizən və liyə fiyha səlahun illa qəzəytəha-ya ərhəmər-rahimin.

İlahi,Muhəmməd və onun Əhli-beytinə salavat göndər və bu əzəmətli məkanda,əzəmətli şəhadət yerində bütün günahlarımı bağışlamamış,bütün qəm-qüssəmi dağıtmamış,bütün eyblərimi pərdələməmiş,ruzimə vüsət bəxş etməmiş,qorxumu əmin-amanlığa çevirməmiş, dağılmış (dağınıq) olan şeylərimi bir yerə yığmamış,məndən qaib olan hər bir şeyi hifz edib yaxınlaşdırmamış,dünya və axirət hacətlərimi,o hacətlər ki,sənin onlardan razılığın,mənim isə xeyirim var-əta etməmiş məni yola salma,ey rəhm edənlərin ən rəhmlisi !

Sonra qəbrin ayaq tərəfində durub belə de :

Əssəlamu əleykə ya Əbəlfəzlil-Abbas ibn Əmirul-muminin.Əssəlamu əleykə yəbnə səyyidil-vəsiyyin.Əssəlamu əleykə yəbnə əvvəlil-qovmi islamən və əqdəmihim iymanən və əqvəmihim bi dinillah və əhvətihim ələl-İslam.Əşhədu ləqəd nəsəhtə lillahi və li rəsulihi və li əxiykə və niməl əxul-muasi.Fə ləənəllahu ümmətən qətələtkə və ləənəllahu ümmətən zələmətkə və ləənəllahu ümmətən istəhəllət minkəl-məharim vəntəhəkət hurmətəl-İslami.Fə niməl-sabirul-mücahidul-muhaminin nasir vəl-əxud-dafiu ən əxiyh əl-mücibu ila taəti Rəbbihi.Ər-rağibu fi ma zəhidə fiyhi ğeyruhu minəs-səvabil-cəzil vəs-sənail-cəmil.Və ləhəqəkəllahu bi dərəcəti abaikə fi cənnatin-nəim.Allahummə inni təərrəztu li ziyarəti əvliyaikə rəğbətən fi səvabikə və rəcaən li mğfirətikə və cəzili ihsanikə.Fə əsəlukə ən tusəlliyə əla Muhəmmədin və Alihit-tahirinə və ən təcələ rizqi bihim darrən və əyşi bihim qarrən və ziyarəti bihim məqbulətən və həyati bihim təyyibətən və ədricni-idracəl-mukrəminə vəcəlni mimmən yənqəlibu min ziyarəti məşahidi əhibbaikə muflihən muncihən qəd istəvcəbə ğufranəz-zunub və sətrəl-uyub və kəşfəl-kurub.İnnəkə əhlut-təqva və əhlul-məğfirəh.

Salam olsun sənə,ey Əmirəl-mömininin oğlu Əbəlfəzl-Abbas !

Salam olsun sənə,ey ilahi canişinlərinin ağasının oğlu !

Salam olsun sənə,ey İslamı qəbul edən ilk şəxsin,imanda hamıdan öndə olanın,Allah dini yolunda ən möhkəm,islamı ən çox müdafiə edib qoruyan,ən çox hifz edən şəxsin oğlu !

Şəhadət verirəm ki,Allah,onun rəsulu və qardaşın üçün xeyirxah,ona həmdərd bir qardaş idin.Allah lənət etsin səni qətlə yetirənlərə ! Allah lənət etsin sənə zülm edənlərə !

Allah lənət etsin sənin hörmətini saxlamayanlara,İslamın hörmət pərdələrini yırtanlara !

Sən necə də gözəl səbirli,öz qardaşını müdafiə edən,mücahid,himayəçi,köməkçi,Rəbbinin itaətinə (fərmanına) müsbət cavb verən,qeyrilərinin rəğbətsiz olduğu çoxlu-çoxlu savaba rəöbət idin.Allah-Təala səni nəim cənnətlərdə öz ata-babalarına qovuşdursun !

İlahi,həqiqətən mən sənin savabına nail olmaq,məğfirət (bağışlanmaq) və çoxlu-çoxlu ehsanını əldə etmək üçün dostlarının ziyarətinə gəlmişəm.

İlahi,Pərvərdigara,səndən istəyirəm ki,Muhəmməd və onun pak ailəsinə,Əhli-beytinə salavat göndərəsən,onların xatirinə mənim ruzimi bol, məişətimi (yaşayışımı) sabit ,ziyarətimi qəbul olunmuş,həyatımı pak-pakizə qərar verib,dərəcəmi (öz yanında) ikram olunmuşların dərəcələri kimi mərtəbə-mərtəbə yüksəldəsən,məni özünün sevdiyin dostlarının şəhadət yerinin ziyarətində nicat tapmış,hacətləri rəva olmuş (yaxud batilə qələbə çalmış) halda qayıdanlardan qərar verəsən.Şübhəsiz,bu iş (ziyarət)günahların bağışlanmasına,qəm-qüssənin dağılmasına səbəb olar.Həqiqətən sən məğfirət və təqva əhlisən !

O,Həzrətlə vidalaşmaq istədikdə mübarək qəbrin yanında dayanıb de :

Əstəvdiukəllahə və əstərikə və əqrəu əleykəssəlam.Amənna billahi və bi rəsulihi və bi kitabihi və bi ma caə bihi min indillahi.Allahummə fəktubna məəş-şahidin.Allahummə la təcəlhu axirəl-əhdi min ziyarəti qəbri ibni əxi rəsulikə səlləllahu əleyhi və alihi.Vərzuqni məəhu və məə abaihil fil-cinan.Və ərrif bəyni və Allahummə səlli əla Mçuhəmmədin və Ali Muhəmməd və təvəffəni ələl-iymani bikə vət-təsdiqi bi rəsulikə vəl-vilayəti li Əli ibn Əbu Talib vəl-əimməti min vuldihi ələthimussəlam vəl-bəraiti min əduvvihim.Fə inni qəd rəziytu ya Rəbbi bi zalikə.Və səlləllahu əla Muhəmmədin və Ali Muhəmməd.

Səni Allaha əmanət tapşırıram,səni öz pənahında saxlamasını istəyirəm.Allaha,onun rəsuluna,göndərdiyi kitaba və peyğəmbərin Allah yanında gətirdiklərinə (ona vəhy olunanlara) iman gətirdiyim halda sənə salam deyirəm ! İlahi,bizi şəhadət verənlərlə birlikdə yaz !

İlahi,bu (ziyarəti) sənin rəsulunun (Allahın salavat və salamı ona və onun Əhli-beytinə olsun) qardaşının (həzrət Əlinin) oğlunun qəbrinin ziyarətini,ziyarətlərimin sonuncusu etmə.Nə qədər ki,məni diri saxlamısan,onun ziyarətini mənə nəsib et.Məni onunla və onun ata-babaları ilə birlikdə cənnətdə məşhur et,məni öz rəsulun və öz dostlarınla bir yerdə qərar ver.

İlahi,Muhəmməd və Ali-Muhəmmədə salavat göndər.Sənə imanlı olduğum,sənin rəsulunu,Əli ibn Əbu Talib və onun zümrəsindən olan imamları təsdiq edib,onların düşmənlərinə nifrət etdiyim halda məni bu dünyadan apar.Və mən,Rəbbim,mütləq buna razıyam.Allahın salavatı Həzrət Muhəmmədə və Ali-Muhəmmədə olsun !

Redaktor:Nəcəf