Baş səhifə
Əbəlfəzl-Abbas (ə)-ın hərəmi | Baxış: 1238 | Tarix: 2013.07.10

 

Əbəlfəzl-Abbas (ə)-ın hərəmi

Həzrət Abbas (ə)-ın səfalı hərəmi İmam Hüseyn (ə)-ın hərəminin 250 metrliyində,Əlqəmə çayının kənarında yerləşir.

 İmam Sadiq (ə)-dan rəvayət olunmuş,İmam Hüseyn (ə)-ıziyarət etmə formasını bəyan edən hədislərdə deyilir ki, “Ziyarət qüslu edin,hərəmin qapısına yetişdikdə daxil olma izni alın !”

Buradan anlaşılır ki,ibtidai formada olsa da,ozamanlar Həzrətin qəbrinin üzərində məscid və tikililər varmış.Bu tikililər Əməvilərin vaxtında hicrətin 64-72-ci illər arası Muxtar və onun silahdaşları tərəfindən inşa edilmişdir.Hərəmə ən böyük xidməti Ali-Buyə göstərmiş,hər il mərasimlər edirmişlər.

Həzrət Abbas ibn Əli (ə)-ın zərihi

Həzrətin ən yeni zərihi 1385-ci hicri ilində düzəldilmişdir.

Hərəmin rəisi Seyyid Bədrud-din deyir :

“Bu zərihin düzəldilməsinə 150 min dinar xərclənmiş,40 misqal gümüş və 8000 misqal qızıl istifadə olunmuş və düzəldilməsi 3 il çəkmişdir.Bu gözəl və nəfis zərih İsfahanda düzəldilmiş,cənab Əllamə Ayətullah Seyyid Muhsin Həkim onun nəqqaşı olmuşdur.

Redaktor: Nəcəf