Baş səhifə
İmam Hüseyn (ə)-ın qəbrinin torpağı | Baxış: 1323 | Tarix: 2013.07.10

 

İmam Hüseyn (ə)-ın qəbrinin torpağı

Əbu Reyhan Biruni özünün “Asarul-baqiyə” kitabında yazır : “Kərbəla torpağı müqəddəs bir torpaqdır.Xeyli sayda hədis varid olub ki,İmam Hüseyn (ə)-ın torpağı təbərrükdür.Həzrət Fatimə (s.ə) peyğəmbərin əmisi Həzrət Həmzə Seyyiduş-şühəda şəhid olmamışdan qabaq yundan bir sap əyirmiş,onun üzərinə təsbeh dənələri sayda düyün vuraraq ondan təsbeh kimi istifadə etmişdir.Amma Həmzə (ə) şəhid olandan sonra onun qəbrinin torpağından təsbeh düzəldərək istifadə etdi.Əba Əbdillah (ə) Aşurasından sonra onun qəbrinin torpağından təsbeh düzəldirlər.Hədislərdə də bu cür təsbehlərin çox böyük savaba malik olduğu qeyd edilir.Bir hədisdə deyilir : “Əldə İmam Hüseyn (ə)-ın qəbrinin torpağından düzəldilmiş təsbeh tutularsa,zikr deyilməsə belə,həmin savabı qazanar.”

 İmam Hüseyn (ə)-ın qəbrinin torpağından ibadi məqsədlər,namazın səcdəsində və xəstələrin müalicəsi üçün istifadə edən ilk şəxs İmam Zeynul-Abidin (ə) olmuşdur.

Redaktor: Nəcəf