Baş səhifə
İmam Hüseyn (ə)-ın ziyarətnaməsi | Baxış: 2017 | Tarix: 2013.07.08

 

 

 

 

İmam Hüseyn (ə)-ın ziyarətnaməsi

 

Hərəmin qapısına yetişdikdə dayan və de : 

Allahu əkbəru kəbirən vəl-həmdu lillahi kəsirən və subhanəllahi bukrətən və əsilən.Əlhəmdu lillahilləzi hədana lihaza və ma kunna linəhtədiyə lov la ən hədanallahu.Ləqəd caət rusulu rəbbina bil-həqqi.

Allah böyükdür,çoxlu-çoxlu həmd səna Allah üçündür.Günün əvvəlində və axırında (hər vaxt) Allah pak və münəzzəhdir.

Həmd olsun o,Allaha ki,bizi bu dinə hidayət etdi və əgər bizi Allah hidayət etməsəydi,hidayət olmazdıq.Şübhə yoxdur ki,Rəbbimizin Rəsulları haqq olaraq gəlmişdir.

Sonra de :

Əssəlamu əleykə ya Rəsuləllah.Əssəlamu əleykə ya nəbiyəllah.Əssəlamu əleykə xatəmən-nəbiyyin.Əssəlamu əleykə ya səyyidəl-mürsəlin.Əssəlamu əleykə ya həbibəllah.Əssəlamu əleykə ya Əmirəl-muminin.Əssəlamu əleykə ya səyyidəl-vəsiyyin.Əssəlamu əleykə ya qaidəl-ğurril-mühəccəlin.Əssəlamu əleykə yəbnə Fatimə səyyidəti nisail-aləmin.Əssəlamu əleykə və ələl-əimməti min vuldikə.Əssəlamu əleykə ya vəsiyyi Əmiril-muminin.Əssəlamu əleykə ya əyyuhəs-siddiquş-şəhid.Əssəlamu əleykum ya məlaikətəllahi-muminin fi hazal-məqamiş-şərif.Əssəlamu əleykum ya məlaikətə Rəbbil-muhdiqinə bi qəbril-Hüseyn ələyhissəlam.Əssəlamu əleykum minni əbədən ma bəqiytu və bəqiyəl-ləylu vən-nəhar.

Salam olsun sənə,ey Allahın Rəsulu !

Salam olsun sənə,ey Allahın nəbisi !

Salam olsun sənə,ey peyğəmbərlərin sonuncusu !

Salam olsun sənə,ey peyğəmbərlərin ağası !

Salam olsun sənə,ey Allahın dostu !

Salam olsun sənə,ey Əmirəl-möminin !

Salam olsun sənə,ey ilahi canişinlərin ağası !

Salam olsun sənə,ey alnıaçıq,üzüağların rəhbəri !

Salam olsun sənə,ey hər iki aləmin xanımlarının Seyyidəsinin oğlu !

Salam olsun sənə və sənin nəslindən olan imamlara !

Salam olsun sənə,ey Əmirəl-mömininin canişini !

Salam olsun sənə ey,ey siddiq və şəhid !

Salam olsun sənə,ey bu şərif məqamda hazır olan Allah mələkləri !

Salam olsun sizə,ey Hüseynin qəbrini əhatə edən Allahın mələkləri !

Məndən sizə salam olsun,nə qədər ki,mən varam nə qədər ki,gecə-gündüz bərqərardır !

Sonra de :

Əssəlamu əleykə ya Əba Əbdillah.əssəlamu əleykə yəbnə Rəsulillah.Əssəlamu əleykə yəbnə Əmiril-muminin əbdukə vəbnu əbdikə vəbnu əmətikəl-muqirru bir-riqqi vət-tariku lil-xilafi əleykum vəl-müvali li vəliyyikum vəl-muadi li əduvvikum.Qəsədə hərəməkə vəstəcarə bi məşhədikə və təqərrəbə iləykə biqəsdikə.Ə ədxulu ya Rəsuləllah,ə ədxulu ya nəbiyəllah,ə ədxulu ya Əmiril-muminin,ə ədxulu ya səyyidəl-vəsiyyin,ə ədxulu ya Fatimə səyyidətə nisail-aləmin,ə ədxulu ya mövlayə ya Əba Əbdillah,ə ədxulu ya mövlayə yəbnə Rəsulillah?

Salam olsun sənə,ey Əba Əbdillah !

Salam olsun sənə, ey Allahın rəsulunun övladı !

Salam olsun sənə,ey Əmirəl-möminin oğlu !

Sənin nökərin,nökərin və kənizinin oğlu,nökərçiliyinə iqrar edən,sizinlə müxaliflikdən uzaq olan,dostunuzla dost,düşməninizlə düşmən olan şəxs (mən) sənin hərəmini ziyarət etməyi niyyət edib,sənin şəhadət yerini sığınacaq seçib və qəsd etməklə sənə doğru yaxınlaşaraq deyir :

Daxil olummu,ey Allahın Rəsulu?

Daxil olummu,ey Allahın nəbisi?

Daxil olummu,ey Əmirəl-möminin?

Daxil olummu,ey ilahi canişinlərin ağası?

Daxil olummu,ey Fatimə,ey aləmlərin xanımlarının seyyidəsi?

Daxil olummu,ey mənim mövlam,ey Əba Əbdillah?

Daxil olummu,ey mənim mövlam,ey Allahın rəsulunun oğlu?

Hər vaxt qəlbin yumşaldı,gözlərin ağlar oldusa,daxil olmağa razılıq əlamətidir.Elə isə daxil ol və de:

Əlhəmdu-lillahil-vahidil-əhədil-fərdis-səməd.Əlləzi hədani li vilayətikə və xəssəni bi ziyarətikə və səhhələ li qəsdək.

Həmd olsun vahid,əhəd,fərd,səməd olan Allaha ! O, Allaha ki,məni sənin ziyarətinə məxsus edib,səni qəsd və niyyət etməyi mənə asan edib.

Müttəhər qübbənin yanında qəbrin baş daşı tərəfi ilə üzbəüz dayanıb de :

Əssəlamu əleykə ya varisə Adəmə Sifvətillah.əssəlamu əleykə ya varisə Nuh Nəbiyillah.Əssəlamu əleykə ya varisə İbrahimə Xəlilillah.Əssəlamu əleykə ya varisə Musa Kəlimillah.Əssəlamu əleykə ya varisə İsa Ruhillah.Əssəlamu əleykə ya varisə Muhəmməd Həbibillah.Əssəlamu əleykə ya varisə Əmirul-muminin əleyhissəlam vəliyəllah. Əssəlamu əleykə yəbnə Muhəmmədinil-Mustəfa.Əssəlamu əleykə yəbnə Əliyyinil-Mürtəza.Əssəlamu əleykə yəbnə Fatimətəz-Zəhra.Əssəlamu əleykə yəbnə Xədicətəl-Kübra.Əssəlamu əleykə ya sarəllahi vəbnə sarih vəl-vitrətil-məvtur.Əşhədu ənnəkə qəd əqəmtəs-səlatə və atəytəz-zəkatə və əmərtə-bil-məruf və nəhəytə ənil-münkər və ətətəl-lahə və rəsulahə hətta ətakəl-yəqin.Fə ləənəllahu ümmətən  zələmətkə və ləənəllahu ümmətən səmiət bi zalikə fə rəziyət bihi.Ya mövlayə ya Əba Əbdillah,əşhədu ənnəkə kuntə nurən fil-əslabiş-şamixə vəl-ərhamil-mütəhhərə.Ləm tunəcciskəl-cahiliyyətu bi əncasiha və əşhədu ənnəkə min dəaimid-din və ərkanil-muminin.Və əşhədu ənnəkəl-imamul-bərrut-təqiyyur-rəziyyuz-zəkiyyul-hadiyyul-məhdiyyu.Və əşhədu ənnəl-əimmətə min vuldikə kəlimətut-təqva və əlamul-huda vəl-ürvətül-vusqa vəl hüccətu əla əhlid-dünya.Və uşhidullahə və məlaikətəhu və ənbiyaəhu və rusuləhu və məlaikətəhu və ənbiyaəhu və rusuləhu ənni bikum muminun və bi iyabikum muqinun.bi şəraii dini və  xəvatimi əməli və qəlbi li qəlbikum silmun və əmri li əmrikum müttəbiun.Səlavatullahi əleykum və əla ərvahikum və əla şahidikum və əla əcsadikum və əla ğaibikum və əla zahirikum və əla batinikum.

Salam olsun sənə,ey Allahın seçdiyi Adəmin varisi !

Salam olsun sənə,ey Allah xəlili (dost) İbrahimin varisi ! Salam olsun sənə,ey Allahla həmsöhbət olan Musanın varisi !

Salam olsun sənə,ey Allahın ruhu İsanın varisi !

Salam olsun sənə,ey Allah həbibi Muhəmmədin varisi !

Salam olsun sənə,ey Allahın vəlisi Əmirəl-mömininin varisi !

Salam olsun sənə,ey Muhəmməd əl-Mustafanın oğlu !

Salam olsun sənə,ey Əli əl-Mürtəzanın oğlu !

Salam olsun sənə,ey Fatimeyi-Zəhranın oğlu !

Salam olsun sənə,ey Xədiceyi-Kübranın oğlu !

Salam olsun sənə,ey Allahın qanı və Allahın yolunda tökülən müqəddəs qanın oğlu,tək qalmış məzlum!

Şəhadət verirəm ki,sən əcəlin gəlib çatana qədər namazı layiqincə bərqərar etdin,zəkat verdin,xalqı yaxşılıqlara dəvət edib,pisliklərdən çəkindirdin,Allaha və onun rəsuluna itaət etdin.Allah lənət etsin səni qətlə yetirənlərə ! Allah lənət etsin sənə zülm edənlərə ! Allah lənət etsin bu xəbəri eşidib razı olanlara !

Ey mənim mövlam,ey Əba Əbdillah,şəhadət verirəm ki,sən nəcib,pak sülblərdə,pak bətnlərdə nur idin.Cahiliyyət öz napaklıqları ilə səni aludə etməmiş,öz murdar paltarlarını sənin əndamına geyindirməmişdir.

Şəhadət verirəm ki,sən dinin sütunlarından,möminlərin dayaqlarındansan.

Şəhadət verirəm ki,sən xeyirxah,təqvalı,nəfsi paklanmış,xalqı düz yola hidayət edən və özü də (Allah tərəfindən) hidayət olunmuş imamsan.

Şəhadət verirəm ki,sənin nəslindən olan imamlar  təqva kəlmələri,hidayət nişanələri,(Allahın məxluqatla olan) möhkəm rabitə ipləri,(Allahın) dünya əhli üçün höccətləridir.

Mən Allahı,onun mələklərini,nəbi və rəsullarını şahid tuturam ki,dinin qanunlarına uyğun olaraq,əməllərimin aqibətinə əsasən sizin haqq olmağınıza imanlı olub,qayıtmağınıza (rəcət) etiqad bəsləyirəm.Qəlbim sizin qəlbinizə təslim,əməllərim sizin əməllərinizə tabedir.Allahın rəhmət və səlavatı sizə və sizin pak ruhlarınıza,cəsədlərinizə,cisimlərinizə,sizin şahid və qaibinizə,zahir və batininizə olsun !

Sonra özünü qəbrin üstünə atıb öp və  de :

Bi əbi əntə və ümmi yəbnə Rəsulillah.Bi əbi əntə və ümmi ya Əba Əbdillah.Ləqəd əzumətir-rəziyyətu və cəllətil-müsibətu bikə əleyna və əla cəmii əhlis-səməvati vəl-ərz.Fə ləənəllahu ümmətən əsrəcət və ləcəmət və təhəyyət li qitalikə ya mövlayə ya Əba Əbdillah.Qəsədtu hərəmək və ətəytu ila məşhədik əsəlullahə biş-şənilləzi ləkə indəhu və bil-məhəllilləzi ləkə lədəyhi ən yusəlliyə əla Muhəmmədin və Ali Muhəmməd və ən yəcələni məəkum fid-dünya vəl-axirə.

Atam-anamla sənə fəda olum,ey Allah rəsulunun oğlu !

Atam-anamla sənə fəda olum,ey Əba Əbdillah.

Həqiqətən sənin müsibətin bizə və bütün yer-göy əhlinə həddindən çox böyükdür.

Allah lənət etsin o ümmətə ki,səninlə müharibə etmək üçün atlarını yəhərləyib cilovladılar və ciddi hazırlaşdılar.

Ey mövlam,ey Əba Əbdillah,mən sənin ziyarətini qəsd edib,şəhid olduğun yerə gəlmişəm.Allahı sənin onun yanındakı məqam və mənzilətinə and verirəm ki,Muhəmmədə salavat göndərib,məni dünya və axirətdə sizinlə birgə etsin !

Sonra öz yerindən qalxıb şərif qəbrin baş tərəfində iki rəkət namaz qıl,(Həmddən sonra istədiyin surəni oxuya bilərsən) namazı qurtarandan sonra de :

 

Allahummə inni sələytu və rəkətu və səcədtu ləkə,vəhdəkə la şərikə ləkə.Li ənnəs-səlatə vər-rükuə vəs-sücudə la təkunu illa əntə.Allahummə səlli əla Muhəmmədən və Ali Muhəmməd və bəlliğum ənni əfzələs-səlami vət-təhiyyəh.Vərdud əleyyə minhumus-səlam.Allahummə və hatanir-rəkətani hədiyyətun minni ila mövlayəl-Hüseyn ibn Əli əleyhiməssəlam.Allahummə səlli Muhəmmədin və əleyh və təqəbbəl minni və əcirni əla zalikə bi əfzəli əməli və rəcai fiykə və fi vəliyyikə ya vəliyyəl-muminin !

İlahi,həqiqətən,mən sənə xatir namaz qıldım,rüku və səcdə yerinə yetirdim.Təksən,heç bir şərikin yoxdur.Çünki namaz,rüku və səcdə səndən başqasına layiq deyil.Çünki təkcə sənsən ki,səndən başqa bir tanrı yoxdur.ilahi,Muhəmməd və Ali Muhəmmədə salavat göndər.Mənim tərəfimdən onlara ən yaxşı salam və təhiyyət göndər,onların da salamının cavabını mənə qaytar.Allahım,bu iki rəkət namaz məndən mövlam Hüseyn ibn Əli (ə)-a hədiyyədir.İlahi, Muhəmməd və Hüseynə salavat göndər,bu əməlimi də məndən qəbul et.

Səndən və sənin dostundan ümid bəslədiyim ən yaxşı əcri mənə ver,ey möminlərin vəlisi !

Sonra Həzrətin qəbrinin ayaq tərəfinə gedib Əli ibn Hüseyn (ə)-ın qəbrinin baş tərəfində durub de :

Əssəlamu əleykə yəbnə Rəsulillah.Əssəlamu əleykə yəbnə Nəbiyillah.Əssəlamu əleykə yəbnə Əmirul-muminin.Əssəlamu əleykə yəbnəl-Hüseyniş-şəhid.Əssəlamu əleykə əyyuhəş-şəhid.Əssəlamu əleykə əyyuhəl-məzlum vəbnul-məzlum.Ləənəllahu ümmətən qətələtkə ləənəllahu zələmətkə və ləənəllahu ümmətən səmiət bi zalikə fə rəziyət bih.

Salam olsun sənə,ey Rəsulullahın oğlu !

Salam olsun sənə,ey Allahın peyğəmbərinin oğlu !

Salam olsun sənə,ey Əmirəl-mömininin oğlu !

Salam olsun sənə,ey şəhid olmuş Hüseynin oğlu !

Salam olsun sənə,ey şəhid və şəhidin oğlu !

Salam olsun sənə,ey məzlum və məzlumun oğlu !

Allah lənət etsin səni qətlə yetirənlərə !

Allah lənət etsin sənə zülm edənlərə !

Allah lənət etsin bu xəbəri eşidib razı olanlara !

Bu anda özünü qəbrin üstünə atıb de :

Əssəlamu əleykə ya vəliyyəllahi vəbnə vəliyyin.Ləqəd əzumətil-musibə və cəllətir-rəziyyətu bikə əleyna və əla cəmiil-müslimin.Fə ləənəllahu ümmətən qətələtkə və əbrəu iləllahi və iləykə minhum.

Salam olsun sənə,ey Allahın vəlisinin oğlu !

Həqiqətən sənə baş verən bu müsibət bizə və bütün müsəlmanlara çox ağırdır.Allah lənət etsin səni qətlə yetirənlərə ! Onlardan bezarlıq edib Allaha və sənə sığınıram.

Sonra sair şəhidləri qəsd edib de :

Əssəlamu əleykum ya əvliyaəllah və əhibbaəh.Əssəlamu əleykum ya əsfiyaəllahi və əviddaəh.Əssəlamu əleykum ya ənsarə dinillah.Əssəlamu əleykum ya ənsarə Rəsulillah.Əssəlamu əleykum ya ənsarə Əmirul-muminin.Əssəlamu əleykum ya ənsarə Fatimətə seyyidəti nisail-aləmin.Əssəlamu əleykum ya ənsarə Əbi Muhəmmədinil-Həsən ibn Əliyyinil-vəliyyin-naseh.Əssəlamu əleykum ya ənsarə Əbi Əbdillah.Bi əbi əntum və ümmi.tibtum və tabətil-ərzul-ləti fiyha dufintum və fuztum fovzən əzimən.Fə ya ləytəni kuntu məəkum fə əfuzə məəkum.

Salam olsun sizlərə,ey Allah dostları və ey Allahın sevimli bəndələri !

Salam olsun sizlərə,ey Allahın seçilmiş bəndələri,ey Allah məhbubları !

Salam olsun sizlərə,ey Allah dininin köməkçiləri !

Salam olsun sizlərə,ey Rəsulullahın köməkçiləri !

Salam olsun sizlərə,ey Əmirəl-mömininin köməkçiləri !

Salam olsun sizlərə,ey hər iki dünya xanımı Fatimeyi-Zəhranın köməkçiləri !

Salam olsun sizlərə,ey nəsihət edən,nəfsi pak,Allahın vəlisi Əbu Muhəmməd Əlinin oğlu Həsən (ə)-ın köməkçiləri !

Salam olsun sizlərə,ey Əba Əbdillahın köməkçiləri !

Atam-anamla sizə fəda olum !

Siz və sizin dəfn olunduğunuz  torpaq pak və pakizədir.O,torpaqda siz böyük feyzə şatmısınız.Kaş mən də sizinlə olaydım və sizinlə birlikdə feyzə çataydım !

Ziyarətdən sonra İmam Hüseyn (ə)-ın mütəhhər qəbrinin baş tərəfinə qayıdıb ata-anan,bacı-qardaşın,əhli-əyalın üçün çoxlu dua et.Çünki bu müqəddəs məkanda sidq-qəlbdən olan hər bir dua mütləq qəbul olunar.Elə ki,bu müqəddəs məkandan çıxmaq istədin,İmama arxa çevirmə,üzü qəbrə tərəf olan halda,arxa-arxaya hərəkət edib bu kəlmələri (ayəni) zümzümə et :

“İnna lillahi və inna ileyhi raciun.”

 

Redaktor: Nəcəf