Baş səhifə
Dəclə və Fərat | Baxış: 2639 | Tarix: 2013.07.08

 

 

 

 

Dəclə və Fərat

 

 Dəclə çayı Asiyanın məşhur çaylarından olub,uzunluğu 2860 km-dir.Çayın mənsəbi Fars körfəzidir.Fərat çayı da dağların ətəyindən keçərək Dəcləyə tökülür.Fərat çayı iki qola ayrılır.Əlqəmə adlanan bir qolu Kufədən keçməklə qərb tərəfə,digər qolu isə Səvda şəhərindən keçməklə Nilə axır,sonda isə Bəsrədə qovuşurlar.Dəclə və Fəratın yeni adları “Şəttul-ərəb” (yəni ərəb sahili)dir.

Dəclə və Fəratın arasında yerləşən quruərazilərin cənub hissəsində Babil və Kəldə şəhərləri yerləşir.Dəclənin sahilində Asuri padşahlarının paytaxtı olmuş və Mosulun yaxınlığında yerləşən Neynəva şəhəri,İran padşahlarının paytaxtı olmuş Mədain,orta əsrlərdə xilafət mərkəzi olan Bağdad şəhəri yerləşir.Fəratın sahilində isə qədim Babil,Hiyrə,Kufə və Kəldanilərin paytaxtı olmuş Kəldə şəhərləri yerləşir ki,axırıncı ilə Kufə arasında 3 mil məsafə var.

Redaktor: Nəcəf