Kərbəlanın coğrafiyası və tarixi
Hicrətin 36-cı ilində Əli (ə) Süffeyn müharibəsinə gedərkən bir az Kərbəla torpağı götürüb iylədi və dedi : “ Xoş olsun bu torpağın halına ki,bəziləri bu torpaqdan behiştə gedəcəklər !” Kərbəla torpağı hlə qədim zamanlardan – İsa (ə)-dan da qabaq yaşayış məskəni olmuş,orada insanlar yaşamışlar.
Kərbəla kəndlər və abad məntəqələrin mərkəzində yerləşirmiş.Həmin məntəqədə Nəvaris,Qaziriyyə,Neynəva adında,həmçinin Şam şəhəri ilə Fərat çayı arasında bir neçə kənd olmuşdur.
Kərbəla torpağının bir sıra başqa adları da olmuşdur :
Şatil-Fərat,Niyrə,Qudsiyyə,Ərzullahi-muxtar (Allahın seçdiyi yer),Hair və Tif.
“Kərbəla” sözünün mənşəyi,məna və adları
1- Süstlük.Çünki Kərbəla torpağı sabit iqlim şəraiti olan bir yerdə olub.
2- Buğda və digər dənli bitkilər daş və digər artıq şeylərdən təmizləmək.Kərbəla torpağı da daşsız-kəsəksizdir.
3- Həmin torpaqda çox bitən bir otun adıdır.
Bəziləri bu kəlmənin “kərb” və “bəla” kəlmələrindən mürəkkəb olduğunu ehtimal edir.Bu iki sözün də mənası qəm-qüssə deməkdir.
Dedilər ki : “Kərbəla”.Həzrət buyurdu : “Allahım ! Bəla və qəm-qüssədən sənə pənah aparıram.”
Deyirlər ki Həzrət Nuh (ə),Musa (ə),
İsa (ə),İbrahim(ə),İsmayıl (ə),həmçinin yerə endikdən sonra Adəm (ə0 Kərbəladan keçiblər.Onlar hər zaman bu torpaqdan keçərkən xeyli çətinliklərlə üzləşərmişlər.Bunun səbəbini soruşanda,cavab olaraq eşidərdilər ki,sonuncu peyğəmbərin nəvəsi bu torpaqda qətlə yetiriləcək.
Kərbəla torpağı mənbəyini Fərat çayından götürən Hüseyniyyə çayının qərb tərəfində yerləşir.
Kərbəla torpağı İraqın ən məhsuldar torpağı olmaqla,hər növ əkinçilik üçün əlverişlidir.
İmam Hüseyn (ə)-ın qəbrinin dəfələrlə dağıdılması
İmam Hüseyn (ə)-ın ziyarətinin keyfiyyətini bəyan edən hadisələrdən anlaşılır ki,bəni-Üməyyə hakimiyyətinin axır dövrlərində o,Həzrətin qəbrinin üstündə bəzi tikililər və məscid mövcud olmuşdur.Abbasi xəlifələrinin,xüsusən də birinci Abbasi xəlifəsi olan Səffahın zamanında vəziyyət bir az da yaxşılaşdı,təmir işləri həyata keçerildi.Baxmayaraq ki,həm bəni-Üməyyənin,həm də Abbasilərin dövründə Həzrətin qəbrinin dağılması hallarıda başvermişdir.Məsələn,Harun ər-Rəşid ziyarətə gələnlərə əziyyət verərdi.Hətta yadigar kimi saxlanılmış Sidr ağacını kəsdirib,Həzrətin qəbrinin yerini şumlatdırdı,ətrafdakı tikililəri dağıtdı.
236 hicri ilində Mütəvəkkil Abbasi Həzrətin qəbrinin yerini şumladı,oraya su buraxdırdı,amma möcüzə baş verərək su qəbri dağıtmadan kənardan axdı.Həmin miqdar,yəni suyun kənara çəkildiyi hissə Hüseyn (ə)-ın məzarı hesab olunur ki,namaz qılan həmin yerdə namazını qəsr və ya tamam qılmaqda ixtiyar sahibidir.Amma bəziləri bu hökmü oradakı məscidə,bəziləri də bütün Kərbəlaya şamil edirdilər.Qəmqamın tarixi və Şeyx Tusinin “Əmali” kitabında qeyd edilir ki,Mütəvəkkil Abbasi öz hakimiyyəti zamanı həmin vəhşi əməlini 17 dəfə təkrarlamışdır.247-ci ildə həccə gedən Əbdullah ibn Rabiyə Turi deyir : “Mən həccdən qayıdarkən ziyarət məqsədilə Kərbəlaya getdim,amma İmam Hüseyn (ə)-ın qəbri-şərifindən heç bir əsər-əlamət görmədim.Oranı tamamilə su basmışdı.Öz əsamla nə qədər axtarsamda qəbri tapa bilmədim.”
Mütəvəkkil Abbasi hicri təqvimilə 247-ci ildə şəvval ayında oğlu Müntəsir tərəfindən cəhənnəmə vasil edildiMüntəsir şiələrlə yaxşı davranırdı.Ondan sonra hakimiyyətə Əzudud-dövlət Deyləmi gəldi və o da ehtiramla davranaraq qəbrlərin əvvəlki vəziyyətini bərpa etdi.371-ci ildə qəbrlərin üzərində gümbəzlər tikdirdi,fil sümüyündən zərih düzəltdirib İmam Hüseyn (ə)-ın qəbrinin üzərinə qoydurdu.
767-ci hicri ilində poladdan düzəldilmiş çərbənd qəbrin üzərinə qoyuldu.Padşahların zamanında bu çərbəndlər dəyişdirilib xəzinələrdə saxlanılırdı.Şah İsmayıl Səfəvinin zamanında onun əmri ilə həmin çərbəndin oxşarları düzəldilərək İmam Musa Kazim (ə) və İmam Muhəmməd Təqi (ə)-ın qəbirlərinin üzərinə qoyuldu.
Hicrətin 926 və 932-ci illəri arasında altı il müddətinə çərbəndlər düzəltdirildi.birinci Əli (ə)-ın,digərini isə İmam hüseyn (ə)-ın qəbrinin üzərinə qoydular.Əvvəlki çərbəndlərin uzunluğu 4 metr,eni 3.1 metr,hündürlüyü isə 1.5 metr olmuşdur.Həmin çərbəndlər bu heyrətamiz işdə böyük zəhmətlər çəkmiş usta Səni Xatəmin əl işləri olmuşdur.
Hicrətin 914-cü ilində Şah İsmayıl Səfəvi Bağdadı fəth edəndən sonra Kərbəlanı ziyarət etdi.O,İmam Hüseyn (ə)-ın zərihinin ətrafına qızıldan bəzəklər vurdurub hərəmə 12 qızıl qəndil hədiyyə etdi.Həmçinin gümüşdən düzəldilmiş bir zərihi də müqəddəs ziyarətgaha bağışladı.
932-ci ildə həmin zərihin düzəldilməsi başa çatandan sonra Şah İsmayıl bir gecə Həzrətin hərəmində qalıb,oradan Hilləyə,daha sonra isə Nəcəfə getdi.
Qacarilərin zamanında İmam Hüseyn (ə)-ın gümbəzi üç dəfə qızıl suyuna çıkilmişdir.Birinci dəfə 1207-ci hicri ilində Qacarilərin sülaləsinin banisi Ağa Məhəmməd Şah Qacar tərəfindən,ikinci və üçüncü dəfə isə Fətəli Şah Qacar tərəfindən.Fətəli şah 1214 hicri ilində gümüşdən bir zərihi də hərəmə hədiyyə etdi və o zərih indiyə qədərdə qalmışdır,baxmayaraq ki,vəhhabilər həmin zərihə ciddi zərər yetirmişlər.Biz onların bu namərd əməlinə aşağıda işarə edəcəyik.
Muhəmməd ibn Əbdülvəhhab hicrətin 1115-ci ilində Nəcd vilayətində dünyaya gəlmi,sonralar İraqa köçərək Bəsrə alimlərinin yanında dini elmləri öyrəndikdən sonra İslama yad düşüncələrdən yeni bir məzhəb yaratmış və yenidən Nəcdə qayıtmışdır.Hakimiyyət batil əqidələrindən yararlanaraq,bir vandal yürüşü ilə Mədinənin 1200 illik xəsinəsini qarət etdi.Məsud adlı oğlunu da İraqa göndərdi.Məsud Nəcəfə həmlə etsə də,bu şəhərin mərd şiələrinin müqavimətinə tuş gəldi və heç bir nəticə hasil etmədi.Amma 1232-hicri ilinin mübarək Qədir-Xum günü,çərşənbə günü on min nəfərdən yuxarı qoşunla hücum etdi.Təqribən altı min nəfəri öldürməklə yanaşı,hərəmin bütün qiymətli əşyalarını da qarət etdi.Məsud axırda bir dünya bəlasına giriftar olub,Nəcdli bir şəxsin əli ilə cəhənnəmə vasil oldu.
Onlar vəhhabi alimlərinin fitvalarından yararlanmaqla,onlardan Bəqi qəbirstanlığının dağıdılmasının fitvasını alandan sonra 1344-cü hicri ilinin şəvval ayının 8-də hücum çəkib Bəqidəki imamların qəbirlərini və qəbirüstü abidələri dağıtdı.Həmçinin,Məkkədəki Əbu Talib qəbirstanlığını,Ciddə şəhərində yerləşən Həvva nənənin qəbrini dağıtdı.Onlar İslam Peyğəmbərinin qəbrini dağıtmaq istəsələr də,bütün dünya müsəlmanlarının o,cümlədən də sünnilərin müqavimətilə üzbəüz qalıb geri çəkildilər.
Müqəddəs Kərbəla torpağına edilmiş bu vəhşi hücumlar,dağıntılar və qarətdən sonra 1232-ci hicri ilində Fətəli şah Qacar Şeyx Cəfər Kaşiful-Ğitanın köməyilə çox böyük təmir işləri həyata keçirtdi.fətəli şahdan sonra Muhəmməd Əli Mirzə də bəzi təmirlər apardı.Üçüncü dəfə isə Fətəli şah Qacarın nəvəsi Nəsrəddin şah Qacar 1273-cü hicri ilində hərəmdə zərgərlik işini həyata keçirtdi.1355-ci hicri ilində Kərbəlanı ziyarət edən Sultan Tahir Seyfəddin İsmaili əmr etdi ki,İmam Hüseyn (ə)-ın zərihini xalis gümüşdən hazırlasınlar.Bu zərihin düzəldilməsi 1358-ci ildə Hindistanda başa çatdı və İmam Hüseyn (ə)-ın qəbrinin üstünə qoyuldu.
Qətlgah çuxuru
Redaktor: Nəcəf