Müslim ibn Əqil (ə)-ın ziyarətnaməsi
Müslim ibn Əqili ziyarət etmək istədikdə onun qəbrinə tərəf işarə edib de :
Salam olsun sənə,ey layiqli,Allaha və onun rəsuluna,Əmirəl-mömininə,Həsən və Hüseynəitaət edən bəndə ! Allahın salamı olsun seçdiyi bəndələrinə - Muhəmməd və onun ailə üzvlərinəAllahın salamı,rəhməti,bərəkətləri və mğfirəti (bağışlanmaq) siz məsumlara və ey Müslim,sənin bədən və ruhuna olsun !
Şəhadət verib təsdiqləyirəm ki,sən Allah yolunda cihad edən,onun düşmənləri ilə vuruşub,dostlarına kömək edən oldun,Bədr müharibəsi döyüşçülərinin yolunu tutdun.
Allah onun əhdinə vəfa etmiş,onun dəvətini qəbul və vəlilərinin əmrinə itaət etmiş həmin döyüşçülərdən birinə verdiyi ən üstün,ən böyük və ən geniş mükafat qədər sənə də mükafat versin.
Şəhadət verirəm ki,sən çox böyük xeyirxahlıq etdin,son dərəcə çalışdın və nəticədə,Allah səni şəhidlərə qovuşdurdu,ruhunu səadət əhlinin ruhları ilə birgə etdi.Ən geniş mənzilli və ən üstün otaqlı olan behiştini sənə verdi,adını uca adəmlərlə ucaltdı.Səni peyğəmbərlərin,kamil möminlərin,şəhidlərin və layiqli bəndələrin zümrəsinə daxil etdi.Onlar həqiqətən yaxşı yoldaşdırlar !
Şəhadət verirəm ki,sən din yolunda süstlük və tənbəllik etmədin,bu dünyanı bəsirətlə,layiqli bəndələrə iqtida edərək və peyğəmbərlərə tabe olaraq yola verib onu tərk etdin.Allah səni və bizi,peyğəmbər və övliyalarını layiqli bəndələrinin mənzillərində qovuşdursun.
Həqiqətən o,mehribanlıların ən mehribanlısıdır !
Sonra qəbrin baş tərəfində iki rəkət namaz qıldıqda,o,Həzrətə hədiyyə et və de :
Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd.Və la tədə li zənbən.
Allahım ! Muhəmməd və ailə üzvlərinə salam göndər və mənim heç bir günahımı (silinməmiş) saxlama.
Redaktor: Nəcəf