Baş səhifə
Səhlə məscidi | Baxış: 1807 | Tarix: 2013.07.07

 

 

 

  Səhlə məscidi

 

 

Səhlə məscidi fəzilət baxımından arif və aşiqlərin dilində məşhurdur.Fəzilət baxımından Kufə məscidinə yetməsə də,özünəməxsus çoxlu fəzilətləri vardır.bu məscid İdris (ə) və İbrahim (ə)-ın evi,Xızır (ə)-ın qaldığı yer və məskəni olmuşdur.Səhlə məscidində çox peyğəmbərlər namaz qılmışlar.İmam Sadiq (ə)-dan nəql olunur : “ Sanki,görürəm ki,Həzrət Sahibul-Əmr (ə.c) öz ailəsi ilə birlikdə o məscidə gəlir,oranı özünə məskən edir.Hər kəs o məsciddə dayanarsa,sanki,Allahın Rəsulunun (s) xeyməsində dayanmışdır.Səhlə məscidində xalis niyyətlə dua edən şəxsin hacəti yerinə yetirilər.Mələklər gecə-gündüz o məscidi ziyarət edirlər.Səhlə məscidində yerinə yetirilən əməllərdən biri şam və işa namazları arasında iki rəkət namaz qılmaqdır ki,hər qəmli insanın qəmini ondan uzaqlaşdırır.”

Səhlə məscidində iki rəkət “Təhiyyə” namazını qılmaq da müstəhəbdir.Bu məscidi çərşənbə günü ziyarət etmək daha əfzəl və üstündür.

Məscidin bir küncündə şimal-qərb tərəfində İbrahim (ə)-ın evi yerləşmişdir ki,oradan Əmaliqə tayfası ilə vuruşmağa getmişdir.

Səhlə məscidi Kufənin arxa tərəfində şimal-qərb tərəfində, “Cümə” məscidinin iki kilometrliyində yerləşir.

Bu müqəddəs məsciddə bir neçə müqəddəs məkan yerləşir :

1-   İmam Sadiq (ə)-ın məqamı.Həzrət həmin yerdə əyləşər və ibadət edərmiş.İndi həmin yer “İmam Sadiq (ə)-ın məqamı” kimi tanınır və o,Həzrətin şiələri tərəfindən ziyarət edilir.

2-   İbrahim (ə)-ın məqamı.

3-   İdris (ə)-ın məqamı.

4-   Saleh peyğəmbərin hərəmi.

5-   İmam Səccad (ə)-ın məqamı.O,Həzrət həmin yerdə ibadət edərmiş.Ona görə də aşiq şiələr həmin məqamı ziyarət edir,orada ibadət edərlər.

6-   Həzrət Mehdi (ə)-ın məqamı.Bu nurani məkan o,Həzrətin nurlu qədəmlərinə görə onun aşiqlərinin ziyarət və ibadət yerinə çevrilmişdir.

Səhlə məscidində oxunan dua

Bismillahi və billahi və minəllahi iləllahi və ma şaəllahu və xəyrul-əsmai lillahi.Təvəkkəltu ələllahi və la həvlə və la qüvvətə illa billahil-əliyyil-əzim.Allahumməcəlni min umarri məsacidikəvə buyutikə.Allahummə inni ətəvəccəhu iləykə bi Muhəmmədin və Ali Muhəmmədin və uqəddimuhum bəynə yədəy həvaici.Fəcəlni Allahummə bihim indəkə vəcihən fid-dünya vəl-axirəti və minəl-müqərrəbinə.Allahumməcəl səlati bihim məqbulətən və zənbi bihim mğfurən və rizqi bihim məbsutən və duai bihim müstəcabən və həvaici bihim məqziyyətən.Vənzur ələyyə bi vəchikəl-kərimi nəzrətən rəhimətən əstəvcibu bihəl-kəramətə indəkə,summə la təsrifhu ənni əbədən bi rəhmətikə ya ərhəmər-rahimin.Ya muqəllibən-qulubi vəl-əbsari,sabbit qəlbi əla dinikə və dini nəbiyyikə və vəliyyikə və la tuziğ qəlbi bədə iz hədəytəni və həb li min lədunkə rəhmətən, innəkə əntəl-vəhhab.Allahummə ileykə təvəccəhtu və mərzatəkə tələbtu və səvabəkə ibtəğəytu və bikə aməntu və əleykə təvəkkəltu.Allahummə fəqbil bivəchikə iləyyə,fə əqbil bivəchi iləykə.

 

Allahın adıyla,Allahın köməyi ilə,Allah tərəfindən,Allaha tərəf,Allahın istəyilə ! Bütün gözəl adlar Allaha məxsusdur.Allaha təvəkkül etdim və heç kəsin uca və böyük Allahın vasitəçiliyi olmadan güc və qüdrəti yoxdur.

Allahım ! Məni öz məscidlərinin və evlərinin təmirçilərindən et.Allahım,mən Muhəmməd və onun Əhli-beyti ilə sənin dərgahına üz tutur.onları öz ehtiyaclarımın qabağına keçirirəm,məni dünya və axirətdə onların vasitəsilə abrumənd və özünə yaxın olan bəndələrdən qərar ver.Allahım,namazlarımı onlara xatir qəbul et,günahlarımı bağışla,ruzimi artır,dualarımı qəbul et və ehtiyaclarımı onların ehtiramına ödə.Mənə özünün kərim baxışınla mərhəmətlə nəzər et ki,sənin yanında kəramətə layiq olum və öz rəhmətinlə heç vaxt o,baxışını məndən aralama,ey mərhəmətlilərin ən rəhmlisi ! Ey qəlbləri və gözləri çevirən,məni hidayət edəndən sonra qəlbimi (bu hidayətdə) sabit et,mənə öz rəhmətindən hədiyyə et,ey hədiyyə edən !

 

Sonra “Ayətəl-kürsi”ni “Fələq” və “ən-Nas” surələrini oxu,yeddi dəfə “Sübhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər” de.Sonra belə de :

 

Allahummə ləkəl-həmdu əla ma hədəytəni və ləkəl-həmdu əla ma fəzzəltəni və ləkə-həmdu əla ma şərrəftəni və ləkəl-həmdu əla kulli bəlain həsənin ibtələytəni.Allahummə təqəbbəl sələvati və duai və təhhir qəlbi vəşhər li sədri və tub ələyyə,innəkə əntət-təvvabur-rəhim !

 AllahımMəni hidayət etdiyinə,fəzilət və şərəf verdiyinə,gözəl bəlalarla imtahan etdiyinə görə sənə həmd olsun.Allahım !Namazımı və duamı qəbul et,qəlbimi paklaşdır,sinəmi aç və tövbəmi qəbul et.Həqiqətən sən tövbələri qəbul edən və mərhəmətlisən !

 

  Redaktor: Nəcəf