Müslim ibn Əqilin iki övladı
Fərat çayının sahilində Müsəyyəb adlı məntəqədə Müslim ibn Əqilin iki övladının –Muhəmməd və İbrahimin gözəl,nurani hərəm və zərihləri yerləşir ki,hər bir şiənin qəlbini hüzn və kədərlə doldurur.Çünki,Həzrət Müslim (ə) İmam Hüseyn (ə)-ın səfiri olmaqla,vəzifəsini yerinə yetirəndən sonra Zəhra balasının yolunda şəhid oldu.Hətta,iki övladı da Kərbəla hadisəsində tutulub Ubeydullahın zindanına atıldı.Onlar bir qoca şiə olan zindan gözətçisinin vasitəsilə azad olsalar da,sonradan Harisin əlinə düşüb şəhid edildilər.