Dörd şəhərdən biri Kufə
Kufə məscidinin xüsusi müqəddəsliyi vardır.Hədislərdə deyilir ki,min peyğəmbər vəsisi orada namaz qılmışdır.Hədislərin bəzisində vurğulanır ki,Kufə məscidi “Əqsa” (Beytul-müqəddəs) məscidindən üstündür.
İmam Baqir (ə)-dan rəvayət edilir ki : “İnsanlar Kufə məscidində nə qədər savabın olduğunu bilsəydilər,ziyarət və ibadət üçün hamı o məscidə tərəf hərəkət edərdi.”
İmam Baqir (ə)-dan nəql olunan digər bir hədisdə deyilir : “Kufə” məscidində qılınan vacib və müstəhəb namazların savabıAllahın Rəsulu (s) ilə birlikdə yerinə yetirilən qəbul olunmuş həcc və ümrə əməllərinin savabına bərabərdir.”
Digər rəvayətdə o həzrətdən nəql edilir ki,Kufə məscidində qılınan vacib namaz qəbul olunmuş həcc dərəcəsində,müstəhəb namaz isə qəbul olunmuş ümrə dərəcəsindədir.Kufə məscidində qılınan bir namazın savabı başqa yerlərdəki adi məscidlərdəqılınan min namazın savabına bərabərdir.İnsan bu məsciddə ixtiyar sahibidir.İstər namazlarını qəsr qılar,istərsə bütöv.
Kufə məscidində verilən bir dirhəm sədəqənin savabı yüz dirhəm sədəqənin savabına,iki rəkət namazın savabı isə iki yüz namazın savabına bərabərdir.
Şeyx Kuleyni öz ustadlarından,onlar da İmam Sadiq (ə)-dan nəql edirlər ki,o Həzrət buyurdu : “Əgər mən də sənin kimi Kufə məscidinin yaxınlığında yaşasaydım,həmişə namazlarımı orada qılardım.Elə bir peyğəmbər yoxdur ki,o məsciddə namaz qılmasın.Merac gecəsi Allahın Rəsulu (s) icazə alaraq həmin məsciddə iki rəkət namaz qılmışdır.Məscidin sağ tərəfi behişt bağlarından biridir.Məscidlə onun arxa tərəfi arasında da behişt bağlarından biri yerləşir.Kufə məscidində zikr və duaya məşğul olmadan belə əyləşmək ibadət hesab olunur.”
Rəvayətlərdən anlaşılır ki,bu məscidin sağ tərəfi sol tərəfindən əfzəl və üstündür.
Kufə məscidinin əməlləri
“Misbahüz-zair” və başqa kitablarda qeyd edilir ki,Kufə şəhərinə daxil olduqda de :
Bismillahi və billahi və fi səbilillahi və əla milləti Rəsulillahi səlləllahu əleyhi və alih.Allahummə ənzilni münzələn mübarəkən və əntə xeyrul-münzilin.
Allahın adıyla,Allahın Allahlığıyla,Allahın yolunda,onun elçisinin qayda-qanunlarıyla !
Allahım ! Məni mübarək bir mənzilə (yerə) varid et.Həqiqətən,sən varid edənlərin ən yaxşısısan !
Sonra Kufə məscidinə tərəf hərəkət et və dilində bu zikri de :
Allahu əkbər və la illəllahu vəl-həmdu lillahi və sübhanəllahi.
Allah ən böyükdür,Allahdan başqa tanrı yoxdur,həmd (tərif) Allaha məxsusdur və Allah bütün naqisliklərdən uzaqdır !
Məscidin qapısına yetişdikdə dayan və de :
Əssəlamu əla seyyidina Rəsulillahi Muhəmməd ibn Əbdillahi və Alihit-tahirin.Əssəlamu əla Əmiril-muminin Əli ibn Əbu Talib və rəhmətullahi və bəərkatuhu və əla məcalisihi və məşahidihi və məqami hikmətihi və asari abaihi Adəmə və Nuhin və İbrahimə və İsmailə və tibyani bəyyinətihi.Əssəlamu ələl-imamil-həkimil-ədlis-siddiqil-əkbəri əl-faruqi bil-qisti əlləzi fərrəqəllahu bihi bəynəl-həqqi vəl-batili vəl-küfri vəl-imani vəş-şirki vət-tovhidi,li yəhlikə mən hələkə ən bəyyinətil və yəhya mən həyyə ən bəyyinətin.Əşhədu ənnəkə Əmirul-muminin və xassətu nəfsil-müntəcəbin və zeynus-siddiqin və sabirul-mümtəhənin.Və ənnəkə həkəmullahi fi ərzihi və qazi əmrihi və babu hikmətihi aqidu əhdihi vən-natiqi bi vədihi vəl-həblul-movsul bəynəhu və bəynə ibadihi və kəhfun-nəcati və minhacut-tuqa vəd-dərəcətul-ülya və mühəyminul-qazil-əla.Ya Əmirəl-muminin,bikə ətəq-ərrəbu iləllahi zülfa.Əntə vəliyyi və seyyidi və vəsiləti fid-dünya vəl-axirəti.
Salam olsun ağamız Allahın Rəsulu-Muhəmməd ibn Əbdullaha və onun pak ailə üzvlərinə !
Salam olsun Əmirəl-möminin Əli ibn Əbu Talibə !
Allahın rəhmət və bərəkəti ona olsun !
Onun oturduğu yerlərə,hazır olduğu məkanlara,hikmət məqamına,atası Adəmin,Nuhun,İbrahimin,İsmayılın nişanələrinə və dəlillərinə bəyanına salam,rəhmət və bərəkət olsun !
Salam olsun hikmətli imama,ədalətli və böyük doğruya,ədalətlə ayırd edənə !
O,ədalət ki,Allah haqqı batildən,küfrü imandan,müşrikliyi təkallahlıqdan onun vasitəsilə ayırmışdır ki,həlak olan da dəlil üzündən,diri də dəlil üzündən diri qalsın.
Şəhadət verirəm ki,sən möminlərin əmiri,seçilmişlərin canının xüsusi mənusu,doğruların zinəti,imtahan olunanların səbr edənisən.Şəhadət verirəm ki,sən Allahın yer üzündəki hakimi,onun işlərini əda edən,hikmətinin qapısı,əhdinin düyün vuranı,onun vədəsini (camaata) deyən,onunla bəndələrinin arasında bağlayıcı ip,nicat qalası,təqva yolu,ali dərəcəli və böyük qazinin şahidisən.
Ey Əmirəl-möminin ! Sənin vasitənlə Allaha yaxınlaşıram.Sən mənim dünya və axirətdə vəlim,ağam və vasitəmsən !
Sonra məscidə daxil ol.Yaxşı olar ki,məscidin arxa qapısından - “Babul-fil” kimi tanınan qapıdan daxil ol və de :
Allahu əkbər,Allahu əkbər,Allahu əkbər ! Haza məqamul-aizi billahi və bi Muhəmmədin həbibillah səlləllahu əleyhi və Alihi və bi vilayəti Əmiril-muminin vəl-əimmətil-məhdiyyin əs-sadiqin ən-natiqin ər-raşidin əlləzinə əzhəbəllahu ənhumur-ricsə və təhhərəhum təthirən.Rəziytu bihim əimmətən və hüdatən və məvaliyyə,səlləmtu li əmrillahi,la uşriku bihi şəyən və la əttəxizu məəllahi vəliyyən,kəzəbəl-adilunəbillahi və zəllu zəlalən bəidən.Həsbiyəllah və əvliyaullahi.Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu səlləllahu əleyhi və Alihi və ənnə Əliyyən vəl-əimmətəl-məhdiyyin min zürriyyətihi əleyhimus-səlam əvliyai hüccətullahi əla xəlqihi.
Allah ən böyükdür,Allah ən böyükdür,Allah ən böyükdür !!! Bu,Allaha pənah aparanların məqamıdır.
Muhəmmədin-Allahın dostunun (ona və ailə üzvlərinə Allahın rəhməti olsun),Əmirəl-möminin vilayətinə,hidayət olunmuş,doğru danışan,natiq,rəşid imamların-hansı ki,Allah onlardan çirkinlikləri aparmış və onları təmizləmişdir-imamlığına,hidayət edən və mövlalıqlarına razı oldum.
Allahın əmrinə təslim olur,ona heç bir şərik qoşmuram və Allahdan başqa bir qəyyum seçmirəm.Şərik qoşanlar Allaha yalan dedilər və böyük azğımlığa düçar oldular.Allah və onun vəliləri mənə kifayət edər.
Şəhadət verirəm ki,Allahdan başqa tanrı yoxdur,təkdir,şəriksizdir.Və şəhadət verirəm ki,Muhəmməd onun qulu və elçisidir (Allahın salavat və salamı ona və ailəsinə olsun).Şəhadət verirəm ki,Əli və onun övladları olan hidayət olunmuş imamlar (ə.s) mənim qəyyumlarım,Allahın öz bəndələrinə höccətləridir.
Sonra Həzrət İbrahim (ə) sütununun yanına gedib dörd rəkət-iki rəkət “Həmd” və “İxlas” surələriylə,digər iki rəkət isə “Həmd” və “Qədr” surələri olmaq şərtilə namaz qıl.Namazı qılıb qurtarandan sonra Həzrət Zəhra (s.ə) təsbihini et və de :
Əssəlamu əla ibadillahis-salihin ər-raşidin əlləzinə əzhəbəllahu ənhumur-ricsə və təhhərəhum təthirən və cəələhum ənbiyaə mürsəlin və hüccətən ələl-xəlqi əcməin.Və səlamun ələl-mürsəlin vəl-həmdu lillah Rəbbil-aləmin.Zalikə təqdirul-əzizil-əlim.
Allahın saleh əməlli və doğru yolda olan bəndələrinə salam olsun ! O bəndələrə ki,Allah onlardan çirkinlikləri aparmış və onları paklaşdırmış, mürsəl peyğəmbərlər,məxluqların hamısına höccət etmişdir.Salam olsun elçilərə ! Və həmd yalnız aləmlərin rəbbi olan Allah üçündür.Bu,əziz və elm sahibi olan (Allahın təqdiridir) !
Əli (ə)-ın mehrabı
Kufə məscidinin mehrabı insanların yadına tarixin yeganə məzlumu olan Əli (ə)-ın həyatının siyasi və ibadi tərəflərinin acıvə şirin xatirələrini salır.Məhz bu müqəddəs məkamda bəşəriyyətin ən səxavətli şəxsi özünün sərv qaməti ilə ibadətə durar,Kufə camaatı da o ucaboylunun arxasında namaz qılıb,onun mirvari kimi parıldayan nurani göz yaşlarını müşahidə edərdi.Ramazan ayının 19-cu gecəsi həmin camaat alçaqların ən alçağı olan şəxsin şəmşirinin parıltısını da gördülər,mehrabdan ucalan :
“And olsun Kəbənin Rəbbinə,mən feyzə çatdım.”nidasını da eşitdilər.Məscidin mehrabı həzrətin qanı ilə boyandı.
Məscidin yeni və çox da gözəl rekanstruksiyasında Əli (ə)-ın mehrabı öz yerində saxlanılmış.zəvvarlar bu müqəddəs məkanı ziyarət edirlər.
Həzrəti Əli (ə)-ın mehrabının əməlləri
Kufə məscidinin mehrabında iki rəkət namaz qılmaq və ondan sonra bu duanı oxumaq arzu olunan əməldir :
Ya mən əzhərəl-cəmilə və sətərəl-qəbihə,ya mən ləm yuaxiz bil-cərirəti və ləm yəhtikis-sitrə vəs-sərirətə,ya əziməl-əfvi,ya həsənət-təcavüzi,ya vasiəl-məğfirəti,ya basitəl-yədeyni bir-rəhməti,ya sahibə kulli nəcva,ya əzimər-rəcai,ya seyyidi,səlli əla Muhəmmədin və Ali Muhəmmədin vəfəl bi ma əntə əlhuhu, ya kərim !
Ey gözəllikləri arzu edib,pislikləri gizlədən !
Ey aşkarcasına cəzalandırmayan və eybləri açmayan !
Ey böyük əfv sahibi və ən yaxşı bağışlayan !
Ey geniş məğfirətli və əllərini rəhmətə açan !
Ey bütün gizli gözlər sahibi,hər şikayətin sonlandığı məqam !
Ey göz yuman böyük,ey böyük ümid,ey ağam !
Muhəmməd və onun ailə üzvlərinə salam göndər və mənimlə öz layiq olduğun səviyyədə davran.
Dəkkətul-Qəza
Dəkkətul-qəza Kufə məscidinin bir yeridir ki,Əli (ə) onun üzərində əyləşib hökm çıxarardı.Orada kiçik bir sütun da olub ki,üzərində bu ayə yazılıbmış : “Allah,ədalət və yaxşılığa əmr edir !”
Beytut-Təşt
Bir qız suya girmiş və nəticədə qarnına bir zəli girmişdir.Zəli orada yavaş-yavaş böyümüşdür.Qızın qardaşları da elə güman edirlər ki,o,hamilədir.Qızı Əli (ə)-ın yanına aparırlar.Əli (ə0 əmr edir ki,şəhərin mama həkimi məscidin pərdəsinin arxa tərəfində o qızı müayinə etsin.Mama həkimi müayinə apardıqdan sonra xəbər verir ki,qız həm hamilədir,həm də bakirə.Həzrət lil torpaqla dolu bir teştin gətirilməsinə və qızın onun içində oturdulmasına əmr edir.Qız teştin içində oturduqdan sonra zəli onun qarnından çıxır və həqiqət hamıya bəlli olur.
Bəziləri deyirlər ki,Əli (ə) əlini uzatdı və Allahın izni ilə Dəməşqin dağlarından qar götürüb teştin içində lilə çevirdi və zəli lilin iyinə görə qızın qarnından çıxdı.
İbrahim (ə) və Xızır (ə)-ın məqamları
İbrahim-Xəlil (ə) və Xızır (ə)-ın məqamları Kufə məscidinin müqəddəsliyini artıran məqamlardandır.O,müqəddəs məqamlarda çoxlu müstəhəb namazlar tövsiyə edilmişdir.
“Merac dəkkəsi” və “Namaz sütunu”
Kufə məscidinin içində “Dəkkə meracı” adlanan bir yer var.Onun yaxınlığında da kiçik bir sütuna oxşayan bir yer var ki, “Namaz sütunu” adlanır.
Həmçinin,Adəm(ə)-ın,Nuh (ə)-ın,İmam Zeynul-abidin (ə)-ın məqamları,İmam Sadiq (ə)-ın dəkkəsi,müstəhəb və gecə namazları qılınan yer,Muhəmməd ibn Muxtar və İmam Cəfər Sadiq (ə)-ın saxlandığı zindan da bu məscidin müqəddəs məkanlarındandır ki,peyğəmbər və imamların aşiqlərini görmək və ziyarət etmək,təbərrük götürmək istədikləri məkanlardandır.
Redaktor: Nəcəf