Baş səhifə
Nəcəfdəki Vadis-Səlam qəbirstanlığı | Baxış: 995 | Tarix: 2013.07.07

 

 

Nəcəfdəki Vadis-Səlam qəbirstanlığı

 “Biharul-ənvar” və “İrşadul-qulub” kitablarında yazılır ki,Əli (ə) Kufənin arxa tərəfinə (Nəcəfə) baxıb dedi : “O,torpağın xüsusiyyəti budur ki,qəbirlər ölüləri sıxmaz,qəbir sorğu-sualından amanda olarlar.”

Başqa bir rəvayətdə deyilir ki,Əli (ə) Kufənin arxa tərəfinə - Vadis-Səlama baxıb dedi : “Səni görmək çox xoşdur.”

“Cəvahir” kitabının müəlifi yazır : “Ustadlarımdan biri Miqdad (r.ə)-dən belə nəql edir ki,xeyli sayda hədis varid olub ki,imamların şərəfli qübbələrində dəfn olunmaq qəbir sorğu-sualını və əzabını uzaqlaşdırar.”

Rəvayət edilib ki,Həzrət Adəm (ə) və Həzrət Nuh (ə) kimi peyğəmbərlərin sümükləri Vadis-Səlama köçürülmüşdür.Həmçinin,Həzrət Hud (ə) və Həzrət Saleh (ə)-da Vadis-Səlamda dəfn edilmiş,orada ziyarətgahları mövcuddur.

Rəvayətlərdən anlaşılır ki,Vadis-Səlamda basdırılan hər bir möminin ruhu digər pak ruhlara qovuşar.Vadis-Səlam qəbirstanlığı Əli (ə)-ın ziyarətgahından azca aralı yerləşir ki,bu da onun əzəmət və müqəddəsliyini artırır.

Redaktor: Nəcəf