Baş səhifə
İmam Zaman (ə)-ın anası Həzrət Nərcisin ziyarətnaməsi | Baxış: 1101 | Tarix: 2013.07.07

 

 

 

İmam Zaman (ə)-ın anası Həzrət Nərcisin ziyarətnaməsi

İmam  Əskəri (ə)-ı ziyarət etdikdən sonra dünya və axirət mələyi olan Həzrət Nərcisi aşağıdakı şəkildə ziyarət et :

 Əssəlamu əla Rəsulillahi səlləllahu əleyhi və alihis-sadiqil-əmin.Əssəlamu əla mövlana Əmiril-muminin.Əssəlamu ələl-əimmətit-tahirinəl-hücəcil-məyamin.Əssəlamu əla validətil-imami vəl-mudəəti əsrarəl-məlikil-əllami vəl-hamiləti li əşrəfil-ənami.Əssəlamu əleyki ya şəbihətə ümmi Musa və ibnətə həvariyyi İsa.Əssəlamu əleyki əyyətuhət-təqiyyətun-nəqiyyə.Əssəlamu əleyki əyyətuhəl-mənutətu fil-İncilil-məxtubətu min ruhillahil-əmin və mən rəğibə fi vüslətiha Muhəmmədun seyyidul-mürsəlin vəl-mustəvdəətu əsrarə Rəbbil-aləmin.Əssəlamu əleyki və əla abaikəl-həvariyyin.Əssəlamu əleyki və əla bəliki və vəlidikə.Əssəlamu əleyki və əla ruhiki və bətnikit-tahari.Əşhədu ənnəki əhsəntil-kifalətə və əddəytil-əmanətə və ictəhədti fi mərzatillah və səbərti fi zatillah və həfizti sirrəllah və həməlti vəliyyəllah və baləğti fi hifzi hüccətillah və rəğibti fi vüsləti əbnai Rəsulillah arifətən bi həqqihim,muminətənbi sidqihim,mutərifətən bi mənzilətihim,müstəbsirətən bi əmrihim,müşfiqətən əleyhim,musirətən həvahum.Və əşhədu ənnəki məzəytə əla bəsirətin min əmrikə,muqtədiyətən bis-salihin,raziyətən mərziyyətən təqiyyətən nəqiyyətən zəkiyyətən,fə rəziyəllahu ənki və ərzaki və cəələl-cənnətə mənziləki və məvaki.Fə ləqəd əvlaki minəl-xəyrati ma əvlaki və ətaki minəş-şərəfi ma bihi əğnaki fə hənnakillahu bima mənəhəki minəl-kəraməti və əmrəki.

 

Salam olsun sadiq və əmin insan olan Allah Rəsuluna (Allahın salamı və rəhməti ona olsun)!

Salam olsun mövlamız Əmirəl-mömininə !

Salam olsun mübarək hüccətlər olan pak imamlara !

Salam olsun çox bilikli padşahın (Allahın) sirlərinin əmin məhəlli və məxluqatın ən şərafətlisini daşıyan imam anasına !

Salam olsun sənə,ey doğru və razı qalmış xanım !

Salam olsun sənə,ey Musanın anası və İsanın həvarilərinin qızına oxşayan xanım !

Salam olsun sənə,ey pəhrizkar və eybsiz xanım !

Salam olsun sənə,ey Allahın hökmünə razı olan və bəyənilmiş xanım !

Salam olsun sənə,ey İncildə tərif olunan,Ruhullah-Əmindən (İsadan) istənilən və peyğəmbərlərin sərvəri olan Muhəmməd (s)-in bəyəndiyi,aləmlərin Rəbbinin sirlərini daşıyan xanım !

Salam olsun sənə və sənin həvari atalarına !

Salam olsun sənə və sənin ərinə və oğluna !

Salam olsun sənə və sənin pak ruh və bədəninə !

Şəhadət verirəm ki,həqiqətən sən yaxşı analıq etdin,əmanəti əda etdin.Allahın razılığını razılığını qazanmaq üçün çalışdın və Allaha görə səbr etdin.Allahın sirrini qoruyub,onun vəlisini (bətnində) daşıdın.Allahın hüccətini qorumaq üçün çox çalışdın və Allah rəsulunun övladlarıyla qohum olmağa göstərdin.Sən bunlarla onların haqqını tanıyaraq,doğruluqlarına inanaraq,dərəcələrini etiraf edərək,işlərindən agah olaraq,onlara şəfqətli olub başqalarından daha çox sevərək edirdin.Şəhadət verirəm ki,dünyadan agahlıqla köçdün,saleh əməllilərdən nümunə götürdün,razı qalan,razı qalınmış,pəhrizkarlıq,eyibsizlik və pklıqla işlərini başa vurdun.Allah səndən razı qalsın və səni razı etsin,cənnəti də sənə məkan qərarlaşdırsın.O,səni layiq olduğun bütün yaxşılıqlara layiq etdi və sənə bəs edəcək qədər şərafət verdi.Allah sənə verdiyi kəraməti sənə halal və faydalı etdi.

 

Sonra başını yuxarı qaldırıb de :

 

Allahummə iyyakə itəmədtu və li rizakə tələbtu və bi övliyaikə ileykə təvəssəltu və əla ğufranikə və hilmikə ittəkəltu və bikə itəsəmtu və bi qəbri ümmi vəliyyikə lüztü.fə səlli əla Muhəmmmədin və Ali Muhəmmədin,vənfəni bi ziyarətiha və səbbitni əla məhəbbətiha və la təhrimni şəfaətəha və şəfaətə vələdiha vərzuqni murafəqətəha vəhşurni məəha və məə vələdiha kəma vəqəftəni li ziyarəti vələdiha və ziyarətiha.Allahummə inni ətəvəccəhu ileykə bil-əimmətit-tahirin və ətəvəssəlu ileykə bil-hücəcil-məyamin min Ali Taha və Yasin,ən tusəliyyə əla Muhəmmədin və Ali Muhəmmədit-təyyibin və ən təcələni minəlmütməinninəl-faizinəl-fərihinəl-müstəbşirinəl-ləzinə la xofun əleyhim və la hum yəhzənun.Vəcəlni mimmən qəbiltə səyəhu və yəssərtə əmrəhu və kəşəftə zürrəhu və aməntə xofəhu.Allahummə bi həqqi Muhəmmədin və Ali Muhəmmədin Muhəmmədin səlli əla Muhəmmədin və Ali Muhəmmmədin Muhəmməd və la təcəlhu axirəl-əhdi min ziyarəti iyyahavərzuqnil-ovdə ileyha əbədə ma əbqəytəni və iza təvəffəytəni fəhşurni fi zümrətiha və ədxilni fi şəfaəti vələdiha və şəfaətiha vəğfir li və li valideyyə və lil-muminin vəl-muminat və atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina bi rəhmətikə əzabən-nar.Vəs-səlamu əleykum ya sadati və rəhmətullahi və bərəkatuhu !

 

Allahım sənə etimad etdim,razılığını istədim,dostlarınla sənə təvəssül etdim,əfv və helminə arxayinlaşdım,səni özümə pənah bildim,dostunun anasının qəbrinə təvəssül edirəm.(Elə isə) Muhəmməd və onun ailə üzvlərinə salam göndər və bu xanımın ziyarətində mənə mənfəət ver,məni ona olan məhəbbətimdə sabit et,özünün və oğlunun şəfaətindən məni məhrum etmə.Ona (cənnətdə) qonşu olmağı,onunla və oğluyla həşrə gəlməyi mənə nəsib et,necə ki,özünün və oğlunun ziyarətini nəsib etmisən.

Allahım ! Taha və Yasin (peyğəmbərin adlarıdır) ailəsindənolan pak imamlar və bərəkətli hüccətlər vasitəsilə sənə üz tutur və səndən istəyirəm ki,pak olan Muhəmməd və onun ailə üzvlərinə salam göndərəsən,məni də rahat olan,düz,şad və müjdələnən bəndələrdən qərar verəsən.O,bəndələr ki,onlara heç bir qorxu yoxdur,onlar heç vaxt kədərlənməzlər.Məni çalışmalarını qəbul etdiyin,işini asanlaşdırdığın,çətinliyini aradan qaldırdığını və qorxusunun olmadığı bəndələrdən et.

Allahım ! Muhəmməd və ailə üzvlərinin haqq ehtiramına Muhəmməd və ailə üzvlərinə salam göndər və bu xanımı ziyarət etməyimi axırıncı ziyarətim etmə.Dünyada məni yaşatdıqca yenidən gəlib xanımı ziyarət etməyi mənə nəsib et.Vəfat etdiyimdə,məni onun zümrəsində məhşər ayağına gətir.Məni həm onun,həm də övladının şəfaətinə daxil et.Məni,valideynlərimi,mömin kişi və qadınları bağışla.Həm bu dünyada,həm də axirətdə bizə yaxşılıqlar et və bizi öz mərhəmətinlə cəhənnəm əzabından qoru.

Salam olsun sizlərə,ey ağalarım,Allahın rəhmət və bərəkəti sizə olsun !

Redaktor: Nəcəf