Baş səhifə
İmam Həsən Əskəri (ə)-ın ziyarətnaməsi | Baxış: 2431 | Tarix: 2013.07.07

 

 

 

İmam Həsən Əskəri (ə)-ın ziyarətnaməsi

 İmam Əskəri (ə)-ı ziyarət etmək istədikdə onun atasını ziyarət edərkən yerinə yetirdiyin bütün qaydaları həyata keçirt.Sonra həzrətin zirehinə yaxınlaş və de :

 

Əssəlamu əleykə ya mövlayə ya Əba Muhəmməd Həsən ibn Əli əl-hadiyəl-muhtədi və rəhmətullahi və bərəkatuh.Əssəlamu əleykə ya vəliyyəllahi vəbnə əvliyaihi.Əssəlamu əleykə yahüccətəllahi vəbnə hüccətih.Əssəlamu əleykə ya səfiyəllahi vəbnə əsfiyaihi.Əssəlamu əleykə ya xəlifətəllahi vəbnə xuləfaihi.Əssəlamu əleykə yəbnə seyyidil-vəsiyyin.Əssəlamu əleykə yəbnə Əmirəl-muminin.Əssəlamu əleykə yəbnə seyyidəti nisail-aləmin.Əssəlamu əleykə yəbnə əimmətil-hadin.Əssəlamu əleykə yəbnə əvsiyair-raşidin.Əssəlamu əleykə ya imaməl-faizin.Əssəlamu əleykə ya rüknəl-muminin.Əssəlamu əleykə ya fərəcəl-məhlufin.Əssəlamu əleykə ya varisəl-ənbiyail-müntəcəbin.Əssəlamu əleykə ya xazinə elmi vəsiyyi Rəsulillah.Əssəlamu əleykə əyyuhəd-dai bi hukmillah.Əssəlamu əleykə ya əyyuhən-natiqu bi kitabillah.Əssəlamu əleykə ya hüccətəl-hücəc.Əssəlamu əleykə ya hadiyəl-üməm.Əssəlamu əleykə ya vəliyyən-niəm.Əssəlamu əleykə ya əybətəl-elm.Əssəlamu əleykə ya səfinətəl-helm.Əssəlamu əleykə ya əbəl-imamil-müntəzər əz zahirəti lil-aqili hüccətuh vəs-sabitəti fil-yəqini mərifətuh əl-muhtəcəbi ən əyuniz-zalimin vəl-muğəyyəbi ən dövlətil-fasiqin vəl-muidi Rəbbuna bihil-İslamə cədidən bədəl-intimas vəl-Quranə ğəzzən bədəl-indirasi.Əşhədu ya mövlayə,ənnəkə əqəmtəs-səlatə və atəytəz-zəkatə və əmərtə bil-məruf və nəhəytə ənil-münkər dəəvtə ila səbili Rəbbikə bil-hikməti vəl-moizətil-həsənəti.Və əbədtəllahə muxlisən hətta ətakəl-yəqin.Əsəlullahə biş-şənil-ləzi ləkum indəhu ən yətəqəbbələ ziyarəti ləkum və yəşkurə səyi iləykum və yəstəcibə duai bikum və yəcələni min ənsaril-həqq və ətbaihi və əşyaihi və məvalihi və muhibbihi.Vəssalamu əleykə və rəhmətullahi və bərəkatuh.

 

Salam olsun sənə ey mövlam,ey hidayət edən və hidayət olunmuş Əbu Muhəmməd Həsən ibn Əli,Allahın rəhmət və bərəkəti sənə olsun !

Salam olsun sənə,ey Allahın dostu və dostunun oğlu !

Salam olsun sənə,ey Allahın hüccəti və hüccətinin oğlu!

Salam olsun sənə,ey seçilmiş və seçilmişlərin oğlu !

Salam olsun sənə,ey Allahın xəlifəsi və xəlifələrinin oğlu və xəlifə atası !

Salam olsun sənə,ey sonuncu peyğəmbərin oğlu !

Salam olsun sənə,ey övsiyalar ağasının oğlu !

Salam olsun sənə,ey Əmirəl-mömininin oğlu !

Salam olsun sənə,ey dünya xanımlarının ağasının oğlu!

Salam olsun sənə,ey hidayət edən imamların oğlu !

Salam olsun sənə,ey raşid övsiyalarının oğlu !

Salam olsun sənə,ey pəhrizkarların isməti !

Salam olsun sənə,ey doğru olanların imamı !

Salam olsun sənə,ey möminlərin sütunu !

Salam olsun sənə,ey qəmə batmışların çıxış yolu !

Salam olsun sənə,ey seçilmiş peyğəmbərlərin varisi !

Salam olsun sənə,ey Allahın rəsulunun vəsisinin elminin xəzinədarı !

Salam olsun sənə,ey Allahın hökmünə dəvət edən !

Salam olsun sənə,ey Allah kitabının (həqiqi) natiqi !

Salam olsun sənə,ey hüccətlərin hüccəti !

Salam olsun sənə ey ümmətlərin yol göstərəni !

Salam olsun sənə,ey nemətlərin sahibi !

Salam olsun sənə,ey elm xəzinəsi !

Salam olsun sənə,ey helm gəmisi !

Salam olsun sənə,ey gözlənilən imamın atası !

O imam ki,onun dəlili aqil insanlar üçün zahir,tanınması yəqin meydanında sabitdir.Zalimlərin gözlərindən gizli,fasiqlərin əlindən pünhandır.Rəbbimiz onun vasitəsilə məhv olan İslamı yenidən dirildər,Quranı köhnəlməkdən çıxarar.

Ey mövlam ! Şəhadət verirəm ki,həqiqətən sən (həqiqi) namaz qıldın,zəkat verdin,yaxşılıqlara əmr edib,pisliklərdən çəkindirdin.,öz Rəbbinin yoluna hikmət və gözəl nəsihətlə dəvət etdi,dünyadan köçənə qədər Allaha səmimi şəkildə ibadət etdin.Allahdan istəyirəm ki,sizin onun yanındakı ehtiramı xatirinə sizi ziyarət etməyimi dərgahında qəbul etsin,sizin yolunda etdiyim səyləri dəyərləndirsin,dualarımı sizə xatir qəbul etsin və məni haqqın köməkçilərindən,ardıcıllarından,müridlərindən,dostlarından və sevənlərindən etsin.Allahın salamı,rəhməti və bərəkəti sənə olsun !

 

Sonra zirehi öp və hər iki yanağını onun üzərinə qoyub de :

Allahummə səlli əla seyyidina Muhəmmədin və Əhli beytihi.Və səlli ələl-həsən ibn Əli əl-Hadi ila dinik vəd- dai ila səbilik ələmil-huda və mənarit-tuqa və mədinil-hica və məvan-nuha və ğeysil-vəra və səhabil-hikməti və bəhril-moizəti və varisəl-əimməti vəş-şəhidi ələl-ümmətil-məsumil-muhəz-zəbil vəl-fazilil-muqərrəbi vəl-mütəhhəri minər-ricsil-ləzi vərrəstəhu elməl-kitabi və əlhəmtəhu fəsləl-xitabi və nəsəbtəhu ələmən li əhli qiblətikə vəqərəntə taətəhu bi taətikə və fərəztə məvəddətəhu əla cəmii xəlifətikə.Allahummə fə kəma ənabə bi hüsnil-ixlasi fi tovhidikə və ərda mən xazə təşbihikə və hama ən əhlil-imani bikə,fə səlli ya Rəbbi əleyhi səlatən yəlhəqu biha məhəlləl-xaşiin və yəlu fil-cənnəti bi dərəcəti cəddihi xatəmin-nəbiyyin və bəlliğhu minna təhiyyətən və səlamən və atina min lədunkə fi muvalatihi fəzlən və ihsanən və məğfirətən və rizvanən.İnnəkə zu fəzlin əzimin və mənnin cəsimin.

 

Allahım ! Ağamız Muhəmməd və onun ailə üzvlərinə,həmçinin (insanları) sənin dininə yönəldən,sənin yoluna çağıran,hidayət bayrağı,pəhrizkarlıq əlaməti,ağıl mənbəyi,dərrakə məskəni,inayət yağışı,hikmət buludu,nəsihət dənizi,imamların varisi,ümmətin şahidi,məsum və pak,üstün və Allaha yaxın,həmçinin çirkinliklərdən tamamilə təmiz olan Həsən ibn Əliyə salam göndər.Hansı ki,ona Quran elmini öyrətmiş,haqqı batildən ayırmağı ilham etmiş,onu qiblə əhli üçün bayraq etmiş,ona itaət etməyi də özünə itaət kimi lazım bilmiş,onu sevməyi bütün yaratdıqlarına vacib etmisən.

Allahım ! O,həzrət təkallahlıqda olduqca səmimi olmasına,səni sənin yaratdıqlarına bənzədənləriməhv etdiyinə,sənə iman gətirənləri himayə etdiyinə görə,sən də ey Rəbb,ona elə bir salam göndər ki,sənin qabağında baş əyənlərə qovuşsun,cənnətdə babası sonuncu peyğəmbərin dərəcəsinə yetişsin.Biz tərəfdən ona salam göndər və öz tərəfindən onu sevdiyimizə görə fəzl və ehsan,bağışlanmaq və razılıq əta et.Həqiqətən sən böyük fəzl və ehsan sahibisən !

 

Sonra ziyarət namazı qıl.Namazı bitirəndən sonra de :

 

Ya daimu,ya dəymumu,ya həyyu,ya qəyyumu,ya kaşifəl-kərbi vəl-həmmi və ya faricəl-ğəmmi və ya baisər-rusuli və ya sadiqəl-vədi və ya həyyu,la ilahə illa əntə ətəvəssəlu ileykə bi həbibikə Muhəmmədin və vəsiyyihi Əliyyin ibni əmmihi və sihrihi əla ibnətihi əlləzi xətəmtə bihiməş-şəraye və fətəhtə bihimət-təvil vət-təlaye,fə səlli əleyhima səlatən yəşhədu bihəl-əvvəlun vəl-axirun və yəncu bihəl-əvliyau vəs-salihun və ətəvəssəlu ileykə bi Fatimətəz-Zəhra validətil-əimmətil-məhdiyin və seyyidəti nisail-aləminəl-muşəffəəti fi şiəti övladihət-təyyibin.Fə səlli əleyha səlatən daimətən əbədəl-abidin və dəhrəd-dahirin və ətəvəssəlu ileykə bil-Həsənir-rəziyyit-tahiriz-zəkiyyi vəl-Hüseynil-məzlumil-mərziyyil-bərrit-təqi seyyiddey şəbabi əhlil-cənnəti,imameynil-xayyireynit-təyyibeynit-təqiyyeynin-nəqiyyeynin-tahireyniş-şəhideynil-məqtuleyn,fə səlli əleyhima ma tələət şəmsun və ma gəribət səlatən mütəvaliyətən mütətaliyətən və ətəvəssəlu ileykə bi Əliyyibnil-Hüseyn seyyidil-abidin əl-məhcub min xofiz-zalimin və bi Muhəmməd ibn Əliyyinil-baqirit-tahirin-nuriz-zahiril-imameynis-seyyideyni miftahəyil-bərəkat və misbahəviz-zülümati,fə səlli əleyhima ma səra leylun və ma əzaə nəharun səlatən təğdu və tərahu və ətəvəssəlu ileykə ibn Cəfər ibn Muhəmmədis-Sadiq ənil-lahi vən-natiqi fi nəfsihi vəl-vəsiyyin-nasihil-imameynil-hadiyeynil-məhdiyeynil-vafiyeynil-kafiyeyn,fə səlli əleyhima ma səbbəhə ləkə mələkun və təhərrəkə ləkə fələkun səlatən tunma və təzidu və la təfna və la təbidu.Və ətəvəssəlu ileykə bi Əliyyibnil-Musa Riza və bi Muhəmməd ibn Əliyyinil-mürtəzəl-imameynil-mütəhhərenil-müntəcəbeyni,fə səlli əleyhima ma əzaə sübhün və damə səlatən turəqqihima ila rizvanik fil-illiyinə min-cinanik.Və ətəvəssəlu ileykə bi Əliyyibni-Muhəmmədir-raşidi və Həsənibni-Əliyyinil-Hadil-qaimeyni bi əmri ibadikəl-müxtəbəreyni bil mihənil-hayiləti vəs-sabirinə fil-ihənil-mailəti,fə səlli əleyhima kifaə əcris-sabirinə və izaə səvabil-faizinə səlatən tuməhhidu ləhumər-rifətə.Və ətəvəssəlu ileykə ya Rəbbi,bi imamina və mühəqqiqi zəmaninəl-yəvmil-məvudi vəş-şahidil-məşhudi vən-nuril-əzhəri vəz-ziyail-ənvəri əl-mənsuri bir-rubi vəl-müzəffəri bis-səadəti,fə səlli əleyhi ədədəs-səməri və əvraqiş-şəcəri və əczai mədəri və ədədəş-şəri vəl-vəbəri və ədədə ma əhatə bihi elmukə və əhsahu kitabukə səlatən yəğbituhu bihəl-əvvəlun vəl-axirun.Allahummə vəhşurna fi zümrətihi vəhfəzna əla taətihi vəhrusna bi dövlətihi və əthifna bi vilayətihi vənsurna əla ədaina bi izzətihi vəcəlna ya Rəbbi minət-təvvbinya ərhəmər-rahimin.Allahummə və inni iblisəl-mütə-mərridəl-ləinə qədistənzərəkə li iğvai xəlqikə fə ənzərtəhu və istəmhələkə li izlai əbidik fə əmhəltəhu bi sabiqi elmikə fiyhi və qəd əşşəşə və kəsurət cunuduhu və izdəhəmət cuyuşuhu və intəşərət duatuhu fi əqtaril-ərzi,fə əzəllu ibadəkə və əfsədu dinəkə və hərrəful-kəlimə ən məvaziihi və cəəlu ibadəkə şiyəən mütəfərriqinə və əhzabən mütəmərridinə və qəd vəədtə nəqzə bünyanihi və təmziqə şənihi,fə əhlik ovladəhu və cuyuşəhu və təhhir biladəkə min ixtiraatihi və ixtilafatihi və ərih ibadəkə min məzahibihi və qiyasatihi.Vəcəl dairətəs-sovi əleyhim vəbsut ədləkə və əzhir dinəkə və qəvvi ovliyaəkə və əvhin ədaəkə və əvris diyarə iblisə və diyarə ovliyaihi ovliyaəkə və xəllidhum fil-cəhimi və əziqhum minəl-əzabil-əlim.Vəcəl ləainəkəl-mustəvdəəkə fi mənahisil-xilqəti və məşavihil-fitrəti dairətən əleyhim və müvəkkələtən bihim və cariyətən fiyhim kullə səbahin və məsain və ğuduvvin və rəvahin.Rəbbanə atinə fid-dunya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar bi rəhmətikə ya ərhəmər-rahimin !

 

Ey həmişəlik,ey əbədi,ey diri.ey səbatlı,ey müşkül və qüssəni uzaqlaşdıran,ey qəmi yox  edən,ey peyğəmbərlər göndərən,ey vədəsinə sadiq olan,ey diri!

Səndən başqa haqqına ibadət olunan yoxdur.Həbibin Muhəmməd (s),onun vəsisi və əmisi oğlu,kürəkəni Əli (ə)-ın,hansı ki,şəriətləri onlarla tamamlamış,Quran təvili və hər şeyin başlanğıcını onlarla başlamısan-vasitəsilə sənə üz tutur və istəyirəm ki,onların hər ikisinə elə bir salam göndərəsən ki,əvvəlkilər və sonrakılar buna şahid olsun,dostlar və əməlisalehlər onunla nicat tapsın.

Həmçinin,hidayət olunmuş imamların anası,dünya qadınlarının sərvəri,pak şiə övladlarının barəsində şəfaəti qəbul olunmuş Fatimeyi-Zəhra ilə sənə təvəssül edir və səndən istəyirəm ki,həmişə yaşarların əbədiliyi,rüzgarların bütün zamanlarında ona salam göndər.

Dərgahına Allahın hökmündən razı,pak və təmiz olan İmam Həsən (ə)-la və məzlum,bəyənilmiş,yaxşı,pəhrizkar olan İmam Hüseyn (ə)-la təvəssül edirəm.

Onlar cənnət cavanlarının ağaları,iki seçilmiş,pak,təqvalı,pakizə,şəhid,məzlum və öldürülmüşlərdir.Nə qədər ki,günəş çıxır və batır,onlara həmişə salam göndər.

Dərgahına abidlərin sərvəri və zalımların qorxusundan qırağa çəkilən Əli ibn Hüseyn (ə)-la və pak,parıldayan nur olan Muhəmməd ibn Əli Baqir (ə)-la-iki imam və iki sərvər,bərəkətlər açarı,zülmətləri işıqlandıran iki çıraqla təvəssül edirəm.Səndən istəyirəm ki,gecələrin qaralması,gündüzlərin işıqlanması davam etdikcə onlara bütün gündüz və gecəni əhatə edən salam göndərəsən.

Dərgahına Allahın tərəfindən doğru danışan və haqq elmini bəyan edən,Cəfər ibn Muhəmməd (ə)-la,həmçinin saleh bəndə və xeyirxah canişin olan Musa ibn Cəfər (ə)-la iki hidayət edən və hidayət olunmuş,vəzifələrinin öhdəsindən layiqincə gələn iki imamla təvəssül edirəm və səndən istəyirəm ki,mələyin səni təsbih etdiyi,fələyin hərəkətdə olduğu müddətdə o iki imamadaim artan və heç vaxt azalmayan salamlar göndərəsən.

Sənin dərgahına iki pak və seçilmiş imamlar olan Əli ibn Musa Rza (ə) və Muhəmməd ibn Əli Mürtəza (ə) ilə təvəssül edir və səndən istəyirəm ki,sübh işıqlanmaqda davam etdikcə o həzrətlərə onları cənnətin ən yuxarı yerlərinə qaldıracaq razılığı yetirən salamlar göndərəsən.

Dərgahına Əli ibn Muhəmməd (ə) və Həsən ibn Əli (ə) ilə hidayət edən,bəndələrinin işlərinə məşğul olan,ən çətin müsibətlərlə imtahan olunmuş və müxtəlif düşmənçiliklərdə səbr edən iki imamla təvəsül edir və səndən istəyirəm ki,onlara səbr edənlərin edənlərin əcrinə  yetəcək,yaxşıların savabına bərabər və onların məqamını ucaldacaq salamlar göndərəsən.

Allahım ! Sənin dərgahına imamımız,zəmanəmizin həqiqət carçısı,vədə verilən gün,şahidlik edən və şahidliyə məruz qalan,parlaq nur,işıq saçan ziya,qəlblərdə heybət yaratmaqla kömək olunan və xoşbəxtliklə zəfər çalan (İmam Zamanla (ə) ) təvəssül edir və səndən diləyirəm ki,ona meyvələrin,ağacların yarpaqlarının,qum dənəciklərinin,tük və (heyvan) qıllarının,sənin elminin əhatə etdiyi və kitabının qeyd etdiyi şeylərin sayı qədər ona salamlar göndərəsən.Elə bir salamlar ki,əvvəlkilər və sonrakılar ona qibtə etsinlər.

Allahım ! Bizi onun zümrəsinə daxil et,onun itaətində saxla.Bizləri onun dövləti ilə qoru,onun vilayəti ilə bizi töhfələndir,izzətilə düşmənlərimizə qarşı bizə kömək ol və bizi,ey Rəbb,tövbə edənlərdən et,ey mərhəmətlilərin mərhəmətlisi !

Allahım ! Düşmən və məlun iblis yaratdıqlarını azdırmaq üçün səndən fürsət istədi və sən də bu fürsəti verdin.Həmçinin,bəndələrini yoldançıxartmaq üçün möhlət istədi və sən də öz sabiq bilginlə bu möhləti ona verdin.Həqiqətən o,yuva saldı,qoşunu çoxaldı,əsgərləri izdiham yaratdı,dəvətçiləri yerin bütün tərəflərinə yayıldı.Nəticədə,sənin bəndələrini azdırdılar,dinini xarabladılar,həqiqətləri təhrif etdilər.Bəndələrini müxtəlif hissələrə parçaladılar,bir-birinə düşmən kəsilən qruplara çevrildilər.Eyni halda,onun bu dünyanın dağıtmağını,şənini sındıracağını vədə vermişdin.Elə isə,onun övlad və qoşununu məhv et,məmləkətlərini onun ixtira və ixtilaflarından təmizlə,bəndələrini onun xarab yollarından rahatla.Dövranın pis cərəyanını onların öz əleyhinə çevir və öz ədalətini yayıb bərqərar et.Özünün dinini aşkarla,dostlarını qüvvətləndir,düşmənlərin gücünü al,iblis və onun dostlarının diyarını öz dostlarının ixtiyarına keçirt və onları (iblis və dostlarını) cəhənnəmində əbədi əzaba düçar et.Onlara dəhşətli əzablar dadızdır.Yaradılışın nəhs mərkəzlərində və təbiətin pis mənzərələrində yerləşdirilmiş lənətləri onların başına validəti dolandır.Həmin lənətləri hər sübh və axşam,hər əvvəl və axır onların içinə axıt.

Ey bizim Rəbbimiz ! Bizə həm bu dünya,həm də axirətdə yaxşılıqlar nəsib et və bizi öz rəhmətinlə cəhənnəm əzabından qoru,ey rəhm edənlərin ən mərhəmətlisi !

 

Sonra həm özün,həm də qardaşların üçün istədiyin şəkildə dua et.

Redaktor: Nəcəf