İmam Həsən Əskəri (ə)-ın həyatı
İmam Həsən Əskəri (ə) hicrətin 232-ci ili rəbius-sani ayının 8-i,cümə günü (4-ü və 10-u da deyilir) Mədinə şəhərində dünyaya gəlmiş,260-cı rəbiul-əvvəl ayının 8-i cümə günü şəhadətə yetmişdir.Adı Həsən,künyəsi Əbu Muhəmməd,məşhur ləqəbləri isə Zəki və Əskəridir.Anasının adı Hədisədir.Başqa fikrə əsasən isə adı Səlil olmuşdur,amma ona “Cəddə”deyərmişlər.Həzrət dörd yaş və bir neçə aylıq olanda 235-ci ildə İraqa köçmüşlər.onun imamət müddəti altı il olmuşdur.İmam Hadi (ə) şəhadətə yetişməmişdən dörd ay qabaq bir sıra şəxsləri şahid kimi çağırdı və bəyan etdi ki,məndə sonra imam oğlum Həsən olacaq !
İmam Həsən Əskəri (ə) 260-cı ilin rəbiul-əvvəl ayının əvvəlində xəstələndi və həmin ayın 8-i cümə günü dünyadan köçdü.Həzrəti atası İmam Hadi (ə)-ın yanında dəfn etdilər.
İmam Əskəri (ə)-dan sonra qardaşı Cəfər imamlıq iddia etsə də,heç kəs onu qəbul etmədi.
O,xəlifədən istədi ki,imamət məqamını ona versin,onu imam kimi tanısın.Xəlifə onun cavabında dedi : “Bu bizim işimiz deyil.”
İmam Həsən Əskəri (ə) ölümündən qabaq oğlu Həzrət Məhdi (ə)-ı yanına çağırdı.Məhdi (ə) başqa bir otaqda səcdə halındaykən qalxıb atasının hüzuruna tələsdi və onun nəsihətlərinə qulaq asdı :
“Sən İslam Peyğəmbərinin (s) vədə verdiyi şəxssən, adın da onun adına uyğundur.Dünyanın ümid dolu gözləri sənə dikiləcək.Bir az su gətir ki,yanğımı söndürüm.”
Həzrət suyu içdi və gözlərini bu fani dünyadan örtüb şəhadətə yetişdi.
İmam (ə)-ı zəhərlə şəhid etdikləri halda 10 nəfər alim və həkimi şahid tutdular ki,camamata desinlər : İmam təbii şəkildə dünyadan köçmüşdür.İslam və vilayət düşmənlərinin zəhəri ilə yox.
İmam Əskəri (ə)-ın dilindən imamətin əlamətləri
İbn Babəveyh mötəbər sənədlə Əbul-Ədyandan rəvayət edir ki, dedi : “Mən İmam Əskəri (ə)-ın yanında idim və məktubları yerbəyer edirdim.İmam (ə) xəstəlik yatağına düşəndə mənə məktubları verdi ki,Mədainə aparım.Və mənə xəbərdarlıq etdi : “On beş gündən sonra Samirraya qayıdacaqsan və görəcəksən ki,evimizdən ağlaşma,şivən səsləri ucalır.”
Mən soruşdum : - Bəs o zaman bizim imamımız kim olacaq?
Dedi : - Hər kəs mənim məktublarımın cavabını səndən istəsə,o,məndən sonrakı imamdır.Həmin şəxsin ikinci əlaməti budur ki,mənə meyit namazı qılar,sənin gətirəcəyin həmyanın içində nələrin olduğunu söyləyəcək.
Mən İmam (ə)-ın evindən çıxıb Mədainə yollandım,Həzrətin məktublarının cavabını alıb geri qayıtdım.
Səfərin on beşinci günü Samirraya qayıtdım və gördüm ki,İmam Əskəri (ə)-ın evində ağlaşma və şivən səsləri ucalır.Həzrətin qardaşı Cəfər evin kənarında durub camaatın başsağlığını qəbul edirdi.Mən də ona başsağlığı,amma o məndən heçnə soruşmadı,məktubların cavabını istəmədi.İmam (ə)-a qüsl verib kəfənə bükəndən sonra Cəfər qabağa keçib Həzrətə namaz qılmaq istədi.Bu dəm qarabuğdayı,saçı yığılmış,üzü gülər,ay parçasına bənzəyən bir uşaq qabağa durub Cəfərin köynəyini çəkdi : “Əmi,kənara çəkil,namaz qılmağa mən daha layiqəm !”
Həzrət İmam (ə)-a namaz qıldıqdan sonra onun babası Həzrət Hadi (ə)-ın yanında dəfn etdi.Dəfn mərasimi bitəndən sonra Həzrət üzünü mənə tutub dedi : “Məktubların cavabını mənə ver !” İmam (ə)-ın xadimi də dilləndi : “İçində min əşrəfi olan həmyanı da ver !”
Mən həmyanı təhvil verdim və hər üç əlaməti müşahidə edəndən sonra yəqin etdim ki,haqq olan İmam Həzrət Mehdi (ə)-dır.
Həzrətin məktubu Əbu Əli və dostlarına yetişdikdə onlar Məkkə yoluna davam etdilər.Yolda heç bir susuzluqla qarşılaşmayıb,hamı həcc əməlini rahatlıqla yerinə yetirdi.
Əbu Haşimdən rəvayət edirlər ki,dedi : “Zindanın darlığı və zəncirin mənə əziyyət etməsi barəsində Həzrətə bir məktub yazdım.Həzrət məktubumun cavabını yazdı : “Bu gün günorta namazını evində qılacaqsan !”
Həmin gün günortadan qabaq azad edildim və zöhr namazını evimdə qıldım.Öz-özümə fikirləşdim ki,niyə İmam (ə)-a yazmadım ki,fəqirlik və yoxsulluqda məni sıxır.Əlbəttə,mən bunu utandığımdan yazmamışdım.Həzrət bir qasidə min dinar pul və bir məktub göndərdi.Məktubunda yazmışdı : “Hər zaman ehtiyacın olsa,xəcalət çəkmə,biz sənin işlərinə yetişərik.
Hüseyn ibn Zərif deyir : “Zehnimdə iki məsələ vardı və istəyirdim ki,İmam Əskəri (ə)-a məktub yazmaqla onları həzrətdən soruşum.Məsələlərin biri İmam Zaman (ə)-ın necə hökm etməsi barəsində idi.İkincisi isə qızdırma və titrəmə haqqındaydı.Amma yaddan çıxarıb qızdırma haqqında yazmamışdım.Həzrət cavab məktubu yazmışdı : “İmam Zaman (ə) zühur edəndə Həzrət Davud (ə) kimi hökm edəcək.Sən qızdırma və titrəmə haqqındada soruşmaq istəyirdin,amma unutmuşdun.
“Ey od İbrahim üçün soyuq ol və ona pis təsir etmə” ayəsini bir kağıza yaz və xəstənin üstündə saxla”
Həzrətin dediyi şəkildə etdim və xəstə sağaldı.
İmam (ə)-ın öncə görməsi həyata keçir
İsmayıl ibn Muhəmməddən rəvayət edilir ki,İmam Əskəri (ə)-ın keçdiyi yolun üstündə əyləşib maddi köməklik istədim,heç bir dirhəmimin də olmadığını bildirdim.Həzrət dedi : - Niyə 200 dirhəmi torpağın altında gizlətmisən? Sən o pula yetişməyəcəksən (o pul sənə qismət olmayacaq !)
İmam (ə)tapşırdı ki,İsmayıla 100 dinar verilsin.O,bu puldan istifadə etdiyi halda övladı atasının torpaq altında gizlətdiyi 200 dirhəm pulu götürüb qaçdı.İsmayıl o pulu torpağın altından çıxartmaq istəyəndə gördü ki,ondan heç bir əsər-əlamət qalmayıb.
İmam (ə)-ın əzəməti zindandakıları diz çökdürür
Muhəmməd ibn İsmayıldan nəql edilir ki,Həzrət Əskəri (ə)-ı zindana saldılar.Abbasilər Saleh ibn Vəsifə tapşırdılar ki,İmama əziyyət versin.
Saleh deyir : “Mən Neyləyim ? İki ən pis insanı imamın üstünə yolladım ki,ona işgəncə versinlər,amma onun əzəməti müqabilində baş əydilər.Deyirlər ki,İmam baxanda bədənimiz əsir.
İmam Əskəri (ə)-dan iki hədis
“Axmağın qəlbi onun dilində,aqilin dili isə qəlbində olar.”
Axmaq insan mənalı və hikmətli söz danışmaz.Yəni,əvvəl danışar,sonra fikirləşər.Aqil insan isə əvvəlcə fikri öz zehnində “bişirər”,sonra dilinə gətirər.
“Ən təqvalı (pəhrizkar) o kəsdir ki,şübhəli məqamlardan çəkinər (istər şübhə sözdə olsun,istər təamda.və ya məkanda). Ən abid şəxs o kəsdir ki,ona vacib olanları yerinə yetirər.İnsanların içərisində zahidliyi ən çox olan şəxs haramlardan çəkinən şəxsdir.Ən çalışqan insan günahları tərk edən şəxsdir.”
Bu çox ağır işdir.Əgər insan günah meydanına ayaq basmasa,düzlüyə yaxınlaşar.
Redaktor: Nəcəf