Baş səhifə
İmam Əli Ən-Nəqi (ə)-ın ziyarətnaməsi | Baxış: 743 | Tarix: 2013.07.07

 

İmam Əli Ən-Nəqi (ə)-ın (İmam Hadi (ə) ) ziyarətnaməsi

 

 

“ Sürrə mən rəa”ya (iki imamın məzarının yerləşdiyi yerin adı) yetişdikdə ziyarət qüsulu et,ən təmiz paltarlarını geyin,aram və vüqarla ziyarətə yollan.Hərəm-şərifin qapısına yetişdikdə “İzni duxul” (daxil olma icazəsi) oxuyub rüsxət al.Sonra sağ ayağınla içəri daxil olub İmam Hadi (ə)-ın zirehinin yanında üzü qəbrə,arxası qibləyə dayan və yüz dəfə “Allahu Əkbər” de.

Sonra aşağıdakı şəkildə həzrəti ziyarət et :

Əssəlamu əleykə ya Əbəl-Həsən Əli ibn Muhəmmədiz-zəkiyyər-raşidən-nurəs-saqibə və rəhmətullahi və bərəkatuh.Əssəlamu əleykə ya səfiyyəllah.Əssəlamu əleykə ya sirrəllah.Əssəlamu əleykə ya həbləllah.Əssəlamu əleykə ya ələllah.Əssəlamu əleykə ya xiyərətəllah.Əssəlamu əleykə ya səfvətəllah.Əssəlamu əleykə ya əminəllah.Əssəlamu əleykə ya həqqəllah.Əssəlamu əleykə ya həbibəllah.Əssəlamu əleykə ya nurəl-ənvar.Əssəlamu əleykə ya zeynəl-əbrar.Əssəlamu əleykə ya səliləl-əxyar.Əssəlamu əleykə ya unsurəl-əthar.Əssəlamu əleykə ya hüccətər-rəhman.Əssəlamu əleykə ya rüknəl-iman.Əssəlamu əleykə ya movləl-muminin.Əssəlamu əleykə ya vəliyyəs-salihin.Əssəlamu əleykə ya ələmələl-huda.Əssəlamu əleykə ya həlifət-tuqa.Əssəlamu əleykə ya əmudəd-din.Əssəlamu əleykə yəbnə xatəmin-nəbiyyin.Əssəlamu əleykə yəbnə seyyidil-vəsiyyin.Əssəlamu əleykə yəbnə Fatimətəz-Zəhra seyyidəti nisail-aləmin.Əssəlamu əleykə əyyuhəl-əminul-vəfiy.Əssəlamu əleykə əyyuhəl-ələmur-rəzi.Əssəlamu əleykə əyyuhəz-hüccətu ələl-xəlqi əcməin.Əssəlamu əleykə əyyuhət-tali lil Quran.Əssəlamu əleykə əyyuhəl-mubəyyinu lil-həlali minəl-həram.Əssəlamu əleykə əyyuhəl-vəliyyun-nasih.Əssəlamu əleykə əyyuhət-təriqul-vazih.Əssəlamu əleykə əyyuhən-nəcmul-laih.Əşhədu ya mövlayə ya Əbəl-Həsən ənnəkə hüccətullahi əla xəlqihi və xəlifətuhu fi bəriyyətihi və əminuhu fi biladihi və şahidihu əla ibadihi və əşhədu ənnəkə kəlimətut-təqva və babul-hüda vəl-ürvətil-vusqa vəl-hüccətu əla mən fovqəl-ərzi və mən təhtəs-səra.Və əşhədu ənnəkəl-mütəhhəru minəz-zünubi əl-mubərrəu minəl-uyubi vəl-müxtəssu bi kəramətillah vəl məhbuv bi hüccətullah vəl-movhub ləhu kəlimətullah vər-rüknül-ləzi yəlcəu ileyhil-ibad və tuhya bihil-bilad.Və əşhədu ya mövlayə ənni bikə və bi abaikə və əbnaikə muqinun muqirrun və ləkum tabiun fi zati nəfsi və şərayii dini və xatiməti əməli və münqələbi və məsvayə.Və ənni vəliyyun limən valakum və aduvvun limən adaku,muminun bi sirrikum və əlaniyyətikum və əvvəlikum və axirikum.Bi əbi əntə və ümmi vəs-səlamu əleykə və rəhmətullahi və bərəkatuh.

 

Salam olsun sənə,ey Allahın seçdiyi !

Salam olsun sənə,ey Allahın sirri !

Salam olsun sənə,ey Allahın ipi !

Salam olsun  sənə,ey Allahın önə çəkdiyi !

Salam olsun sənə,ey Allahın ayırdığı !

Salam olsun sənə,ey Allahın əmini !

Salam olsun sənə,ey Allahın haqqı !

Salam olsun sənə,ey Allahın dostu !

Salam olsun sənə,ey nurların nuru !

Salam olsun sənə,ey yaxşıların zinəti !

Salam olsun sənə,ey yaxşıların bariz nümunəsi !

Salam olsun sənə,ey pak insanların ünsürü !

Salam olsun sənə,ey Rəhman olan Allahın hüccəti !

Salam olsun sənə,ey imanın dirəyi !

Salam olsun sənə,ey möminlərin mövlası !

Salam olsun sənə,ey layiqlilərin başçısı !

Salam olsun sənə,ey hidayət bayrağı !

Salam olsun sənə,ey təqva ilə peyman bağlayan !

Salam olsun sənə,ey sonuncu peyğəmbərin övladı !

Salam olsun sənə,ey canişinlərin ağasının (Əli (ə)-ın) oğlu !

Salam olsun sənə,ey dünya xanımlarının başçısı olan Fatimənin oğlu !

Salam olsun sənə,ey əmin və vəfalı !

Salam olsun sənə,ey razılıq bayrağı !

Salam olsun sənə,ey zahid və təqvalı !

Salam olsun sənə,ey bütün yaranmışlara hüccət !

Salam olsun sənə,ey Quranın həqiqi oxucusu !

Salam olsun sənə,ey halalı haramdan ayırıb açıqlayan!

Salam olsun sənə,ey xeyirxah başçı !

Salam olsun sənə,ey aydın yol !

Salam olsun sənə,ey parıldayan ulduz !

Ey mövlam,ey Əbul-Həsən,şəhadət verirəm ki,sən Allahın məxluqatına olan hüccəti,yaratdıqlarının arasında xəlifəsi,şəhərlərindəki əmin insanı,bəndələrə olan şahidsən.

Şəhadət verirəm ki,günahlardan pak,eyblərdən uzaq,Allahın kəramətinə layiq görülmüş,onun dəlili ilə kəramətləndirilmiş,Allahın sözünün bəxş edildiyi,bəndələrin pənah apardığı və şəhərlərin ayaq üstə qaldığı sütunsan.

Ey mövlam !Şəhadət verirəm ki,mən sənə,ata-babalarına,övladlarına yəqinim var, (onların fəzilətini) iqrar edirəm.Vücudumda,dinimin hökmlərində,əməlimin sonucunda.qayıdacağım yer və mənzilimdə sizə tabeyəm,sizin dostunuzun  dostu,düşməninizin düşməniyəm.Gizli və aşkar (dediklərinizə,etdiklərinizə) birinci və axırıncınıza inanıram.Atam-anam sənə fəda olsun,Allahın salamı,rəhməti və bərəkəti sənə şamil olsun !

 

Sonra zirehi öp,əvvəlcə sağ,sonra isə sol yanağını onun üzərinə qoyub de :

Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd.və səlli əla hüccətikə-vəfiy və vəliyyikəz-zəkivə əminikəl-mürtəza və səfiyyikəl-hadi və siratikəl-müstəqimvəl-caddətil-üzma və təriqətil-vüsta,nuri qulubil-muminin və vəliyyil-mütəqqin və sahibil-muxləsin.Allahummə səlli əla seyyidina və Əhli beytihi və səlli əla Əliyibni-Muhəmmədir-raşidil-məsumi minəz-zələli vət-tahiri minəl-xələli vəl-munqəti ileykə bil-əməlil-məbluv bil-fitəni vəl-muxtəbəri bil-mihəni vəl-mumtəhəni bi hüsnil-bəlva və səbriş-şəkva mürşidi ibadikə və bərəkəti biladikə və məhəlli rəhmətikə və mustəvdəi hikmətikə  vəl-qaidi ila cənnətikəl-alimi fi bəriyyətik vəl-hadi fi xəlifətik əlləzi  irtəzəytəhu vəntəcəbtəhu vəxtərtəhu hifzi şəriətihi.fəstəqəllə bi əbail-vəsiyyəti nahizən biha və müztəliən bi həmliha.Ləm yəsur fi müşkilin və la həfa fi muzilin.Bəl kəşəfəl-ğummə və səddəl-furcə və əddəl-muftərəz.Allahummə fə kəma əqrərtə nazirə nəbiyyikə bihi,fə riqqihi dərəcətəhu və əczil lədəykə məsubətəhu və səlli əleyhi və bəlliğhu minna təhiyyətən və səlamən və atina min lədunkə fi muvalatihi fəzlən və ihsanən və məğfirətən və rizvanən.İnnəkə zül-fəzlil-əzim.

 

Allahım ! Muhəmməd və onun ailə üzvlərinə salam göndər.Həmçinin,öz vəfalı hüccətin,pak vəlin bəyənilmiş əminin,seçilmiş yol göstərənin,düz,böyük və orta yolun,möminlərin qəlblərinin nuru,pəhrizkarların başçısı və səmimi olanların yarına (İmam Hadi (ə)-a ) salam göndər.

Allahım ! Ağamız Muhəmməd və onun ailə üzvlərinə,Həmçinin bihudə şeylərdən məsum,naqisliklərdən pak,camaatdan arzusunu kəsib sənə üz tutan,bəlalara düçar,müsibətlərlə imtahana çıkilən,yaxşışeylər və şikayətdən səbr etməklə yoxlanılan,bəndələrinin yol göstərəni,şəhərlərinin bərəkəti,rəhmət yerin,hikmət verdiyin.cənnətinə üz qoya,yaratdıqlarının alimi,onların yol göstərəni olan rəhbərə-Əli ibn Muhəmmədə də salam göndər.hansı ki,sən ondan razı qalmış,onuseçmiş,ümmətinin içində peyğəmbərin xəlifəsi etmiş,şəriəti qorumağı ona tapşırmısan.O,da təkbaşına bu işlərin öhdəsindən gəlmiş,iqtidarlıhalda çətinlikləri çiyninə götürmüşdür.Heç bir müşkül işdə çaşmadı,nə də ki, ayağı sürüşdü.Bəlkə,kədəri uzaqlaşdırıb,hər bir zərəri bağladı və vacibləri yerinə yetirdi.

Allahım ! Peyğəmbərinin gözlərini onunla işıqlandırdığın kimi,dərəcəsini də yüksəlt,mükafatını çoxalt.Özün tərəfindən də,bizim tərəfimizdən də ona salam göndər.onunla dostluğumuzda bizə rəhm,ehsan,bağışlanmaq və razılıq lütf et,ey böyük fəzilət sahibi !

 

Sonra ziyarət namazını qıl. Namazın salamını bitirəndən sonra de :

Ya zəl-qüdrətil-camiə vər-rəhmətil-vasiəti vəl-minənil-mütətabiə vəl-alail-mütəvatirə vəl-əyadil-cəlilə və Ali Muhəmmədis-sadiqinə və ətini suli vəcmə şəmli və lümmə şəsi və zəkki əməli və la tuziğ qəlbi bədə iz hədəytəni və la tuzillə qədəmi və la təkilni ila nəfsi tərfətə eynin əbədən və la tuxəyyib təməi və la tubdi ovrəti və la təhtik sitri və la tuhişni və la tuyisni və kun bi rəufən rəhimən vəhdini və zəkkini və təhhirni və səffini vəstəfini və xəllisni vəstəxlisni vəsnəni vəstənini və qərribni ileykə və la tubaidni minkə vəltuf bi və la təcfuni və əkrimni və la tuhinni və ma əsəlukə.fə la təhrimni və ma la əsəlukə fəcməhu li bi rəhmətikə ya ərhəmər-rahimin.Və əsəlukəbihurməti vəchikəl-kərim və bi hurməti nəbiyyikə Muhəmmədin sələvatukə əleyhi və Alihi və bi hurməti Əhli-beyti rasulikə Əmiril-muminin vəl-Həsəni vəl-Hüseyni və əliyyin və Muhəmmədin və Cəfərin və Musa və Əliyyin və Muhəmmədin və Əliyyin vəl-Həsəni vəl-Xələfil-baqi sələvatukə və bərəkatukə əleyhim,ən tusəlliyə əleyhim əcməin tuəccilə fərəcə qaimihim bi əmrikə və tənsurəhu və təntəsiri bihi li dinikə və təcələni fi cümlətin-nacin bihi vəl-muxləsinə fi taətih.Və əsəlukə bi həqqihim ləmma istəcəbtə li dəvəti və qəzəytə li hacəti və ətəytəni suli və kəfəytəni ma əhəmməni min əmri dünyayə və axirəti ya ərhəmər-rahimin,ya nuru,ya bürhanu,ya muniru,ya mubinu,Ya Rəbbi ikfini şərrəş-şururi və afatil-duhuril və əsəlukən-nəcat yəvmə yunfəxu fis-sur.

 

Ey hərtərəfli qüdrət,geniş rəhmət,saysız nemətlər,bir-birinin ardınca verilən hədiyyələr,böyük bəxşişlər,geniş ehsanlar sahibi ! Muhəmməd və onun doğru olan ailə üzvlərinə salam göndər və mənim istəyimi mənə ver,dağınıqlığımı bir yerə yığ,pərakəndə olan işlərimi nizamla,əməlimi paklaşdır,məni hidayət edəndən sonra qəlbimi (bu yoldan) azdırma,ayağımı sürüşdürmə.Məni bir göz qırpımı müddəti də öz nəfsimin öhdəsinə buraxma.Sənə olan ümidimi qırma.Eybimi açma,pərdəmi yırtma.Məni vəhşətə salma,naümid etmə.Bağışla məni,mehribanlıq göstər.Məni (doğru yola) yönəlt,paklaşdır,saflaşdır,seç,xilas et və xalisləşdir.Yaxşılaşdır və məni öz ədəbinlə ədəbləşdir.Məni özünə yaxın et,uzaqlaşdırma,lütf göstər,dərgahından uzaq salma.Məni əziz tut,xar etmə.Səndən istədiklərimdən məni məhrum etmə.Səndən istəmədiyim şeyləridə mənim üçün cəm et,ey mehribanların ən mehribanlısı !

Səndən sənin kəramətli vücudun,peyğəmbərin olan Muhəmmədin

(ona və ailəsinə salamın olsun !),rəsulunun ailə üzvləri olan Əmirəl-muminin Əli,Həsən,Hüseyn,Əli,Muhəmməd,Cəfər,Musa,Əli,

Muhəmməd,Əli,Həsən və baqi qalan yadigarın (İmam Zaman (ə) ) ehtiramına onların hamısına salam göndər və onlardan sənin əmrinlə qiyam edəcək şəxsin zühurunu tezləşdir.Ona kömək ol və onun vasitəsilə öz dininə yardım et.İstəyirəm ki,məni onun əli ilə nicat tapanlardan,itaətində səmimi olanlardan edəsən.

Səndən istəyim budur ki,duamı qəbul edəsən,ehtiyacımı ödəyəsə,istədiyimi mənə verəsən,fikrimi məşğul edən dünya və axirət işlərimi düzəldəsən,ey mehribanların ən mehribanlısı,ey nur,ey bürhan, nur verən,ey Rəbb ! Şər məxluqların şərini,həyat bəlalarını məndən uzaq et.Sur şeypuruna üfürülən gün səndən nicat istəyirəm.

 

Sonra istədiyin şəkildə dua et və aşağıdakı cümlələri təkrar et :

Ya uddəti indəl-udəd və ya rəcai vəl mutəmədə və ya kəhfi vəs-sənədə ya vahidu və ya əhədu,ya qul huvəllahu əhəd,əsəlukə Allahummə bi həqqi mən xələqtə min xəlqikə və ləm təcəl fi xəlqikə misləhum əhədən,səlli əla cəmaətihim vəfəl bi kəza və kəza (belə-belə).

 

Ey azuqələrin içindəki azuqəm (yəni əməlimdən çox sənin özün,sənə olan ümidim axirət yolumun azuqəsidir),ey ümidim və söykənəcəyim,ey pənahım və arxalandığım,ey tək və yeganə,ey o varlıq ki,əmr etmisən : De : Allah təkdir ! – səndən  istəyim budur ki,hamı kimi yaratdığın,amma heç kəsi onlara bənzətmədiyin insanların (məsumlar) ehtiramına onların hamısına salam göndərəsən və mənim üçün “belə-belə” edəsən.

 

“Belə-belə” ifadəsinin yerində öz hacətlərini istə.Çünki o həzrətdən rəvayət edilir ki,buyurub : “Mən Allahdan istəmişəm ki,hər kəs bu duanı mənim hərəmimdə oxusa və sonra məndən nəsə istəsə,onu ümidsiz dala qaytarmasın.”

 Redaktor: Nəcəf