Baş səhifə
İmam Hadi (ə)-ın möcüzələrindən nümunələr | Baxış: 391 | Tarix: 2013.07.07

 

 

İmam Hadi (ə) və xəlifə Mütəvəkkilin şəfa tapması

Abbasi xəlifəsi olan Mütəvəkkil vəzi xərçənginə tutularaq ölüm həddinə çatmışdı.Bir nəfəri İmam Hadi (ə)-ın yanına göndərdilər.Həzrət demişdi ki,qoyun ətini gülabla qarışdırıb yaranın üstünə qoysunlar.Onlarda həzrətin dediyini yerinə yetirdilər və Mütəvəkkil şəfa tapdı.Mütəvəkkilin anası on min dinar nəzr etmişdi və onu İmama göndərdi.

İmam (ə)-ın öncəgörməsi və Yunis Nəqqaşın nicat tapması

İbn şeyxin “Əmali” kitabında Mənsuri və xidmətçisi olan Kafurdan rəvayət olunur ki,Həzrət Hadi (ə)-ın Samirra şəhərində Yunis Nəqqaş adlı bir qonşusu vardı.Bir gün o titrəyən bir halda İmam (ə)-ın hüzuruna gəlib dedi :

-ey əziz İmam,vəsiyyət edirəm ki,mən öləndən sonra ailəmə yaxşılıq edəsiniz !

Həzrət soruşdu :

-Nə baş verib ki?

O,dedi :

-Musa ibn Bəğa mənə bir üzük qaşı verdi ki,onu nəqşə çəkəm,amma üzük nəqşə zamanı sındı.Ona görə də,ya məni öldürəcək,ya da min şallaq vuracaq...

Həzrət dedi :

-Get öz evinə,yaxşılıqdan başqa bir şey görməyəcəksən !

Yunis evinə qayıtdı.Səhər yenə İmamın yanına gəlib dedi :

-Musanın adamı gəlib üzük qaşını istəyir,nə edim?

Həzrət yenə dedi :

-Dur get evinə,yaxşılıqdan başqa heç nə görməyəcəksən !

Yunis yenə evinə qayıtdı.Bir müddətdən sonra xoşhal bir halda İmam (ə)-ın hüzuruna qayıdıb dedi :

-Musa ibn Bağə mənə dedi ki,qonşularım dalaşıblar,elə edə bilərsənmi ki,o üzük qaşını sındırıb iki hissəyə böləsən,mən də onları barışdırım?

Mən də dedim ki,baxaram.

Həzrət dedi :- Münasib cavab vermisən.

Redaktor: Nəcəf