Baş səhifə
İmam Muhəmməd Təqinin (İmam Cavad (ə)-ın )həyat tarixçəsi | Baxış: 1183 | Tarix: 2013.07.06

 

 

 

İmam Muhəmməd Təqinin (İmam Cavad (ə)-ın )həyat tarixçəsi

İmam Cavda (ə) hicrətin 195-ci ilinin ramazan ayının 15-19və ya rəcəb ayının 10-da Mədinədə dünyaya gəlmişdir.Anası Səbikə Novbiyə Mariyə Qibtiyənin nəslindəndir ki,Mariyə də peyğəmbərinin həyat yoldaşı,İbrahimin anasıdır.Həzrətin adı Muhəmməd,ləqəbləri “Təqi”, “Cavad”, künyəsi isə “İkinci Əbu Cəfər”dir.İmam Baqir (ə)-la künyələri eyni olduğuna görə İmam Baqir (ə)-a “Birinci Əbu Cəfər”, İmam Cavad (ə)-a isə “İkinci Əbu Cəfər” künyəsi verdilər.Həzrətin “Muxtar”, “Müntəcəb”, “Mürtəza”, “Qane”, “Alim” ləqəbləri də vardır.O,İmam Rza (ə)-ın yeganə övladıdır.Həzrət  220-ci ilin zil-qədə ayının axırlarında 25 yaşındaykən Bağdadda şəhadətə yetdi.O,həyat yoldaşı olan Məmunun qızı Ümmül-Fəzl tərəfindən zəhərli üzümlə zəhərləndirildi.Bəziləri qatilin Mütəvəkkil olduğunu düşünürlər,güya İmamı zəhərli şərbətlə zəhərləndirdi.İmam (ə)-ın səkkiz övladı-İmam Əli ən-Nəqi (ə),üç başqa oğlan və dörd qız övladı olmuşdur.İmam Cavad (ə)-ın imamət müddəti 17 il sürmüşdür.

İmam Cavad (ə)-ın imamətinin bəyan edilməsi

İbn Qovləveyh (r.ə) Səffan ibn Yəhyədan rəvayət edir ki,İmam Rza (ə)-dan soruşdum : Sizdən sonra imam kimdir ?

Həzrət əli ilə uşağa işarə edəərək dedi : Cavad !

-O ki,hələ balacadır ?!

-Az yaşlı olması imamlığına nə zərər yetirə bilər ?! Həzrət İsa (ə)-ın yaşı üç ildən az idi,amma peyğəmbər və Allahın höccəti oldu.

İmam Rza (ə) başqa bir yerdə buyurub : “Biz əhli-beytin az yaşlı uşaqları böyükləri kimi elmi irs aparırlar.”

Başqa bir rəvayətdə Həsən ibn Cühmdən nəql olunur ki,İmam Rza (ə) oğlu Cavadı gətirərək deyir : “Onun əynindən köynəyini çıxardıb çiyinlərinin arasına bax !”

Baxdıqda gördüm ki,çiyinlərinin birində ətə hopmuş möhür izi var.İmam Rza (ə) dedi : “Bunu görürsənmi ? Bu möhürün tayı atam İmam Kazim (ə)-ın çiynində vardır.”

İmam Cavad (ə)-ın bir elmi imtahanı

Məmun İmam Cavad(ə)-ı kiçik yaşındaykən elm,hikmət,ədəb,kamal və ağılda öz zəmanəsinin yaşlı insanlarından belə çox üstün olduğunu gördükdə ona məhəbbəti yarandı və qızı Ümmül-Fəzli ona ərə verərək Mədinəyə yolladı.

Bəni Abbsa bu iş çox ağır gələrək Məmundan bu izdivacdan yan keçməsini istəsələr də,o,bunu qəbul etmədi.Onlar ümidsiz olduqda qərara gəldilər ki,bir elmi məcllis düzəldib İmam Cavad (ə)-ı xar etsinlər.

Zəmanəsinin böyük qazisi olan Yəhya ibn Əksəmin iştirak etdiyi məclisə İmamı da çağırdılar.Məmun da camaatın arasında əyləşmişdi.Yəhya ibn Əksəm İmama sual verdi :

-Həccdə ehram paltarında olan şəxs ov ovlayıb öldürərsə,bu haqda fikriniz nədir?

Həzrət soruşdu :

-Hərəmdə öldürüb,ya qırağda? Hökmü bilirdi,ya yox? Bilə-bilə öldürüb,ya xəta edib? Öldürənazad insandır,ya qul? Birinci dəfə bu işi görürdü,ya əvvəllər də etmişdir?Quş öldürüb,ya başqa heyvan? Böyükdür,yakiçik? Peşman olub,ya hələ də etinasızdır? Gündüz ova gedib,ya gecə? Ümrə əməlinin ehramında bu işi edib,ya həcc əməlinin? Bunların hər birinin ayrı-ayrı hökmləri var.Yəhya ibn Əksəm lal oldu və bilmədi ki,nə desin,dili topuq çaldı.Məmun bu hadisədən xeyli xoşhal olmuşdu.(Deyirlər ki,Məmunun bu məclisdə İmama məhəbbəti yarandı və qızını ona ərə verdi.İmam (ə) 5000 xalis dirhəm başlıq üzərində hansı ki,həzrət Zəhra (s.ə)-nın başlığı olub-izdivac əqdini oxudu.)

Sonra Məmun İmamdan Yəhya ibn Əksəmə sual verməsini istədi.İmam (ə) soruşdu :

-Bir kişi səhər vaxtı bir qadına baxır,halbuki o baxış haramdır,gün çıxanda isə həmin qadın həmin kişiyə halal olur.Zöhr vaxtı yenidən haram,əsr vaxtı isə yenidən halal olur.həmin qadın yenə şam vaxtı haram,işa vaxtı isə halal olur.Gecə yarı olanda yenidən haram,sübh vaxtı isə yenə halal olur.de görüm bu hansı qadındır və niyə halal və ya haram olur?

Yəhya dedi :

-And olsun Allaha,mən bu sualın cavabında acizəm.özün de.

Həzrət dedi:

-Bu qadın bir kişinin kənizidir.Səhər vaxtı bir yad kişi ona baxır,halbuki,bu baxış haramdır.Gün çıxanda həmin kişi okənizi onun sahibindən satın alır və nəticədə kəniz ona halal olur.Zöhr yetişdikdə onu azad edir və yenidən ona haram olur.Əsrvaxtı onunla evlənir və yenidən onun halalı olur.Şam vaxtı o kənizlə zihar edir və yenə o kəniz ona haram olur.İşa vaxtı isə ziharın kəffarəsini ödəyir və yenidən halal olur.Gecə yarısı onu şərti qayıdışla boşayır və yenidən haram,qaytarandan sonra isə halal olur.

Məmun dedi :

-Siz alimlərin içərisində eləsi varmı ki,belə cavab verə bilsin?

Dedilər : “Peyğəmbər (s) də öz dəvətini on yaşlı uşaqla Əli (ə) ilə başladı.Bu ailə fəzilət və kamalda hamıdan üstündür !”

Məclisin axırında Məmun bütün iştirakçılara nəfis hədiyyələr bağışladı,İmamı da Bağdada yola saldı.

İmam Cavad (ə)-ın kəramətlərindən gözəl bir nümunə

İbn Qovləveyh (r.ə) Əli ibn Xaliddən rəvayət edir : “Mən Samirrada idim,eşitdim ki,bir nəfəri peyğəmbərlik iddiası etdiyi üçün bu şəhərdə zindana salıblar.Onunla görüşəndə onu mətin və anlaqlı bir insan gördüm.Hadisəni soruşanda dedi : “Mən Şamda idim. İmam Hüseyn (ə)-ın başının qoyulduğu deyilən yerdə ibadət edirdim.Həmin halda bir kişi gördüm,mənə dedi :-mənimlə gəl.

Mən onunla gedəsi oldum.Neçə qədəm atandan sonra özümüzü Kufə məscidində gördük.Məndən soruşdu :

-      Buranı tanıyırsan?

-      Bəli,tanıyıram,Kufə məscididir.

-      Namaz qıldı.Mən də iki rəkət namaz qılandan sonra yola düşdük.Bir neçə qədəm yol getmişdik ki,özümüzü Mədinədəki peyğəmbər məscidində gördük.O,Allahın Rəsuluna salam verib namaz qıldı.Mən də ziyarət edəndən sonra bayıra çıxdıq,bir neçə qədəm gedəndən sonra ÖZÜMÜ Şamda ibadət etdiyim yerdə gördümSonralar həmin şəxsdən heç bir xəbər olmadı.Bir il keçəndən sonra o ağanı yenidən gördüm,amma axırda soruşdum :

-      Səni and verirəm səndən gördüyüm bu qüvvəni sənə verənin haqqına,kimsən?

Dedi :

-Mən Muhəmməd ibn Əli ibn Musa ibn Cəfərəm (İmam Cavadam)

Mən bu hadisəni hamıya danışdım.Xəbər Mötəsim Abbasinin vəzirinə yetişdikdə məni tutub İraqa gətirdilər.

Mən (Əli ibn Xalid) bu kişiyə dedimki,sənin məsələn haqqında Mötəsimin vəzirinə məktub yazaram,bəlkə səni azad etdi.

Məktubu yazdım.Vəzir isə məktubuun arxasına aşağıdakı sözləri yazaraq tez cavab göndərdi : “O,kişinin bir gecənin içində Şamdan Kufəyə,Kufədən Mədinəyə,Mədinədən də Məkkəyə aparıb yenidən Şama qaytaran şəxsdən istə ki,onu zindandan çıxartsın !”

Mən oxudum və çox narahat oldum,Səhər sübh həmin zindandakı şəxslə görüşmək üçün zindanın arxa tərəfinə keçdim,amma orada çoxlu adamlar gördüm,bütün məmurlar zindanlını axtarırdılar.Nə baş verdiyini soruşduqda məmurlar dedilər :- Zindanın qapısı qıfıllı,məmurlar zindanın çıxış qapısında keşik çəkə-çəkə həmin dustaq bu gecə qaçıb,halbuki,nə qapı açılıb,nə də sındırılıb...

Anladım ki,İmam Cavad (ə) onu özünün möcüzəsiylə azad edib.Özüm Zeyd İbn Əlinin imamlığına etiqadlı olub Zeydi olduğum halda hidayət olunub şiə oldum.” Davud ibn Qasim Cəfəri deyir : “ Mən İmam Cavad (ə)-ın yanına gəldim.Üstümdə üç məktub vardı,amma heç birinin əlaməti,yazanlarının adı məlum deyildi.Mən narahatçılıq,keçirdiyim halda Həzrət bir məktubu əlinə götürüb dedi : “Bu filankəsin məktubudur və məzmunu da filan şeydir.Bu məktub isə filankəsindir və o filan şeyi yazıb.” Dedim : “Sənə qurban olum,hər üç məktubun ünvanlarını düz dedin.”

İmam Muhəmməd Təqi (ə)-ın ziyarətnaməsi

İmam Kazim (ə)-ı ziyarət etdikdən sonra onun qəbrinin arxa tərəfində  dəfn olunan Əbu Cəfər Muhəmməd ibn Əli (ə)-ın qəbrinə diqqət yetir və zərihin yanında dayanıb de :

Əssəlamu əleykə ya vəliyəllah.Əssəlamu əleykə ya hüccətallah.Əssəlamu əleykə ya nurəllah fi zülümatil-ərzi.Əssəlamu əleykə yəbnə Rəsulillah.Əssəlamu əleykə və əla abaikə.Əssəlamu əleykə və əla əbnaikə.Əssəlamu əleykə və əla övliyaikə.Əşhədu ənnəkə qəd əqəmtəs-səlatə və atəytəz-zəkatə və əmərtə bil-məruf və nəhəytə ənil-münkəri və tələvtəl-kitabə həqqə tilavətihi cə cahədtə fillahi hətta ətakəl-yəqin.Ətətukə zairən,arifən bi hiqqikə,muvaliyən li əvliyaikə və muadiyən li ədaikə.Fəşfə li ində Rəbbikə.

Salam olsun sənə, ey Allahın vəlisi !

Salam olsun sənə,ey Allahın höccəti !

Salam olsun sənə,ey Allahın yer üzünün zülmətlərindəki nuru !

Salam olsun sənə,ey Rəsulullahın oğlu !

 

Salam olsun sənə və sənin pak ata-babalarına !

Salam olsun sənə,sənin övladlarına və dostlarına !

Şəhadət verirəm ki,həqiqətən sən namazı bərqərar etdin,zəkat verdin,xalqı yaxşılıqlara əmr edib pisliklərdən çəkindirdin.Allahın kitabını necə lazımdırsa,o cür də tilavət etdin və əcəlin çatana kimi bu yoldakı əziyyətlərə səbr etdin.Mən sənin ziyarətin üçün haqqına arif olan halda qəbrinə gəlmişəm.Dostlarınla dost,düşmənlərinlə düşmənəm.Allah yanında mənə şəfaətçi ol !

İmam Təqi (ə)-ın vida ziyarətnaməsi

İmam Təqi (ə)-la vidalaşmaq istədikdə de :

Əssəlamu əleykə ya mövlayə yəbnə Rəsulillah və rəhmətullahi və bərəkatuh.Əstəvdiukəllah və əqrəu əleykəs-səlam.

Amənna billahi və bir-rəsuli və bima citə bihi və dələltə əleyhi.Allahumməktubna məəş-şahidin.

Salam olsun sənə,ey mövlam,ey Rəsulullahın oğlu ! Allahın rəhmət və bərəkəti sənə olsun !

Səni Allaha tapşırıb,sənə salam edirəm.Biz Allaha,onun Rəsuluna,sənin gətirdiyinə və ona doğru rahnumalıq etdiyinə iman gətirmişik.İlahi,bizi şahidlərin zümrəsindən yaz !

Redaktor: Nəcəf