Baş səhifə
İmam Musa ibn Cəfər (ə)-ın ziyarətnaməsi | Baxış: 1313 | Tarix: 2013.07.06

 


 

 

 

 

İmam Musa ibn Cəfər (ə)-ın ziyarətnaməsi

Seyyid ibn Tavus “Məzar” kitabında yazır ki,o həzrəti ziyarət etmək istədikdə əvvəlcə qüsl al,sonra aram şəkildə ziyarətinə yollan.

Hərəmin qapısına yetişdikdə dayanıb de :

Allahu əkbər,Allahu əkbər.La ilahə illəllah.Əlhəmdu lillahi əla hidayətihi li dinihi vət-tovfiqi lima dəa ileyhi min səbilihi.Allahummə innəkə əkrəmu məqsudin və əkrəmu mətiyyin və qəd ətəytukə mutəqərribən iləykə bi ibni binti nəbiyyikə sələvatukə əleyhi və əla abaihit-tahirin və əbnaihit-təyyibin.Allahummə Səlli Əla Muhəmməd və Ali Muhəmməd.Və la tuxəyyib səyi və təqtə rəcai vəcəlni indəkə vəcihən fid-dünya vəl-axirəti və minəl-muqarrabin.

Allahu əkbər,Allahu əkbər,la ilahə illəllah,vallahu əkbər !

Bizi öz dininə hidayət,yolunda müvəffəq etdiyi üçün həmd olsun Allaha !

İlahi,sən məqsədlərin,dərgahına gəlinənlərin ən kəramətlisisən.mən də sənin Peyğəmbərin (s)-in qızının oğluna yaxınlaşan halda sənin dərgahına gəlmişəm.Ona və onun pak ata-babalarına,pak övladlarına sənin salamın olsun !

İlahi,Muhəmməd və Ali Muhhəmədə salavat göndər,mənim səyimi puç etmə ümidimi kəsmə,məni öz dərgahında dünya və axirətdə şəni uca (şərəfli) et,məni dərgahına yaxın olanlardan qərar ver !

Sonra sağ ayağını hərəmə atıb daxil ol və de :

Bismillahi və billahi və fi səbilillahi və əla milləti Rəsulillahi səlləllahu əleyhi və Alihi.Allahumməğfir li və li validəyyə və li cəmiil-mumininə vəl-muminat.

Allahın adı,onun köməkliyi ilə,Allah yolunda və Rəsulullahın dinində ! İlahi,mənim,ata-anamın,bütün mömin və möminələrin günahlarını bağışla ! Qəbrin şərif qübbəsinə çatdıqda dayanıb daxil olmaq üçün icazə istə :

Ə ədxulu ya Rəsuləllah,ə ədxulu ya Nəbiyyəllah,ə ədxulu ya Muhəmməd ibn Əbdillah, ə ədxulu ya Əmirəl-muminin,ə ədxulu ya Əba Muhəmmədinil-Həsən,ə ədxulu ya Əba Cəfər Muhəmməd ibn Əli,ə ədxulu ya Əba Əbdillah cəfər ibn Muhəmməd,ə ədxulu ya mövlaya ya Əbəl-Həsən Musa ibn Cəfər,ə ədxulu ya mövlaya ya Əba Cəfər,ə ədxulu ya mövlaya Muhəmməd ibn Əli?

Daxil olummu,ey Allahın rəsulu?

Daxil olummu,ey Allahın nəbisi?

Daxil olummu,ey Muhəmməd ibn Əbdillah?

Daxil olummu,ey Əmirəl-möminin?

Daxil olummu,ey Əbu Muhəmməd əl-Həsən?

Daxil olummu,ey Əbu Əbdillahi-Hüseyn?

Daxil olummu,ey Əbu Muhəmməd Əli ibn Hüseyn?

Daxil olummu,ey Əbu Cəfər Muhəmməd ibn Əli?

Daxil olummu,ey mövla, ey Əbəl-Həsən Musa ibn Cəfər?

Daxil olummu,ey mövla,ey Muhəmməd ibn Əli?

Sonra daxil olub dörd dəfə “Allahu əkbər” de.Sonra mübarək zərihin müqabilində arxası qibləyə dayanıb de :

Əssəlamu əleykə ya vəliyullahi vəbnə vəliyyihi.Əssəlamu

əleykə ya hüccətəllahi vəbnə hüccətihi.Əssəlamu əleykə ya səfiyallah vəbnə səfiyyihi. Əssəlamu əleykə ya əminəllah vəbnə əminihi.Əssəlamu əleykə ya nurəllah fi zülümatil-ərz.Əssəlamu əleykə ya imaməl-huda.Əssəlamu əleykə ya ələməd-din vət-təqva.Əssəlamu əleykə ya xazinə elmil-mürsəlin.Əssəlamu əleykə ya naibəl-övsiyais-sabiqin.Əssəlamu əleykə ya mədinəl-vəhyil mubin.Əssəlamu əleykə ya sahibəl-elmil-yəqin.Əssəlamu əleykə ya eybətə elmil-mürsəlin.Əssəlamu əleykə ya əyyuhəl-imamus-salihin.Əssəlamu əleykə ya əyyuhəl-imamuz-zahid.Əssəlamu əleykə ya əyyuhəl-imamul-abid.Əssəlamu əleykə ya əyyuhəl-imamul-seyyidur-rəşid.Əssəlamu əleykə əyyuhəl-məqtuluş-şəhid.Əssəlamu əleykə yəbnə Rəsulillahi vəbnə vəsiyyihi.Əssəlamu əleykə ya mövlayə Musa ibn Cəfər və rəhmətullahi və bərəkatuhu.Əşhədu ənnəkə qəd bəlləğtə ənillahi ma həmmələkə və həfiztə mustəvdəəkə və həlləltə həlaləllah və hərrəmtə həraməllah və əqəmtə əhkaməllah və tələvtə kitabəllah və səbərtə ələl-əza fi cənbillah və cahədtə fillahi həqqə cihadihi hətta ətakəl-yəqin.Və əşhədu ənnəkə məzəytə əla ma məza əleyhi abaukət-tahirun və əcdadukət-təyyibunəl-övsiyaul-hadunəl-əiməttul-məhdiyyun.Ləm tusir əmyən əla hudən və təmil min həqqin ila batilin.Və əşhədu ənnəkə nəsəhtə lillahi və li Rəsulihi və li Əmiril-muminin.Və ənnəkə əddəy-təl-əmanətə vəctənəbtəl-xiyanətə və əqəmtəs-səlatə və atəytəz-zəkatə və əmərtə bil-məruf və nəhəytə ənil-münkər və əbədtəllahə muxlisən muctəhidən muhtəsibən hətta ətakəl-yəqin.fə cəzakəllah ənil-İslami və əhlihi əfzələl-cəzai və əşrəfəl-cəzai.Ətəytukə yəbnə Rəsulillah zairən,arifən bi həqqikə,muqirrən bi fəzlikə,muhtəmilən li elmikə,muhtəcibən bi zimmətikə,aizən bi qəbrikə,laizən bi zərihikə,mustəşfiən bikə illəllah,muvaliyən li övliyaikə,muadiyən li ədakə,müstəbsirən bi şənikə və bil-hudəlləzi əntə əleyhi,alimən bi zəlaləti mən xaləfəkə və bil-əməlilləzi hum əleyhi.Bi əbi əntə və ümmi və nəfsi və əhli və mali və vələdi yəbnə Rəsulillah.Ətəytukə mütəqərribən bi ziyarətikə iləllah təala,mustəşfiən bikə ileyhi.Fəşfə li ində Rəbbikə li yəğfirə li zünubi və yəfuvə ən cürmi və yətəcavəzə ən səyyiati və yəmhuvə ənni xətiati və yudxilənil-cənnətə və yətəfəzzələ ələyyə bima huvə əhluhu və yəğfirə li və li abai və ixvani və əxəvati və li cəmiil-mumininə vəl-muminati fi məşariqil-ərzi və məğaribiha bi fəzlihi və cudihi və mənnihi.

Salam olsun sənə,ey Allahın vəlisi və Allah vəlisinin oğlu !

Salam olsun sənə,ey Allahın höccəti və Allah höccətinin oğlu !

Salam olsun sənə,ey Allahın seçdiyi və seçdiyinin oğlu !

Salam olsun sənə,ey Allahın əmanətdarı və əmanətdarının oğlu !

Salam olsun sənə,ey Allahın yer üzünün zülmətlərindəki nuru !

Salam olsun sənə,ey hidayət rəhbəri !

Salam olsun sənə,ey din və təqva bayrağı !

Salam olsun sənə,ey nəbilərin elminin xəzinədarı !

Salam olsun sənə,ey mürsəllərin elminin xəzinədarı !

Salam olsun sənə,ey sabiq ilahi canişinlərin naibi !

Salam olsun sənə,ey aydın vəhy mədəni !

Salam olsun sənə,ey elmi-yəqin sahibi !

Salam olsun sənə,ey mürsəl peyğəmbərin elminin xəzinə sandığı !

Salam olsun sənə,ey saleh imam !

Salam olsun sənə,ey zahid imam !

Salam olsun sənə,ey abid imam !

Salam olsun sənə,ey raşid və seyyid imam !

Salam olsun sənə,ey şahid,ey qətlə yetirilmiş !

Salam olsun sənə,ey Allahın rəsulu və onun canişinin övladı !

Salam olsun sənə,ey mənim mövlam,ey Musa ibn Cəfər ! Allahın salamı,rəhməti və bərəkətləri olsun sənə !

Şəhadət verirəm ki,Allahın sənə verdiyi vəzifəni lazımınca yerinə yetirib,səndə əmanət qoyduğu şeyi hifz etdin.Allahın halalını halal,haramını haram etdin.Allah hökmlərini icra edib kitabını tilavət etdin,Allah yolunda gördüyün əziyyətlərə səbr etdin.Əcəlin gəlib çatana qədər Allah yolunda lazımınca cihad etdin.

Şəhadət verirəm ki,sən bu dünyadan pak ata-babaların,hidayət olmuş və hidayət edən imamlar,pak vəsilər olan əcdadın kimi getdin,heç vaxt korluq (zəlalət) yolunu hidayətdən irəli keçirmədin (üstün sanmadın).Heç vaxt haqdan batilə meyl etmədin.

Şəhadət verirəm ki,həqiqətən sən Allaha,onun Rəsuluna,Əmirəl-mömininə xatir xalqa nəsihət etdin.Həqiqətən sən ilahi əmanəti əda edib,ona xəyanət etməkdən çəkindin.Namazı dirçəltdin,zəkat verdin,yaxşılıqlara əmr edib,pisliklərdən çəkindirdin.Ömrünün axırına kimi Allaha ixlasla,səylə,ondan savab ümidi ilə ibadət etdin.Allah İslamvə müsəlmanlar tərəfindən sənə ən fəzilətli və ən şərəfli xeyir əvəzi versin.

Ey Allahın Rəsulunun oğlu,mən sənin qapına gəlmişəm.Haqqına arif olub,fəzilətinə iqrar edir,elmini daşıyır,sənin himayənə sığınıram.Qəbrinin zərihinə pənah gətirən halda sənin vasitənlə Allahdan şəfaət diləyirəm.Mən sizin dostlarınızla dost,düşmənlərinizlə düşmənəm.

Sənin hidayətdə,müxaliflərinin isə zəlalətdə,korluqda olmalarından agaham,Atam-anam,canım,əhli-əyalım,malım,övladım sənə fəda olsun !

Ey Rəsulullahın övladı,sənin qapına gəlmişəm və sənin ziyarətinlə Allah-təalanın dərgahına yaxınlaşır,Allah dərgahından şəfaət istəyirəm.Allah yanında mənə şəfaət et ki,günahlarımı bağışlasın,təqsirlərimi əfv edib pis əməllərimdən keçsin.Xətalarımı (nameyi əməlimdən) pozub məhv edərəkməni cənnətə daxil etsin.Öz istəyi kimi mənə lütf (təfəzzül) etsin,öz fəzli,ehsan və minnəti xatirinə məni,ata-babalarımı,qardaşlarımı,bacılarımı və yer üzünün məşriq və məğribində yaşayan bütün mömin və möminələri bağışlasın.

Sonra zərihi öpüb istədiyin duaları et.Sonra mübarək qəbrin baş tərəfinə keçib bu duanı oxu :

Cəfər və rəhmətullah və bərəkatuhu.Əşhədu ənnəkəl-imamul-hadi vəl-vəliyyul-mürşidu və ənnəkə mədinut-tənzili və sahibut-təvili və hamilut-tövrati vəl-incili və alimul-adil vəs-sadiqul-amil.Ya mövlayə ənə əbrəu ilallahi min ədaikə və ətəqərrəbu iləllahi bi muvalatikə və sələllahu əleykə və əla abaikə və əcdadikə və əbnaikə və şiətikə və muhibbikə və rəhmətullah və bərəkatuh.

Salam olsun sənə,ey mövlam,ey Musa ibn Cəfər,Allahın rəhmət və bərəkəti sənə olsun !

Redaktor: Nəcəf